Amerika psixoloqu Harvard Gardner biliklərin öyrənilmə və mənimsənilmə yollarını mərhələlərə bölərək “ Biliyin mərhələləri” adlı sxem işləyib hazirlamışdır. Hal-hazırda Amerika və Kanadanın təhsil sistemi bu sxemin müddəalarını sagirdlərin bilik və bacarıqlara yiyələnməsi və tam bir şəxsiyyət kimi yetişməsi üçün kurikulumun tətbiqinin tərkib hissələrindən biri kimi qəbul edir. Dərs proqramları və planları bu yolla hazırlanır və hər bir şagirdin bilik və bacarıği nəzərə alınaraq tətbiq edilir. Bu işin əsas məsuliyyəti əlbətdə ki müəllimin uzərinə düşür. Müəllim tə'lim prosesi zamanı hər bir şagirdlə fərdi iş aparır və hansı mərhələnin hansı şagirdə uyğun olduğunu aşkar edərək fərdi, kiçik qruplarla və bütun siniflə iş aparır. Bu sxem aşağidaki kimidir:
BİLİYİN MƏRHƏLƏLƏRİ
|
BİLİK VƏ BACARIQLAR
|
TÖVSİYƏ EDİLƏN FƏALİYYƏTLƏR
|
ŞİFAHİ/DİLÇİLİK BİLİYİ
|
Şagirdlər şifahi, oxu, yazı ilə yaxşı
əlaqə yaradır və dərk edərək mənimsəyir, həm də verilmiş yazılı mətndəki məlumatı
analiz etməyi bacarır
|
- hekayə danışır, hekayə yazır
- ucadan və ya alcaqdan qrupda oxuyur
- söz oyunu oynayır(sözü sözlə və ya
şəkillə uyğunlaşdırır, şəkili şəkillə uyğunlaşdırır, cümlənin qarişdırılmış
hissələrini ardıcıllıqla birləşdirir)
- mübahisə edir
- dialoqa girir
- şer oxuyur, oyunlar yazıb
hazırlayır
|
MƏNTİQİ/RİYAZİ BİLİK
|
Şagirdlər riyazi oyunları, riyazi
anlayişları(rəqəmləri, həndəsi fiqurları) və elmi sinaqlar aparmağı yaxşı
bacarırlar
|
- söz və şəkil pazılları
- krassvord pazılları
- sözləri əlifba sırası ilə çeşidləyir
- məlumatı siniflərə və
kateqoriyalara ayırır
- hadisələri sıralayır
- proyekt uçun araşdırma aparır
- qəflətən baş verən hadisədən nəticə
çıxarır
- “birdən” hekayələri yazır
- tapmacalar
- qrafalar işləyib hazırlayır
|
CİSMANİ/KİNESTETİK BİLİK
|
Şagirdlər hərəkət etməyi, nə isə duzəltməyi
və toxunmağı xoşlayırlar, müxtəlif əl-qol hərəkətləri vasitəsi ile əlaqə
yaradırlar. Onlar hərəkət vasitəsi ilə özlərini ifadə edir və fiziki fəaliyyətlərlə
öyrədilə bilirlər.
|
- hərəkətlərlə mahnılar
- rəqslər
- tamaşalar
- rol ifa etmək
- modellər hazırlamaq
- idman hərəkətləri
- mimika göstərməklə hisslərini ifadə etmək
|
MƏKAN/ƏYANİ BİLİK
|
Bu biliyə malik olan şagirdlər
dünyanı bir dənizçi və ya təyyarəçi gözü ilə geniş məkan dairəsinden seyr
edirlər və yaxud da necə ki şahmat
oyunçusu və ya memar (heykəltaraş) təmsil etdikləri sahəni məkan dairəsi
baxımından çox məhdudlaşdırırlar
|
- kəs və yapışdır məşğələsi
- şəkillərlə oyunlar
- şəkili yazılı şəkildə və ya
şifahi təsvir edir
- şekildə gizlənmiş elementləri tapır
- cədvəl tərtib edir
- puzzle (başsındıran bağlama) həll
edir
- reklam və elanlar hazırlayır
- divar naxışları konstruksiya
edir
- elementlər və ya modellər haziəlayır
|
MUSİQİLİ RİTMİK BİLİK
|
Şagirdlər ritm və səsə qarşı həssaslıq
göstərirlər. Onlar musiqini sevirlər, həm də onları əhatə edən mühitin səsinə
də həssasdirlar. Onlar hətta musiqi sədaları altında yaxşı oxuya bilərlər.
Onlar hər hansı bir aletdə çalmagı sevirlır
|
- laylalar oxuyurlar
- mahnılar oxuyurlar
- mahnılar bəstələyirlər
- ritmləri öyrənirlər
- lirikanı öyrənirlər
- ritmlərlə danışırlar
- zamanın nəbzini tuturlar
|
UNSİYYƏT BİLİYİ (BACARİĞİ)
|
Şagirdlər ünsiyyət qurmağa qadirdirlər,
başqalarını başa düşürlər və yoldaşları ilə yaxşı ünsiyyət qururlar. Bu
şagirdlər başqaları ilə ünsiyyət qurmaq vasitəsi ilə öyrənirlər. Onlar
populyar, ağıllı, mehriban və başqalarına qarşı mülayimdirlər
|
- quruplarla oyunlar
- qruplarda liderlik
- dillə və ya başqa fənlə bağlı
oyunlarda liderlik edirlər
- musahibələr aparırlar
- proyektin təqdimatında çıxış edirlər
- oxuduğu hekayəni nəql edirlər
- problemləri həll edirlər
- suallara cavab verir və yaxud sual
vrirlə
- yazılı və şifahi dialoqa girirlər
|
DAXİLİ UNSİYYƏT BİLİYİ
|
Bu tipli öyrənənlər utanaraq başqalarından kənarda dururlar. Onlar öz
daxili hisslərinə qapılırlar; onlarda ağıllılıq, hissiyyat və motivasiya yəni
məqsədlilik, həm də güclu mənəviyyatlıq, özünə inamlılıq və özünəməxsus rəy
bildirməklik qabiliyyətləri güclüdür
|
- üreyində (sakit) oxumaq
- xor oxumaq
- şəkilli kitablar
- esse yazma
- xəbərlər (qəzet və ya jurnal)
yazmaq
- gündəlik yazmaq
- proyekt üçün araşdırmalar aparmaq
- fərdi işləmək
- hadisəni analiz etmək
|
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.