Təlimin qanunauyğunluqları
Təlimin ünsürləri və
şəraiti
|
Təlimin qanunları
(qanunauyğun əlaqələr)
|
I. Təlimin məqsəd və
vəzifələri
|
Təlimin cəmiyyətin tələbatı
və həyatla əlaqəsi qanunu
Təlimdə təhsil, tərbiyə və inkişaf proseslərinin vəhdəti qanunu |
II. Təhsilin məzmunu
|
Mənimsəmə səviyyəsinin
təlimin elmiliyi və sistemliliyindən asılılığı qanunu
|
III. Təlimin vasitə, metod və təşkili formaları
|
Təlimdə konkretlə mücərrədin vəhdəti qanunu
Təlimin səmərəsinin şagirdin öyrənmə fəaliyyətinin xarakterindən asılılığı qanunu Təlimdə məqsədin məzmunu, onun vasitəsilə təlimin metod, vasitə və təşkili formalarını şərtləndirməsi qanunu |
IV. Təlim şəraiti
|
Təlimin keyfiyyətinin
şagirdlərin real təhsil imkanları ilə şərtlənməsi qanunu
Təlim prosesinin onun cərəyan etdiyi şəraitdən asılılığı qanunu |
V. Təlimin nəticələri
|
Təlimin nəticəsinin
bilik və bacarıqların möhkəmliyi ilə şərtlənməsi qanunu
|
Göstərilən qanunların mahiyyətini qısaca nəzərdən keçirək:
I qanun: təlim prosesi, onun məqsəd və məzmunu, təşkili vasitələri cəmiyyətin tələbatı ilə və həyatla nə qədər düzgün və dolğun əlaqələndirilirsə, təlimin səmərəsi, keyfiyyəti bir o qədər yüksək olur.
II qanun: təlimdə təhsil, tərbiyə və şəxsiyyətin inkişafı prosesləri qarşılıqlı əlaqədə aparıldıqda onların hər birinin səviyyəsi daha da yüksəlir.
III qanun: təlimin məzmunu və təşkili elmilik və sistematiklik baxımından nə qədər düzgün qurulursa, mənimsəmənin keyfiyyəti də bir o qədər yüksək olur.
IV qanun: təlimdə mücərrəd anlayışların mənimsənilməsi konkret faktlarla nə qədər düzgün və dolğun əlaqələndirilirsə, şagird anlayış və qanunları bir o qədər yaxşı dərk edir, ümumiləşdirmə prosesi daha səmərəli olur.
V qanun: şagird mənimsəmə prosesinə nə qədər şüurlu və fəal yanaşırsa, təlimin səmərəsi də bir o qədər yüksəlir. Əksinə, passivlik, əzbərçilik mənimsəmənin keyfiyyətinə mənfi təsir göstərir.
VI qanun: təlimin məzmunu onun məqsədinə, vasitə, metod və formaları isə məzmun və məqsədə uyğun seçilib tətbiq edildikdə bütövlükdə təlim prosesi yüksək səmərə verir, onun optimal təşkilinə imkan yaranır.
VII qanun: təlim prosesi şagirdin real təhsil imkanlarını - yaş və fərdi xüsusiyyətlərini, inkişaf səviyyəsini nəzərə almaqla qurulduqda təlimin keyfiyyəti yüksəlir, təlimə maraq artır.
VIII qanun: təlim prosesi lazımi şəraitdə cərəyan etdikdə onun səmərəsi artır və əksinə.
IX qanun: təlimdə bilik və bacarıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə təkrar və tətbiq edilirsə, təlimin nəticəsi, mənimsəmənin səviyyəsi bir o qədər yüksək olur.
Təlimin nəzərdən keçirilən qanunlarının təsnifatı şərti xarakter daşıyır. Çünki təlimin bir çox qanunauyğunluqları müxtəlif təlim ünsürləri ilə bağlı olur. Məsələn, təlimin cəmiyyətin tələbatı ilə əlaqəsi qanunu təkcə məqsəd ünsürünü yox, onun vasitəsilə digər ünsürləri də əhatə edir. Təsnifat zamanı bu və ya digər qanunun təlimin hər hansı ünsüründəki dominant (aparıcı) rolu nəzərə alınmışdır.
Təlimin qanunauyğunluqları müvafiq təlim prinsiplərində öz əksini tapır.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.