Blum taksanomiyası.
Öyrənmənin üç növü
Benjamin Blum 1913-cü il 21 fevral
Penselvaniyada – Lensford şəhərində,yəhudi əsilli amerikalı ailəsində anadan
olmuşdur.1935 ildən etibarən o ,Pensivaniya Universitetində bakalavr ve mağistr
pillələrində təhsil almışdır.1942-ci ilde isə Çikaqo Universitetinde doktorluq
pilləsini müdafiə etmiş,sonralar bu universitetin fəxri professoru təyin
olunmuşdur.O,həmçinin İsrail və Hindistanda təhsil məsləhətçisi işləmiş və
1999-cu il 13 sentyabr tarixində vəfat etmişdir.Blumun nəzəriyyəsi bir çox
ölkələrin təhsil müəssələrində qəbul olunmuşdur.
Taksanomiya - biologiya fənnindən
götürülmüş anlayış olub mənası obyektlərin qarşılıqlı əlaqəsi üzərində
qurulması təsnifatı və ya sistemləşdirilməsi deməkdir.Blum taksanomiyası
bilik,anlama,tətbiq etmə,təhlil,sintez və qiymətləndirmə kimi dərketmə
prosesinin iyerarxiyasını təsvir etmək üçün Bencamin Blum tərəfindən təklif
edilən quruluşdur.B.Blum bu taksanomiyanı təklif etməklə öyrənmə fəaliyyətinin
üç əsas növünü müəyyən etmişdir:
1. Koqnitiv öyrənmə -
idraki bacarıqlar;
2. Affektiv öyrənmə -
hiss və emosional sahələrdə inkişaf;
3. Psixomotor öyrənmə -
fiziki və ya praktiki bacarıqlar.
Yuxarıda
qeyd etdiyimiz öyrənmə fəaliyyəti növləri kateqoriya kimi düşünülə bilər. Belə
ki,təlimçilər (müəllim və öyrədən) bu üç kateqoriyanı BBM (Bilik, Bacarıq,
Mövqe) adlandırırlar.Öyrənmə əxlaqının taksanomiyası “öyrənmə prosesinin
məqsədi” kimi xarakterizə olunur.Məhz buna görə də öyrənmə prosesindən sonra
öyrənənlər (şagird və ya tələbə) mütləq yeni biliklər və bacarıqlar əldə
etməlidirlər.B.Blumun rəhbərliyi ilə işləyən qrup koqnitiv və affektiv öyrənmə
fəaliyyətləri üçün bir strateji izahat tərtib etmişlər.Lakin bu izahat
psixomotor öyrənmə fəaliyyəti üçün nəzərdə tutulmamışdır. Daha sonralar Blum və
qrupunun bu nəzərdən qaçırılmış “səhvləri” üçün izahatları belə olmuşdur
ki,onlar orta məktəb səviyyəsi üçün praktiki bacarıqların öyrədilməsində kiçik bir
təcrübə etmişlər.Yuxarıda qeyd etdiyimiz izahat-tərtibat üç əsas bölməyə və
alt-bölmələrə ayrılır.Bu bölmələr ən sadə bölmədən ən mürəkkəb bölməyə doğru
inkişaf etdirilir.Onu da qeyd edək ki,bu bölmələr şərtsiz deyil və burada bir
çox digər sistemlər, ierarxiyalar vardır ki,onlar da təhsil-təlim sferasında
özünəməxsus şəkildə bölünməlidirlər.Bütün bu mürəkkəbliklərə baxmayaraq Blumun
taksanomiyası asan başa düşüləndir və dünya təhsil sistemində geniş tətbiq
edilir.
Koqnitiv
öyrənmə.
Yuxarıda qeyd etdiyimiz kimi,koqnitiv
öyrənmə idraki və ya əqli bacarıqlar əsasında biliklər əldə etməkdir.Bu öyrənmə
metoduna xüsusi faktların dərk edilməsi, üsul nümunələri,intellektual
qabiliyyətlərin və bacarıqların inkişafına xidmət edən fəaliyyətlər toplusu
daxildir.Koqnitiv öyrənmənin altı əsas bölməsi vardır və aşağıdakı cədvəldə
onların əsaslı təsviri verilmişdir:
BÖLMƏLƏR
|
AÇAR
SÖZLƏR
|
BİLİK:
məlumatı nağıl etmək və ya
müəyyənləşdirmək.
1.
Müşahidə və məlumatların xatırlanması.
2.
Tarixlər,hadisələr,yerlər haqqında biliklər.
3.
Əsas ideyalar haqqında bilik.
·
terminologiya,əsas aktlar və elementlər,
klassifikasiya və kateqoriyalar, prinsip və
ümumiləşdirmə,nəzəriyyə,model,struktur haqqında məlumatlar;
4.
Fənlər üzrə bilik.
·
fənn kateqoriyaları,texnologiya və üsullar;
5.
Yeni və köhnə biliklər.
|
|
QAVRAMA:
materialı başa düşmək,mənanı dərk etmək,
dəyişmək, izah etmək,sözlərini dəyişmək, təfsir və ya şərh etmək.
1.
Biliyin yeni konteksə köçürülməsi.
2.
İzah,təfsir,şərh etmək.
3.
Nümunələrin gətirilməsi.
4.
Öyrənilmiş xassələrə görə təsnifat.
5.
Yekunlaşdırma.
6.
Qarşılıqlı əlaqənin yaradılması.
|
|
TƏTBİQ:
məlumatdan istifadə etmək və
yeni şəraitə metodları,konsepsiyaları tətbiq etmək.
1.
Məlum olan və ya müəllim tərəfindən verilən
təlimata əsasən tapşırığın icra olunması.
2.
Müstəqil hazırlanmış təlimata əsasən tapşırığın
icra olunması.
|
|
TƏHLİL:
ayrı-ayrı hissələrə bölünmə və
bu hissələrin tama necə aid olunmasını təyin etmək.
1.
Əlaqələrin sezilməsi,hissələrin təşkili,qapalı
mənaların anlaşılması,komponentlərin ayırd edilməsi.
2.
Differensiallaşma.
3.
Sıralanma.
4.
Xarakterik xüsusiyyətlərin təyini.
|
|
SİNTEZ:
yeni ideyaların yaranması üçün
köhnə ideyalardan istifadə,verilmiş faktların ümumiləşdirilməsi və bir neçə
sahə üzrə biliklərin əlaqələndirilməsi.
1.
Ayrı-ayrı hissələrdən yeni “məhsulun”
yaradılması.
2.
Planlaşdırılma.
3.
Yeni ideyalar və yanaşmalar yaratmaq üçün köhnə
ideyaların,müəyyən meyarlar üzrə fikirlərin,hipotezlərin,alternaiv həllərin
generasiya edilməsi.
|
|
QİYMƏTLƏNDİRMƏ:
məlumatın dəyərliliyini və ya
səmərəli istifadə imkanlarını müvafiq meyarlara və standartlara əsasən
müəyyən etmək.
1.
İdeyaların müqayisəsi və fərqləndirilməsi,tutarlı
arqument əsasında seçimlər edilməsi və seçimin dəyərləndirilməsi.
2.
Müəyyən meyarlara əsasən yoxlamaq.
3.
Müəyyən meyarlara əsasən tərif və tənqid etmək.
4.
Sıralamaq.
|
|
Affektiv öyrənmə
Psixomotor öyrənmə
Diğər psixomotor öyrənmə metodları və B.Blumun
taksanomiyasının yenidən işlənmiş halı
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.