Videonu izləmədən keçməyin
Bəzən tədris prosesində kadrlar seçilərkən ancaq ixtisas biliyi yoxlanılır. Yoxlama prosesi isə test üsulu ilə tətbiq edilir. Əslində isə bu o qədər də doğru addım deyil. Təhsil üçün kadrın seçilməsi zamanı xüsusi ilə də müəllimlərin seçimi zamanı nəzərə almaq lazımdır ki, müəllim sinif auditoriyasına daxil olacaq. Onun ancaq ixtisas biliklərinin yoxlanılması, həmin müəllimin hələ də yaxşı, savadlı, əsl öyrədən olmasını sübut etmir. Bir müəllim ixtisasını yaxşı bilər (kitabları səhifəsinə qədər əzbər bilə bilər :) ) Ancaq, müəllimin öyrətmə metodikası və öyrətmə qabiliyyəti yoxdursa savad, bilik köməyə çatmır. Müəllim ixtisas biliklərini mükəmməl bilməklə yanaşı, düzgün öyrətmə metodikasına malik olmalıdır. Öyrətmə metodikası isə sinif auditoriyasından, auditoriyanın yaş və bilik səviyyəsindən, zamandan və məkandan asılı olaraq dəyişə bilir. Standart bir öyrətmə metodikası yoxdur. Eləcə də hər bir müəllimin özünəməxsus öyrətmə metodikası olsa belə, yenə də bu metodikalar vəziyyətdən, şəraitdən asılı olaraq dəyişir.
Bu baxımdan müəllimlərin seçimi zamanı ixtisasla yanaşı, onların nitqi auditoriyada səs tonunu idarəetmə qabiliyyətinin ölçülməsi, nitqinin aydınlığı və düzgünlüyü, səbrliliyi, metodikası, öyrədici mühiti təşkil etmə qabiliyyəti və s keyfiyyətləri əsas olaraq yoxlanılsa daha məqsədəuyğun olardı.
Bu gün dəfələrlə eşidirk ki, hər hansısa bir məktəbdə müəllimlə şagird arasında xoşagəlməz problem baş verib. Bir çox hallarda bu problem şagirdlərlə bağlı olur. Bu danılmazdır. Bu haqda hər hansısa bir tədbirin görülməsi yaxşı olardı. Ancaq etiraf edək ki, bu gün sinif auditoriyasını idarə etmə qabiliyyətinə malik olmayan təsadüfi müəllimlər də var. Eləcə də öyrətmə metodikasını düzgün təşkil edə bilməyən.


Öyrədici mühiti təşkil edərkən müəllimin bir sıra fasilitator kimi malik olduğu keyfiyyətlər
Müəllimin hər bir şagirdə xüsusi hörmət və etibarla fərdi olaraq yanaşması, şagirdlərin birlikdə əməkdaşlığı, şagirdlərin bir-birlərinə qarşılıqlı hörmət və etibarı, şagirdlərin olduqları kimi qəbul edilmələri və onların müəllim tərəfindən daim dəstəklənməsi, şagirdlərin qabiliyyətlərinə inamın olması, xeyirxahlıq, cavabları pis və ya yaxşı kimi qiymətləndirilməsindən imtina edilməsi, şagirdlərdə öyrənmə motivasiyası və stimulun yaradılması, şagirdlərin sinif mühitinəı, müəllimin xüsusi həssas münasibətinə uyğunlaşması müəllimin malik ola biləcəyi ən yüksək və ən vacib keyfiyyətlərdir.
Öyrədici mühiti təşkil edərkən lazım olan bacarıqlar
Sual vermə bacarığı
Əks əlaqənin yaradılması
İştirakçıların təhrik etmə bacarıqları
Fəal dinləmə bacarığı
Empatiya bacarığı
Yaradıcılıq bacarığı
Əməkdaşlıq bacarığı
Ünsiyyətin yaradılması bacarığı
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.