2015-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsində
iştirak üçün Təşkilat Komitəsinə 600 müəllim müraciət edib.
Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin
ekspertizası həyata keçirilib və 143 müəllim növbəti mərhələyə
buraxılıb. İkinci mərhələyə vəsiqə qazanmış müəllimlər Bakı
şəhərindəki 50 məktəbdə sınaq-nümunə dərsləri keçib. Müsabiqə
komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə
qiymətləndirib. Üçüncü mərhələdə isə müəllimlər Təşkilat Komitəsi
qarşısında təqdimatla çıxış ediblər. Bu mərhələdə də qiymətləndirmə 10 ballıq
sistemlə aparılıb.
“Ən yaxşı müəllim” müsabiqəsinin üçüncü mərhələsini
başa vuran müəllimlər öz təəssüratlarını bölüşüblər.
|
|
Ellada Mirzəyeva
Sabirabad rayon 5 nömrəli Nizami Gəncəvi adına tam
orta məktəbin ingilis dili müəllimi
15 ildir ki,
ingilis dili fənnini tədris edirəm. “Ən yaxşı müəllim” müsabiqəsinə ikinci
dəfədir ki, qatılıram. Bu müsabiqə müəllimin öz bacarıqlarını nümayiş
etdirməsi üçün böyük bir şansdır. İnanıram ki, müsabiqədə iştirakımız,
mütəxəssislər tərəfindən aldığımız rəy gələcək fəaliyyətimizə də öz müsbət
təsirini göstərəcək. Həmkarlarımızın müsabiqədə yer tutması bizdə inam, uğur
qazanmaq arzusunu formalaşdırır. Bu müsabiqə biz müəllimləri daha
keyfiyyətli işləməyə sövq edir.
“Ən yaxşı
müəllim” müsabiqəsinin keçirilməsi müəllimlərin əməyinə verilən qiymətin
bariz nümunəsidir. Bu
müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar arzu edirəm.
|
|
|
|
Bikə Allahverdiyeva
Saatlı rayon Gomuşçu kənd tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
13 ildir ki, müəllim işləyirəm. Dövlətimizin müəllimlərə, təhsil
işilərinə olan qayğısı biz müəllimlərin məsuliyyətini daha da artırır. “Ən
yaxşı müəllim” müsabiqəsi bizə bilik və bacarıqlarımızı nümayiş etdirməyə
imkan yaradır. Bu müsabiqədə iştirakımı pedaqoji fəaliyyətimin uğuru hesab
edirəm. Mən öz bacarıqlarımı sınamaqla yanaşı, iştirakçı müəllimlərlə təcrübə
mübadiləsi etmək imkanı qazandım. Ötən il bu müsabiqəyə qatılsam da, yer tuta
bilmədim. Ancaq özümə olan inamım məni bu müsabiqəyə yenidən qoşulmağa vadar
etdi. Ümid edirəm ki, istədiyim nəticəyə çatacağam.
|
|
|
|
Dilşad Kərimova
Ucar şəhər 2 nömrəli tam orta məktəbin kimya
müəllimi
“Ən yaxşı müəllim” müsabiqəsində
ilk dəfədir ki, iştirak edirəm. Doğrusu, əvvəllər də qatılmaq istəyirdim.
Ancaq başa düşdüm ki, şagirdlərin yalnız təlim-tərbiyəsi ilə məşğul
olmaq bu müsabiqədə iştirak etmək üçün yetərli deyil. Buna görə
də bilik və bacarıqları daha da təkmilləşdirməyin, təhsil sahəsindəki
yeniliklərin tədris prosesində tətbiqinin vacibliyini dərk etdim.
Ucar rayonundan “Ən yaxşı müəllim” müsabiqəsində
qalib gələn müəllimlər çoxdur. Bu isə bölgələrdə rəqabətəqabil, peşəkar
müəllimlərin yetişməsi deməkdir.
Bu müsabiqənin təşkilinə görə hər kəsə
təşəkkür edirəm.
|
|
|
|
Şirin Məmmədova
Bakı şəhəri 318 nömrəli tam orta
məktəbin kimya-biologiya müəllimi
“Ən yaxşı müəllim” müsabiqəsinə kimya fənni üzrə qatılmışam. İlk
dəfədir ki, bu müsabiqədə iştirak edirəm. Bundan əvvəlki illərdə bir çox
nailiyyətlər qazanmışam. “Elektron təhsil” müsabiqəsinin qalibiyəm.
7-ci siniflər üçün kimya vəsaitinin müəllifiyəm. Yaratdığım “Azəri ekoloqlar”
komandası Bakı üzrə birinci, respublika üzrə qalib yerlərdən birini tutub.
Müsabiqə müddətində özümü sanki “döyüş zonasında”
hiss edirdim. Yuxusuz gecələrim, həyəcanlı anlarım çox oldu. Ancaq hədəfim
bəlli idi. “Uduzmaq olmaz” deyirdim. Bu müsabiqə özümə qarşı daha çox
tələbkar olmağı öyrətdi. Həm də bu, yaradıcı müəllim üçün öz üzərində işləmək
imkanı verir, dövlət və şagird qarşısında məsuliyyətini artırır. Şəxsən mən
qısa zaman ərzində 3 dərs resursu hazırladım, elektron lövhələrlə işləmək
imkanı qazandım.
Müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar
arzu edirəm .
|
|
|
|
Gülnarə Abdullayeva
Bakı şəhəri 5 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi
26 ildir
ki, eyni məktəbdə ingilis dili fənnini tədris edirəm. Belə bir kəlamı
xatırlatmaq istəyirəm: “Hər bir elmin nüvəsində mənəviyyat, ağıl, idrak,
ünsiyyət dayanır”. Ən böyük ünsiyyət vasitəsi dildir. Bu gün xarici dil,
xüsusilə də ingilis dili müasirliyin tələbidir. Özümü çox xoşbəxt sayıram ki,
bu peşənin sahibiyəm.
İkinci dəfədir ki, “Ən yaxşı
müəllim” müsabiqəsinə qatılıram. İlk dəfə bu müsabiqəyə 2009-cu ildə qatıldım
və qalib gəldim. Bir müəllim kimi əməyim dəfələrlə qiymətləndirilib,
uğurlarım çox olub. Ən böyük uğurum 2007-ci ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri
adına layiq görülməyimdir. Mənə elə gəlir ki, müəllim üçün bundan yüksək ad
ola bilməz. Mən dövlətimə, dövlət başçısına təhsilə göstərdiyi qayğıya,
müəllim adına verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm.
|
|
|
|
Mərdan İsmayılov
Bakı şəhəri 313 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi
“Ən yaxşı müəllim” müsabiqəsinə ikinci dəfədir ki, qatılıram.
2009-cu ildə də bu müsabiqənin qalibi olmuşam. Bu il biliyimi yoxlamaq üçün
yenidən müsabiqəyə qatıldım. Nəticələrin yaxşı olacağını düşünürəm, cünkü
ballarım yüksəkdir. Mən bir riyaziyyatçı kimi şagirdlərdə riyazi düşünmək
qabiliyyətini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Şagirdlərə
riyaziyyatı öyrətməklə yanaşı, onların sərbəst düşünmələrinə çalışıram. Bu gün
müəllimlərin qarşısında duran ən vacib məsələ düşünməyi bacaran insanlar
yetişdirməkdir.
“Ən yaxşı müəllim” müsabiqəsi həm müəllim
əməyinə verilən yüksək qiymət, həm də müəllimlərdə böyük ruh yüksəkliyi
yaratmaq baxımdan böyük əhəmiyyətə malikdir.
|
|
|
|
Xəyalə Quliyeva
Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
10 illik pedaqoji fəaliyyətim dövründə bir çox
respublika əhəmiyyətli müsabiqələrdə iştirak etmişəm və həmin müsabiqələrdə
qalib gəlmişəm.
Bu müsabiqəni neçə ildir ki, izləyirdim. Nəhayət,
özümü tam hazır hiss etdikdən sonra müsabiqəyə qatılmaq qərarına gəldim.
Artıq üç mərhələni arxada qoymuşam. Keçilən yola baxanda bir müəllim
kimi sevinməyə bilmirəm. “Ən yaxşı müəllim” adı uğrunda müsabiqəyə
qatılmaq qürurverici hissdir. Müsabiqə tam şəffaf, obyektiv və
təşkilati baxımdan çox yüksək səviyyədə təşkil edilib. Nəticələrdən asılı
olmayaraq, biz unutmamalıyıq ki, şərəfli bir peşənin icraçılarıyıq.
Hər bir həmkarıma gələcək fəaliyyətində uğurlar
arzulayıram. Qalib olacaq hər bir kəsi öncədən təbrik edirəm.
|
|
11 Aralık 2015 Cuma
Kaydol:
Kayıt Yorumları (Atom)
Məşhur Postlar
-
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər...
-
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir ...
-
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə...
-
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə...
-
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya...
-
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1)...
-
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) ...
-
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd...
-
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü...
-
Layih ə haqqında m ə lumat verm ə kl ə nümun ə «Layih ə » ə r ə b sözü olub, h ə r hansı s ə n ə din, q ə rarın, prosesin ə vv ə lc ə d...
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.