DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

12 Aralık 2015 Cumartesi

Orfoepiya və orfoqrafiya qaydaları

·         İkinci hecasındakı saiti “u”, bəzən də “ü” ilə deyilən sözlər “i” ilə yazılır.Məs:münbit, ümid, münsif, müdir, mühit, müflis, müdhiş. İstisna: üfüq, mühüm.
·         Qandax, Muxax, Qazax, Samux, Yevlax sözlərinə saitlə başlanan şəkilçi qoşulduqda sondakı x samiti ğ samiti ilə əvəz olunmur. Lakin tələffüz zamanı ğ kimi tələffüz oluna bilər: Qazax [Qazağ]
·         O saitli alınma sözlər a və o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik və s.
·         İki saitin arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: kassa, libretto, operetta, nəqqaş, kəmiyyət, kapella və s.
·         Əslində sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd, hüsnxət və s.
·         Rus dilində -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki,Yaroslavski, Mayakovski, sanatori, planetari və s.
·         Əslində birhecalı olub, tələffüzdə çox zaman sonundakı iki samit arasına u və ya ü saiti artırmaqla deyilən sözlər iki cür yazılır:
·         iki saitlə yazılanlar: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür, isim, nəsil, sətir, sinif, fəsil, fikir, cisim, şəkil, heyif, meyil, şeir, əsil
·         bir saitlə yazılanlar: qəbz, qəsr, əmr,zülm, nəbz, nəfs, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn.
·         –vari şəkilçisi ilə yazılan sözlərin düzgün yazılışı: buynuzvari, yüngülvari, üzükvari, qalxanvari, igidvari.
·         Tərkibində qeyri, əks, küll, eks, vitse, kontr, ober, super sözləri işlənən mürəkkəb isimlər defislə yazılır.
·         idi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə bitən fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra isə həm ayrı, həm də bitişik yazılır: ata idi, uşaq idi, uşaq ikən, uşaq imiş, gəlmiş imiş, gəlmişmiş, gələr ikən, gələrkən.
·         –can, -cən, -dək, -tək qoşmaları sözlərə bitişik yazılır. –mı4 və sana2 ədatları sözə bitişik yazılır. İstisna: əgər mı4 sual ədatı da-də bağlayıcısından sonra gəlirsə, hər ikisi ayrı yazılmalıdır: Sən də mi məni atırsan?
·         Bəzi mürəkkəb adların yazılışları: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, AR Milli Məclisinin Sədri, Babək Rayon Təhsil Şöbəsi
·         İxtisarlar (abreviatura) üç cür yazılır:
·         Tam ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: MDB, BMT, metr-m, cild-c
·         Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad.(akademik), prof.(professor), Azərkitab (Azərbaycan kitabı)
·         Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: k-b (kitab)
·         Yeni orfoqrafiyada dəyişilmiş sözlər: abveriatura, anten, heyif, hospital, Höte, hüsncamal, hüsnxidmət, hüsnrəğbət, hotel, meyil, şeir, profilaktori, sanatori, şillə, varid olmaq, vaz keçmək, bağırsaq, kompyuter, nəqarət, şirtək, hərgünkü, hərgünlü, ala-bəzək,(alabəzək quş adı bitişik yazılır) ala-çiy
·         Bir y ilə yazılan sözlər: tərbiyə, heyət, tövsiyə, təhkiyə, ehtiyac, ehtiyat, mərsiyə
·         Xüsusi isimlər ümumiləşdirmə bildirərək cəmləşdikdə böyük hərflə yazılır: Nizamilər, Sabirlər, Aşıq Ələsgərlər
·         Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, lisey, konsert, sex, sirk, sement və s. Vitse sözü istisnadır.Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır.
·         Söz başında və ortasında ov, öv hərf birləşmələrindəki v samiti tələffüzdən düşür və o, ö saitləri bir qədər uzun tələffüz olunur: dovşan {do:şan}, yovşan {yo:şan}, qovurma {qo:urma}, sovqat {so:qat}, qırqovul {qırqo:ul}, çovdar {ço:dar}, dovğa {do:ğa}, çovğun {ço:ğun}, ovuc {o:uc}, ovxalama {o:xalama}, ovuşdurma {o:uşdurma}, tövlə {tö:lə}, lövbər {lö:bər}, növbə {nö:bə}, dövlət {dö:lət}, bənövşə {bənö:şə}, tövbə {tö:bə}, gövdə {gö:də}, gövşəmək {gö:şəməxı}. İstisna: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran.
·         Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq tələffüz zamanı ı, u, i, ü səslərindən birinə çevrilir, yəni sözün sonundakı açıq saitlər qapalı sait kimi kimi tələffüz olunur:
·         ismin yönlük halında: kölgəyə-[kölgüyə], arabaya-[arabıya], dərəyə-[dəriyə], özgəyə-[özgüyə]
·         felin indiki zamanında: yaşayır-[yaşıyır], işləyir-[işdiyi]r, otlayır-[otduyu]r, bulayır-[buluyur]
·         felin qeyri-qəti gələcək zamanında: İşləyər-[işliyə]r, bulayar-[buluyar], söyləyər-[söylüyər], başlayar-[başdıyar]
·         felin qəti gələcək zamanında: yaşayacaq-[yaşıyacaq], oynayacaq-[oynuyacaq], atlayacaq-[atlıyacaq]
·         felin arzu və lazım şəklində:yaşaya-[yaşıya], işləyə-[işdiyə], işləyəsidir-[işdiyəsidir].
·         indiki zaman məzmunlu feli sifətlərdə: yaşayan-[yaşıyan], söyləyən-[söylüyən], tərləyən-[tərriyən]
·         bir sıra müxtəlif sözlərdə: anayam-[anıyam], oynaya-[oynuya], saxlayın-[saxlıyın]
·         Rus dilindən alınan sözlərdə əgər vurğu [o] saitinin üstünə düşmürsə, o zaman [o] saiti [a] kimi tələffüz olunur: motor-[mator], kombayn-[kambayn], bloknot-[blaknot], qonorar-[qanarar], domino-[damino], dosent-]dasent]. İstisna: bomba’, Bombe’y, bota’nika.
·         Sonu [ç] ilə bitən sözlərə d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçilər, eləcə də sözlər qoşulduqda həmin sait [ş] kimi tələffüz olunur: keçdi [keşdi], heç zaman [heş zaman], qaçsan [qaşsan], üç dəfə [üş dəfə].
·         Bəzi qoşasaitli sözlərdə saitlərdən heç biri düşməsə də, uzanma baş verir: qiraət-[qira:ət], qənaət-[qəna:ət], bəraət-[bəra:ət], şücaət- [şüca:ət].


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar