12 Aralık 2015 Cumartesi
Tədris Proqramları-Fəlsəfə,Məntiq, Təbiətşünaslıq, Ontologiya
«Sosial fəlsəfədə metod və
metodologiya problemi» (magitsrantlar üçün metodik vəsait). Tərtibçi: f.e.n.
Abbasova Q.Y. Bakı Universiteti nəşriyyatı, 2003.
«Fəlsəfənin tədrisi
metodikası» fənnindən bakalavr və magistr pillələri üçün proqram. Tərtibçi:
f.e.n. Abbasova Q.Y. Bakı – 2004.
«Fəlsəfə və elmin
metodologiyası». Tərtibçi – f.e.n. Abbasova Q.Y. Bakı – 2005.
«Fəlsəfə» kursunun proqramı
bakalavr təhsili üçün. Azərbaycan dilində tərtibçilər: prof.H.R.İmanov,
dos.B.X.Əlizadə. Rus dilində tərtibçilər: prof. H.R.İmanov, dos.B.X.Əlizadə,
dos.Z.K.Beydulova. 2,5 ç.v. BDU nəşriyyatının mətbəəsi. Bakı-2006
«Məntiq» fənninin proqramı.
Bakalavr hazırlığı üçün. Azərbaycan dilində tərtibçilər: dos. M.M.İsrafilov,
b/m G.Y.Yusifova, müəl. O.H.Hüseynli. Rus dilində tərtibçi: bm G.Y.Yusifova.
1,5 ç.v. «Turan evi» nəşriyyatı. Bakı-2006
«Fəlsəfə» ixtisası üzrə
bakalavr və magistr pillələri üçün fənn proqramlar toplusu. Tərtibçi: f.e.n.
Abbasova Q.Y. Bakı – 2006.
«Sosial fəlsəfə» kursunun
proqramı (namizədlik minimumu üçün). Tərtibçi: prof. H.R.İmanov. Bakı – 2006.
«Şərq peripatetizmi problemləri» fənninin proqramı. Bakalavr pilləsi üçün.
Tərtibçi: f.e.n., dos. K.H.Pənahova.
Bakı – 2007.
«Humanitar elmlərin fəlsəfi problemləri» fənninin proqramı. Fəlsəfə
ixtisasının bakalavr qiyabi pilləsi üçün. Tərtibçi: müəllim N.İ.Kərimova (Əlyazma).
«Formal məntiqin əsasları»
(metodik tövsiyyə). Tərtibçi: f.e.n.G.Y.Yusifova. Bakı – 2008.
«Ontologiya» (metodik vəsait).
Tərtibçi: f.e.n. Z.K.Beydulova. Bakı – 2008.
«Fəlsəfə» kursu üzrə metodik
tövsiyyə (qiyabi şöbə üçün). Tərtibçi: f.e.n. B.X.Əlizadə.
TƏDRİS
PROQRAMLARI
«MÜASİR TƏBİƏTŞÜNASLIĞIN
KONSEPSİYALARI» proqram.Tərtib edənlər: akademik Fuad Qasımzadə, dosent Arif
Tağıyev, f.e.n. İbadət İbrahimov. BDU, Bakı,2008.
Orfoepiya və orfoqrafiya qaydaları
·
İkinci hecasındakı saiti “u”, bəzən də “ü” ilə deyilən sözlər “i” ilə
yazılır.Məs:münbit, ümid, münsif, müdir, mühit, müflis, müdhiş. İstisna: üfüq,
mühüm.
·
Qandax, Muxax, Qazax, Samux, Yevlax sözlərinə saitlə başlanan şəkilçi
qoşulduqda sondakı x samiti ğ samiti ilə əvəz olunmur. Lakin tələffüz zamanı ğ
kimi tələffüz oluna bilər: Qazax [Qazağ]
·
O saitli alınma sözlər a və o ilə deyilməsindən asılı olmayaraq o ilə
yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat,
laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor,
polkovnik və s.
·
İki saitin arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: kassa,
libretto, operetta, nəqqaş, kəmiyyət, kapella və s.
·
Əslində sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlər bir samitlə
yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd, hüsnxət və
s.
·
Rus dilində -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin
sonundakı y yazılmır: Qorki,Yaroslavski, Mayakovski, sanatori, planetari və s.
·
Əslində birhecalı olub, tələffüzdə çox zaman sonundakı iki samit arasına u
və ya ü saiti artırmaqla deyilən sözlər iki cür yazılır:
·
iki saitlə yazılanlar: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür,
isim, nəsil, sətir, sinif, fəsil, fikir, cisim, şəkil, heyif, meyil, şeir, əsil
·
bir saitlə yazılanlar: qəbz, qəsr, əmr,zülm, nəbz, nəfs, hüzn, həsr, üzv,
həbs, kəsr, sədr, mətn.
·
–vari şəkilçisi ilə yazılan sözlərin düzgün yazılışı: buynuzvari,
yüngülvari, üzükvari, qalxanvari, igidvari.
·
Tərkibində qeyri, əks, küll, eks, vitse, kontr, ober, super sözləri işlənən
mürəkkəb isimlər defislə yazılır.
·
idi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və
saitlə bitən fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra isə həm ayrı,
həm də bitişik yazılır: ata idi, uşaq idi, uşaq ikən, uşaq imiş, gəlmiş imiş,
gəlmişmiş, gələr ikən, gələrkən.
·
–can, -cən, -dək, -tək qoşmaları sözlərə bitişik yazılır. –mı4 və sana2
ədatları sözə bitişik yazılır. İstisna: əgər mı4 sual ədatı da-də
bağlayıcısından sonra gəlirsə, hər ikisi ayrı yazılmalıdır: Sən də mi məni
atırsan?
·
Bəzi mürəkkəb adların yazılışları: Azərbaycan Respublikasının Prezidenti,
Azərbaycan Respublikasının Baş naziri, AR Milli Məclisinin Sədri, Babək Rayon
Təhsil Şöbəsi
·
İxtisarlar
(abreviatura) üç cür yazılır:
·
Tam ixtisarlar aid
olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: MDB, BMT,
metr-m, cild-c
·
Yarımçıq
ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə,
mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad.(akademik),
prof.(professor), Azərkitab (Azərbaycan kitabı)
·
Sözün orta
hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: k-b (kitab)
·
Yeni orfoqrafiyada
dəyişilmiş sözlər: abveriatura, anten, heyif, hospital, Höte, hüsncamal,
hüsnxidmət, hüsnrəğbət, hotel, meyil, şeir, profilaktori, sanatori, şillə,
varid olmaq, vaz keçmək, bağırsaq, kompyuter, nəqarət, şirtək, hərgünkü,
hərgünlü, ala-bəzək,(alabəzək quş adı bitişik yazılır) ala-çiy
·
Bir y ilə yazılan sözlər: tərbiyə, heyət, tövsiyə, təhkiyə, ehtiyac,
ehtiyat, mərsiyə
·
Xüsusi isimlər ümumiləşdirmə bildirərək cəmləşdikdə böyük hərflə yazılır:
Nizamilər, Sabirlər, Aşıq Ələsgərlər
·
Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, lisey,
konsert, sex, sirk, sement və s. Vitse sözü istisnadır.Xüsusi isimlərdə sözün
əvvəlində s, sözün ortasında və axırında ts yazılır.
·
Söz başında və ortasında ov, öv hərf birləşmələrindəki v samiti tələffüzdən
düşür və o, ö saitləri bir qədər uzun tələffüz olunur: dovşan {do:şan}, yovşan
{yo:şan}, qovurma {qo:urma}, sovqat {so:qat}, qırqovul {qırqo:ul}, çovdar
{ço:dar}, dovğa {do:ğa}, çovğun {ço:ğun}, ovuc {o:uc}, ovxalama {o:xalama},
ovuşdurma {o:uşdurma}, tövlə {tö:lə}, lövbər {lö:bər}, növbə {nö:bə}, dövlət
{dö:lət}, bənövşə {bənö:şə}, tövbə {tö:bə}, gövdə {gö:də}, gövşəmək
{gö:şəməxı}. İstisna: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran.
·
Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y
samiti olan müəyyən şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun
olaraq tələffüz zamanı ı, u, i, ü səslərindən birinə çevrilir, yəni sözün
sonundakı açıq saitlər qapalı sait kimi kimi tələffüz olunur:
·
ismin yönlük halında: kölgəyə-[kölgüyə], arabaya-[arabıya],
dərəyə-[dəriyə], özgəyə-[özgüyə]
·
felin indiki zamanında: yaşayır-[yaşıyır], işləyir-[işdiyi]r,
otlayır-[otduyu]r, bulayır-[buluyur]
·
felin qeyri-qəti gələcək zamanında: İşləyər-[işliyə]r, bulayar-[buluyar],
söyləyər-[söylüyər], başlayar-[başdıyar]
·
felin qəti gələcək zamanında: yaşayacaq-[yaşıyacaq], oynayacaq-[oynuyacaq],
atlayacaq-[atlıyacaq]
·
felin arzu və lazım şəklində:yaşaya-[yaşıya], işləyə-[işdiyə],
işləyəsidir-[işdiyəsidir].
·
indiki zaman məzmunlu feli sifətlərdə: yaşayan-[yaşıyan],
söyləyən-[söylüyən], tərləyən-[tərriyən]
·
bir sıra müxtəlif sözlərdə: anayam-[anıyam], oynaya-[oynuya],
saxlayın-[saxlıyın]
·
Rus dilindən alınan sözlərdə əgər vurğu [o] saitinin üstünə düşmürsə, o
zaman [o] saiti [a] kimi tələffüz olunur: motor-[mator], kombayn-[kambayn],
bloknot-[blaknot], qonorar-[qanarar], domino-[damino], dosent-]dasent]. İstisna:
bomba’, Bombe’y, bota’nika.
·
Sonu [ç] ilə bitən sözlərə d, z, s, t, l, n samitləri ilə başlanan
şəkilçilər, eləcə də sözlər qoşulduqda həmin sait [ş] kimi tələffüz olunur:
keçdi [keşdi], heç zaman [heş zaman], qaçsan [qaşsan], üç dəfə [üş dəfə].
·
Bəzi qoşasaitli sözlərdə saitlərdən heç biri düşməsə də, uzanma baş verir:
qiraət-[qira:ət], qənaət-[qəna:ət], bəraət-[bəra:ət], şücaət- [şüca:ət].
Həmçinin bax: Azərbaycan dilinin orfoqrafik qaydaları
11 Aralık 2015 Cuma
"Ən yaxşı müəllim" müsabiqəsinin III mərhələsində iştirak edən müəllimlərin təəssüratları
2015-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsində
iştirak üçün Təşkilat Komitəsinə 600 müəllim müraciət edib.
Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin
ekspertizası həyata keçirilib və 143 müəllim növbəti mərhələyə
buraxılıb. İkinci mərhələyə vəsiqə qazanmış müəllimlər Bakı
şəhərindəki 50 məktəbdə sınaq-nümunə dərsləri keçib. Müsabiqə
komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə
qiymətləndirib. Üçüncü mərhələdə isə müəllimlər Təşkilat Komitəsi
qarşısında təqdimatla çıxış ediblər. Bu mərhələdə də qiymətləndirmə 10 ballıq
sistemlə aparılıb.
“Ən yaxşı müəllim” müsabiqəsinin üçüncü mərhələsini
başa vuran müəllimlər öz təəssüratlarını bölüşüblər.
|
|
Ellada Mirzəyeva
Sabirabad rayon 5 nömrəli Nizami Gəncəvi adına tam
orta məktəbin ingilis dili müəllimi
15 ildir ki,
ingilis dili fənnini tədris edirəm. “Ən yaxşı müəllim” müsabiqəsinə ikinci
dəfədir ki, qatılıram. Bu müsabiqə müəllimin öz bacarıqlarını nümayiş
etdirməsi üçün böyük bir şansdır. İnanıram ki, müsabiqədə iştirakımız,
mütəxəssislər tərəfindən aldığımız rəy gələcək fəaliyyətimizə də öz müsbət
təsirini göstərəcək. Həmkarlarımızın müsabiqədə yer tutması bizdə inam, uğur
qazanmaq arzusunu formalaşdırır. Bu müsabiqə biz müəllimləri daha
keyfiyyətli işləməyə sövq edir.
“Ən yaxşı
müəllim” müsabiqəsinin keçirilməsi müəllimlərin əməyinə verilən qiymətin
bariz nümunəsidir. Bu
müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar arzu edirəm.
|
![]() |
|
|
Bikə Allahverdiyeva
Saatlı rayon Gomuşçu kənd tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
13 ildir ki, müəllim işləyirəm. Dövlətimizin müəllimlərə, təhsil
işilərinə olan qayğısı biz müəllimlərin məsuliyyətini daha da artırır. “Ən
yaxşı müəllim” müsabiqəsi bizə bilik və bacarıqlarımızı nümayiş etdirməyə
imkan yaradır. Bu müsabiqədə iştirakımı pedaqoji fəaliyyətimin uğuru hesab
edirəm. Mən öz bacarıqlarımı sınamaqla yanaşı, iştirakçı müəllimlərlə təcrübə
mübadiləsi etmək imkanı qazandım. Ötən il bu müsabiqəyə qatılsam da, yer tuta
bilmədim. Ancaq özümə olan inamım məni bu müsabiqəyə yenidən qoşulmağa vadar
etdi. Ümid edirəm ki, istədiyim nəticəyə çatacağam.
|
![]() |
|
|
Dilşad Kərimova
Ucar şəhər 2 nömrəli tam orta məktəbin kimya
müəllimi
“Ən yaxşı müəllim” müsabiqəsində
ilk dəfədir ki, iştirak edirəm. Doğrusu, əvvəllər də qatılmaq istəyirdim.
Ancaq başa düşdüm ki, şagirdlərin yalnız təlim-tərbiyəsi ilə məşğul
olmaq bu müsabiqədə iştirak etmək üçün yetərli deyil. Buna görə
də bilik və bacarıqları daha da təkmilləşdirməyin, təhsil sahəsindəki
yeniliklərin tədris prosesində tətbiqinin vacibliyini dərk etdim.
Ucar rayonundan “Ən yaxşı müəllim” müsabiqəsində
qalib gələn müəllimlər çoxdur. Bu isə bölgələrdə rəqabətəqabil, peşəkar
müəllimlərin yetişməsi deməkdir.
Bu müsabiqənin təşkilinə görə hər kəsə
təşəkkür edirəm.
|
![]() |
|
|
Şirin Məmmədova
Bakı şəhəri 318 nömrəli tam orta
məktəbin kimya-biologiya müəllimi
“Ən yaxşı müəllim” müsabiqəsinə kimya fənni üzrə qatılmışam. İlk
dəfədir ki, bu müsabiqədə iştirak edirəm. Bundan əvvəlki illərdə bir çox
nailiyyətlər qazanmışam. “Elektron təhsil” müsabiqəsinin qalibiyəm.
7-ci siniflər üçün kimya vəsaitinin müəllifiyəm. Yaratdığım “Azəri ekoloqlar”
komandası Bakı üzrə birinci, respublika üzrə qalib yerlərdən birini tutub.
Müsabiqə müddətində özümü sanki “döyüş zonasında”
hiss edirdim. Yuxusuz gecələrim, həyəcanlı anlarım çox oldu. Ancaq hədəfim
bəlli idi. “Uduzmaq olmaz” deyirdim. Bu müsabiqə özümə qarşı daha çox
tələbkar olmağı öyrətdi. Həm də bu, yaradıcı müəllim üçün öz üzərində işləmək
imkanı verir, dövlət və şagird qarşısında məsuliyyətini artırır. Şəxsən mən
qısa zaman ərzində 3 dərs resursu hazırladım, elektron lövhələrlə işləmək
imkanı qazandım.
Müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar
arzu edirəm .
|
![]() |
|
|
Gülnarə Abdullayeva
Bakı şəhəri 5 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi
26 ildir
ki, eyni məktəbdə ingilis dili fənnini tədris edirəm. Belə bir kəlamı
xatırlatmaq istəyirəm: “Hər bir elmin nüvəsində mənəviyyat, ağıl, idrak,
ünsiyyət dayanır”. Ən böyük ünsiyyət vasitəsi dildir. Bu gün xarici dil,
xüsusilə də ingilis dili müasirliyin tələbidir. Özümü çox xoşbəxt sayıram ki,
bu peşənin sahibiyəm.
İkinci dəfədir ki, “Ən yaxşı
müəllim” müsabiqəsinə qatılıram. İlk dəfə bu müsabiqəyə 2009-cu ildə qatıldım
və qalib gəldim. Bir müəllim kimi əməyim dəfələrlə qiymətləndirilib,
uğurlarım çox olub. Ən böyük uğurum 2007-ci ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri
adına layiq görülməyimdir. Mənə elə gəlir ki, müəllim üçün bundan yüksək ad
ola bilməz. Mən dövlətimə, dövlət başçısına təhsilə göstərdiyi qayğıya,
müəllim adına verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm.
|
![]() |
|
|
Mərdan İsmayılov
Bakı şəhəri 313 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi
“Ən yaxşı müəllim” müsabiqəsinə ikinci dəfədir ki, qatılıram.
2009-cu ildə də bu müsabiqənin qalibi olmuşam. Bu il biliyimi yoxlamaq üçün
yenidən müsabiqəyə qatıldım. Nəticələrin yaxşı olacağını düşünürəm, cünkü
ballarım yüksəkdir. Mən bir riyaziyyatçı kimi şagirdlərdə riyazi düşünmək
qabiliyyətini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Şagirdlərə
riyaziyyatı öyrətməklə yanaşı, onların sərbəst düşünmələrinə çalışıram. Bu gün
müəllimlərin qarşısında duran ən vacib məsələ düşünməyi bacaran insanlar
yetişdirməkdir.
“Ən yaxşı müəllim” müsabiqəsi həm müəllim
əməyinə verilən yüksək qiymət, həm də müəllimlərdə böyük ruh yüksəkliyi
yaratmaq baxımdan böyük əhəmiyyətə malikdir.
|
![]() |
|
|
Xəyalə Quliyeva
Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
10 illik pedaqoji fəaliyyətim dövründə bir çox
respublika əhəmiyyətli müsabiqələrdə iştirak etmişəm və həmin müsabiqələrdə
qalib gəlmişəm.
Bu müsabiqəni neçə ildir ki, izləyirdim. Nəhayət,
özümü tam hazır hiss etdikdən sonra müsabiqəyə qatılmaq qərarına gəldim.
Artıq üç mərhələni arxada qoymuşam. Keçilən yola baxanda bir müəllim
kimi sevinməyə bilmirəm. “Ən yaxşı müəllim” adı uğrunda müsabiqəyə
qatılmaq qürurverici hissdir. Müsabiqə tam şəffaf, obyektiv və
təşkilati baxımdan çox yüksək səviyyədə təşkil edilib. Nəticələrdən asılı
olmayaraq, biz unutmamalıyıq ki, şərəfli bir peşənin icraçılarıyıq.
Hər bir həmkarıma gələcək fəaliyyətində uğurlar
arzulayıram. Qalib olacaq hər bir kəsi öncədən təbrik edirəm.
|
![]() |
Ən yaxşı məktəb və Ən yaxşı müəllim müsabiqəsi üçün sizə maraqlı olan bir çox sualların cavabını, müsahibədən əldə edə bilərsiniz
Ən yaxşı məktəb və Ən yaxşı müəllim müsabiqəsi üçün sizə maraqlı olan bir çox sualların cavabını, müsahibədən əldə edə bilərsiniz. Sizə müsabiqə ilə bağlı maraqlı olan sualların cavabı burda
Gülarə Xudiyevanın müsahibəsi
7 Aralık 2015 Pazartesi
Strukturlaşdırılmış icmal
Strukturlaşdırılmış İcmal (Ausubel), 1968) dərsin əvvəlində şagirdlərdə maraq yaratmaq, əsas anlayışları təqdime etmək və onları bilavasitə dərsin mövzusuna hazırlamaq məqsədi daşıyan qısa bir söhbət və ya izahatdır.
Əsaslandırma: Öyrənmə nəzəriyyələrinə görə uşaqlar yeni bilikləri artıq onlara məlum olan biliklərlə əlaqələndirərək öyrənirlər. Ancaq bir mövzu ilə bağlı mövcud biliklər qarışıq və ya natamamdırsa, onda şagirdləri yeni biliklər öyrənməyə hazırlamaq üçün ümumi məlumat xarakterli qısa bir giriş söhbəti etmək faydalı olar. Strukturlaşdırılmış icmal müəllimə imkan verir ki, şagirdlərə yalnız o informasiyaları versin ki, onlar cari dərsin mövzusu üzərində işləyə bilsinlər.
İştirakçı sayı: 6-60şagird
Vaxt: Strukturlaşdırılmış icmalın qısa olması, 5 dəqiqədən artıq vaxt almaması lazımdır.
II Addım: Mövzunun əsas məqamlarını biləcək xəritələr, sxemlər hazırlayın və ya əşyalar gətirin.
III Addım: Mövzunun əsas məqamlarını şərh etmək üçün beş dəqiqədən çox davam etməyən bir giriş söhbəti edin.
IV Addım: Bu söhbətin maraqlı və interaktiv olmasını təmin edin: Suallar verin, şagirdləri şərhlər verməyə həvəsləndirin.
V Addım: Strukturlaşmış icmal bölümünü "Görəcəyik" deyə bitirin Bunun səbəbi bir gözlənti yaratmağa yardımçı olmasıdır. Başqa sözlə, sizin vəzifəniz-şagirdlərdə "səbirsiz" maraq doğurmaqdır.
Qeydlər: Strukturlaşdırılmış icmal bölümünün qısa olmasını unutmayın. Burada məqsəd fəal dərsin yerini tutmaq deyil, şagirdlərin dərsdə fəal iştirakını təmin edə biləcək qədər onlara biliklər verməkdir.
Bu üsul tənqidi təfəkkürün inkişafı üçün mütaliə və yazı üçün əlverişli üsullardandır.
Müəlliflər:
Alan Krouford
E. Vendi Soul
Samuel Metyu
Ceyms Makinster
Layihə rəhbəri: Elmina Kazımzadə
Əsaslandırma: Öyrənmə nəzəriyyələrinə görə uşaqlar yeni bilikləri artıq onlara məlum olan biliklərlə əlaqələndirərək öyrənirlər. Ancaq bir mövzu ilə bağlı mövcud biliklər qarışıq və ya natamamdırsa, onda şagirdləri yeni biliklər öyrənməyə hazırlamaq üçün ümumi məlumat xarakterli qısa bir giriş söhbəti etmək faydalı olar. Strukturlaşdırılmış icmal müəllimə imkan verir ki, şagirdlərə yalnız o informasiyaları versin ki, onlar cari dərsin mövzusu üzərində işləyə bilsinlər.
İştirakçı sayı: 6-60şagird
Vaxt: Strukturlaşdırılmış icmalın qısa olması, 5 dəqiqədən artıq vaxt almaması lazımdır.
İşin gedişi:
I Addım: Dərslə bağlı düşünün və hansı fikri və ya ideyaların şagirdlərin marağına səbəb üçün hansı anlayış və sözləri başa düşmələri lazım gələcəkdir. Bu barədə düşünün. Özünüz üçün siyahı tərtib edin. II Addım: Mövzunun əsas məqamlarını biləcək xəritələr, sxemlər hazırlayın və ya əşyalar gətirin.
III Addım: Mövzunun əsas məqamlarını şərh etmək üçün beş dəqiqədən çox davam etməyən bir giriş söhbəti edin.
IV Addım: Bu söhbətin maraqlı və interaktiv olmasını təmin edin: Suallar verin, şagirdləri şərhlər verməyə həvəsləndirin.
V Addım: Strukturlaşmış icmal bölümünü "Görəcəyik" deyə bitirin Bunun səbəbi bir gözlənti yaratmağa yardımçı olmasıdır. Başqa sözlə, sizin vəzifəniz-şagirdlərdə "səbirsiz" maraq doğurmaqdır.
Qeydlər: Strukturlaşdırılmış icmal bölümünün qısa olmasını unutmayın. Burada məqsəd fəal dərsin yerini tutmaq deyil, şagirdlərin dərsdə fəal iştirakını təmin edə biləcək qədər onlara biliklər verməkdir.
Bu üsul tənqidi təfəkkürün inkişafı üçün mütaliə və yazı üçün əlverişli üsullardandır.
Müəlliflər:
Alan Krouford
E. Vendi Soul
Samuel Metyu
Ceyms Makinster
Layihə rəhbəri: Elmina Kazımzadə
6 Aralık 2015 Pazar
Banqladeş Mühəndislik və Texnologiya Universiteti xarici tələbələrin qəbulunu elan edir
Banqladeş
Mühəndislik və Texnologiya Universiteti 2015-2016-cı tədris ili üçün müxtəlif
ixtisaslar üzrə xarici tələbələrin qəbulunu elan edir.
Müraciət üçün son tarix: 31 dekabr 2015
Proqram barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə
edə bilərsiniz:
Kaydol:
Kayıtlar (Atom)
Məşhur Postlar
-
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər...
-
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir ...
-
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə...
-
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə...
-
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya...
-
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1)...
-
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) ...
-
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd...
-
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü...
-
Layih ə haqqında m ə lumat verm ə kl ə nümun ə «Layih ə » ə r ə b sözü olub, h ə r hansı s ə n ə din, q ə rarın, prosesin ə vv ə lc ə d...