DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Layihə Metodu

Layihələr

   Müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir.Şagirdlər öz layihələrini təqdim etməzdən öncə uzun müddət onun üzərində işləyirlər.
Layihələr insan hüquqları üzrə təlimdə çox faydalıdır, çünki:
  •  Ayrı-ayrı faktlar və hadisələrin məktəb təliminin predmetləri və xarici aləmlə əlaqəsini görməkdə şagirdlərə kömək edir;
  •  Şagirdlərə müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa , habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir;
  • Şagirdlərə müəllimin rəhbərliyi altında təlim prosesini idarə etməyə imkan verir;
  •  Şagirdlərin bir-birləri ilə, eləcə də məktəbdən kənarda
  • müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün imkan yaradır;
  • Şagirdlərə hadisələrin hər hansı bir aspektini daha dərindən
  • anlamağa imkan verir, əlavə ədabiyyatdan istifadə etməyi
  • öyrədir;
  •  Onlarda sosioloji tədqiqat, yaradıcı vərdişi aşılayır;

Şagirdlərin öz tədqiqatlarının nəticələrini öz rəylərini açıq şəkildə təqdim və müdafiə etmək vərdişlərinə yiyələnməsinə kömək edir ki, bu da müstəqil düşünən şəxsiyyət üçün çox mühüm keyfiyyətdir. Layihələr tətbiq edilərkən müəllim daha geniş və şagirdlərin maraqlarına uyğun, təlim nəticəsinə xidmət edəcək bir mövzu verməlidir. Layihə metodunu məktəbdə summativlər keçirilərkən müəllim tətbiq edə bilər. Layihələr müəyyən mərhələlərə malikdir. Bütün mərhələlərdə ən başlıcası şagirdlərə öz fəaliyyətlərinə təhsillərinə görə özlərinin cavabdehlik daşımasına imkan yaratmaqdır. Mövzu və ya problemi müəllim müəyyən edir və sinfə seçmək imkanı verilir. Bunlar, həmçinin sinif tərəfindən “əqli hücum” üsulu ilə seçilə bilər. Problem konkret olmalıdır ki, şagirdlər onun içində “itməsinlər”. Siz şagirdlərə layihə üzərində iş üçün hansısa xüsusi üsulu təklif edə bilərsiniz. Müəllim və şagirdlər müəyyən etməlidirlər ki, layihə üzərində iş nə vaxt başlayacaq, o nə qədər vaxt aparacaq, hansı əyani vasitələrdən(ədəbiyyat, mənbələr, təsviri vasitələr və s.) istifadə olunacaq, bunları haradan almaq mümkündür, şagirdlər fərdi şəkildə, yaxud qrup şəklində məşğul olacaqlar və s. Bu mərhələdə layihənin necə başa çatdırılması məsələsinin müzakirəsi mühüm əhəmiyyət kəsb edir. Layihə üzərində iş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər, lakin öz işlərinin icrasına görə şagirdlərin özləri məsuliyyət daşıyırlar. Tədqiqatın nəticəsi hesabat, müzakirə , təsviri vasitələr (xəritə, illüstrasiya, fotoşəkillər,cədvəllər, qrafiklər) formasında ifadə oluna bilər. Yaxşı olar ki, təqdim edilən iş yalnızşagirdlərin araşdırmalarının nəticələrini deyil, həm də onların layihə üzərində işinin müxtəlif mərhələlərini, habelə şagirdlərin mövzuya şəxsi münasibətini əks etdirmiş olsun. Qiymətləndirmə məsələsinə gəldikdə isə, qiymət yalnız akademik meyarlar üzə verilməməli, layihədə tətbiq edilmiş müztəlif vərdiş və bacarıqlar da qiymətləndirilməlidir.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
ü Mövzu və məqsəd aydın olmur;
ü Elmi-tədqiqat vərdişlərinin zəif inkişafı;
ü Vaxtın düzgün bölüşdürülməməsi.



0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar