Ənənəvi və interaktiv
təlim metodlarının müqayisəli təhlili
Fəal (interaktiv) dərs
ənənəvidən onunla fərqlənir ki, uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır,
təlim prosesinə cəlb olunurlar, müəllim bələdçi rolunu oynayır, amma sinfə
hakim olmur, sinifdəki iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz
fikirlərini söyləməyə qorxmurlar. Baxmayaraq ki, o ənənəvi dərsdən fərqlənir,
fəal (interaktiv) dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll
etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.
Ənənəvi dərslərin xüsusiyyətləri
|
İnteraktiv dərslərin xüsusiyyətləri
|
1. Diqqət
bilik və bacarıqların mənimsənilməsinə yönəlir, şagirdlərin tərbiyə və
inkişafı çox vaxt müəllimin rəhbərliyindən kənar həyata keçirilir.
|
1.Diqqət ilk növbədə şagirdin şəxsiyyətinin
formalaşmasına yönəlir.
|
2. Müəllimin
əsas funksiyası şagirdlərə məlumat çatdırmaq və onun mənimsənilməsi üçün sərait
yaratmaqdır.
|
2. Müəllim ilk növbədə idrak fəaliyyətinin əlaqələndiricisi,
şagirdlərin məsləhətçisi və köməkçisi kimi çixiş edir.
|
3.Müəllim- şagird münasibətlərində avtoritar
üslubun üstünlüyü.
|
3. Müəllim və
şagird arasında əməkdaşlıq, məktəbləlilərin dəlillərinə və fəaliyyətinə
böyük diqqət.
|
4. Dərs tədris fənni çərçivəsi ilə ciddi məhdudlaşır.
|
4.Müasir nəzəriyyə müxtəlif fənlərdən dərs deyən
bir neçə müəllim tərəfindən keçirilən fənlərarası dərsləri istisna etmir.
|
5. İnkişafedici və tərbiyəedici amil kimi, əsasən,
təhsilin məzmunu götürülür.
|
5.Təhsilin məzmunu ilə yanaşı şagirdlərin tərbiyə
və inkişafında təlim metodları və təşkilati formalar da mühüm rol oynayır.
|
6.Dərs demək olar ki, həmişə adi qaydada keçilir.
|
6.Ənənəvi olaraq digər formaların əlamətləri dərs
sayilan və ona qarşı qoyulan bəzi elementləri (məs: seminar-dərs,oyun- dərs,
yarış- dərs, konfrans- dərs və s.) assimilyasiya edir.
|
7. Müəllim bütün funksiyaları özündə saxlayır.
|
7. Müəllimin funksiyalarının bir hissəsinin
şagirdlərə verilməsi səciyyəvidir: bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi
(qarşılıqlı və özünüqiymətləndirmə), işin planlaşdırması, tədqiqat və özünü
qiymətləndirmə elemetləri.
|
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.