“Qərar” ərəb mənsəli çoxmənalı sözdür. Elmi ədəbiyyatda “qərar” sözünün 8
məna çaları oldugu göstərilir. Qərar
sözünün ən genis yayılmıs mənası müəyyən
bir
məsələni
müzakirə etdikdən sonra hamının və ya əksəriyyətin gəldiyi nəticədir.
Dilimizdə “qərar” sözü
ilə baglı çoxlu ifadə yaranmısdır. Qərar vermək, qərar çıxarmaq, qərara
gəlmək, qərarını dəyismək
və s. “Qərar” sözü fikir,
mülahizə mənasında da islənir (onu qərarından döndərmək çətindir).
Qərarlasmaq –
sözləsmək, dilbir olmaq,
söz vermək mənasında islənir. Qərar
hüquqi termin kimi də islədilir. Dövlət orqanının və yaxud vəzifəli
səxsin öz səlahiyyəti dairəsində hüquqi nəticələr əmələ gətirən aktdır. Qərarı
Respublika rəhbərləri,
Respublika hökuməti,
icra hakimiyyətinin
rəhbərliyi, idarə və müəssisələrin kollektiv orqanı qəbul
edir. Müzakirə
edilən hər hansı
bir məsələ ilə baglı bir
neçə qərar qəbul
edilə bilər. Qərarı
müəssisənin rəhbəri və ya
iclasa sədrlik
edən səxs və katib
imzalayır.
Nümunə
Azərbaycan Dillər Universitetinin
Ümumi dilçilik və
Azərbaycan dilçiliyi
kafedraları Azərbaycan Aviasiya
Akademiyasının müəllimi, kafedranın
dissertantı
Sevda əliyevanın filologiya
elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan dilində aviasiya terminləri» mövzusunda yazdıgı dissertasiya isini müzakirə edərək qərara alır:
1. Dissertasiya isini tamamlanmıs hesab etmək olar.
2. Çap edilmis məqalələr dissertasiyanın
ümumi məzmununu əks etdirir.
3. Dissertasiyanın
müdafiəsi üçün müəyyən tədbirlərin görülməsi
Universitetin
rektorlugundan xahis edilsin.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.