Bildiris haqqında məlumat
Bildiris hər hansı bir tədbir (hadisə) haqqında əvvəlcədən
verilən məlumatdır.
Mahiyyəti – Bildiris elmi, bədii tədbir
haqqında kollektiv və ya ictimaiyyətə məlumat vermək məqsədilə yazılır.
Məzmunu – Bildirisdə tədbirin
xarakteri, keçiriləcəyi yer və vaxt, istirak edənlər, onların kimliyi haqqında məlumat verilir. Tədbirin
gündəliyi də bildirisdə göstərilir.
Forması – Vərəqin və ya lövhənin ortasında “BİLDİRİŞ”
sözü yazılır. Ondan sonra ayın tarixi və saatı göstərilməklə tədbirin
xarakteri göstərilir. Sonra tədbirdə istirak edənlərin adı və soyadı, habelə kimliyi və titulları
göstərilir. Sonda isə tədbirin keçiriləcəyi yer, nəhayət, tədbiri keçirən qurumun adı
qeyd edilir. Bundan fərqli formada da bildiris vermək olar. Yenə ilk cümlədə tədbirin
keçiriləcəyi tarixdən sonra keçiriləcəyi yer göstərilir. Bildiris qəzetdə,
televiziyada, radioda və afisa səklində verilə bilər.
Dil xüsusiyyəti – Bildirisdə dil səlis, fikir aydın
olmalıdır. Dolasıq ifadələrə yol vermək olmaz. Elmi konfrans, qurultay, elmi sura və s.
haqqında bildirislər rəsmi ədəbi dildə yazılmalıdır. Burada bədii və emosional ifadələrə
yer vermək olmaz. Təntənəli gecə, yubiley gecəsi, habelə konsert haqqındakı
bildirislərdə bədiiliyə və emosional ifadələrə yol verilə bilər.
Seçmek olmur axıı
YanıtlaSile-ibrahimovaslan085@gmail.com
YanıtlaSil0505823000
YanıtlaSilƏla
YanıtlaSil