DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Rollu Oyun


Rollar üzrə oyun
Xeyli maraqlı və əylənci olan bu metodik üsul digər fəal üsullarla müqayisədə əlavə imkanlar yaradır. Şagird mövcud vəziyyəti bir növ başqa insanların gözü ilə görür, bununla da onların həyatına yeni gözlə baxmaq imkanı əldə etmiş olur.  Oyun prosesində uğurlu təlim həyata keçirilir: Şagirdlər məlumatı qeyri iradi qavrayır və yadda saxlayırlar, burada təlimin başlıca faktoru öyrənilən mövzu üzrə ünsiyyət çıxış edir. Məhz oyun prosesində şagirdlər səmimi olur, məhz burada o, baş verənlərə öz münasibətini bildirməyə çalışır.(halbuki fəaliyyətin başqa növlərində o, müəllimin xoşu gəlsin deyə, gözlənilən cavabı verə bilər.) Şagirdin bu oyundan əldə etdiyi başlıca keyfiyyət –emosional təəssüratdır.
Emosional təəssürat isə ənənəvi dərsin gedişində informasiyanı və ya oyunun mövzusunu inkişaf etdirən söhbətin qavranması üçün əsas rol oynayır. Buna görə, hətta oyun arzuedilməz istiqamətdə getdikdə də, oyunu baş tutmamış hesab etmək olmaz.

Rollu oyunlardan istifadə şagirdlərdə aşağıdakı bacarıqları
formalaşdırır:
􀁨 Şagirdlər özləri və ətrafdakılar haqqında incəsənət yolu ilə məlumat əldə etməyə, problemə digər adamın gözü ilə baxmağa, vərdiş edilmiş stereotiplərdən uzaqlaşmağa və yeni davranış modellərinə yiyələnməyə imkan verir
􀁨 Rola girmək və ifadə etmə bacarıqlarını formalaşdırır
􀁨 Tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirir və üzə çıxarır
􀁨 Əməkdaşlığı, tolerantlığı inkişaf etdirir
􀁸Hisslərə şərik olmanı inkişaf etdirərək uyğunlaşa bilmə səviyyəsini və qarşılıqlı ünsiyyəti yaxşılaşdırır.İlk öncə oyunun mövzusu və oyunda iştirak edəcək obrazları müəyyənləşdirmək lazımdır. 
Rolların təsviri olan kartlar hazırlanır və şagirdlərlə şərh edəcəyiniz, müşahidə apracağınız, qrupların necə fəaliyyət göstərəcəyini qərara alın. Rollu oyun tətbiq edilən zaman iş forması bütün siniflə iş seçilir. Tapşırıq izah edilir. Əgər qrup əvvəllər rollu oyunlarda iştirak etməyibsə, onları məzmunla tanış etmək üçün asan bir situasiya təklif edin( məsələn, deyin ki, onlar indicə böyük məbləğdə pul udublar və soruşun ki, bu halda onlar nə edərdilər). Situasiyanı təhlil etmək və fəaliyyəti hazırlamaq üçün bir neçə dəqiqə vaxt verin. Rollar üzrə oyun fəal interaktiv dərsin tətqiqatın aparılması mərhələsində aparıla bilər. Əgər dərs müddəti rollar üzrə oyunun təşkili üçün vaxt vermirsə bu dərs üçün rolları hazırlamaq,növbəti dərs isə oyunu tətbiq etmək mümkündür.
Şagirdlər səhnəni şərh edirlər. Tamaşa zamanı siz aktyorları dayandırıb, şagirdlərdən nə baş veridyini soruşmalısınız (səhnə münaqişənin həlli qızğın bir nöqtəyə çatırsa,siz şagirdlərdən problemi sülh yolu ilə həll etməyi xahiş etməlisiniz)
Rollu oyunların tətbiqi zamanı yaran biləcək problemlər:
􀁸 Mövzu və məqsəd aydın olmur
􀁸 Rola girmək problemi
􀁸 Söz ehtiyatının azlığı
􀁸 Vaxtın düzgün bölüşdürülməməsi
􀁸 Vasitələrdən düzgün istifadə edilməməsi
􀁸 Yaradıcı yanaşılmaması


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar