DEKABRIN 28-DƏ “TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA
AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ” MÜSABİQƏSİNƏ START VERİLƏCƏK
“Edumedia-Azərbaycan” təşkilatı Azərbaycan təhsil sisteminin
informasiyalaşdırılması prosesində İKT infrastrukturunun inkişafının və yeni
pedaqoji texnologiyaların tətbiqində fəal iştirak edən şirkətlərdən biridir.
Şirkətin əsas məqsədi mövcud təhsil sisteminə interaktiv və rəqəmsal tədris
texnologiyalarını tətbiq edərək təhsildə davamlı nailiyyətlər əldə etmək və
müsabiqələr vasitəsilə müəllimlərin yeni texnologiyaların tədrisdə tətbiqinə həvəsləndirməkdir.
“Edumedia-Azərbaycan” təşkilatı bu məqsədilə 28 dekabr 2015-ci il tarixində “Təbiət
fənləri üzrə labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsinin
başlanmasını elan edir. Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az
saytıdır.
Müsabiqə iki nominasiya altında keçiriləcəkdir.
I Nominasiya. Ən yaxşı müəllim işi
Bura fizika, kimya və biologiya fənləri üzrə
ümumtəhsil müəssisələrində müəllimlər üçün təşkil olunan "Labdisk
avadanlığı və Globilab proqram təminatından istifadə" təlimlərində iştirak
edən bütün müəllimlər iştirak edə bilərlər.
Bu nominasiya özü 3 (üç) istiqamətə bölünür.
- Fizika fənni üzrə ən yaxşı təcrübə işi
- Kimya fənni üzrə ən yaxşı təcrübə işi
- Biologiya fənni üzrə ən yaxşı təcrübə işi
Hər bir istiqamət üzrə 3 (üç) yer nəzərdə
tutulur.
II Nominasiya. Ən yaxşı təlimçi işi
Bura fizika, kimya və biologiya fənlərindən
"Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" üzrə
20-23 fevral və 2-4 iyul 2015-ci il tarixlərində xarici təlimçilərin təlimində
iştirak edən müəllimlər müraciət edə bilərlər. Təlimçi nominasiyası bir istiqamət
üzrə aparılır. Yəni kimya, biologiya və fizika fənləri üzrə təlimçilər birgə
olaraq I, II və III yer üçün mübarizə aparacaqlar.
Müsabiqənin keçirilməsində əsas məqsəd rəqəmsal
Labdisk avadanlığı və Globilab proqram təminatının tədrisdə səmərəli şəkildə tətbiq
edilməsinin təşkil edilməsi, yaradıcı müəllimlərin bu texnologiyalardan fəal
istifadə etməyə həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, interaktiv
texnologiyaların dərs prosesində istifadəsinin mənimsənilməsi, ən yaxşı
laboratoriya hesabatlarının hazırlanması və geniş istifadəçi auditoriyasına
tanıdılmasıdır.
Müsabiqənin təşkilatçıları “Edumedia-Azərbaycan”
və “Globisens” şirkətləridir və müsabiqə Təhsil Nazirliyi tərəfindən də dəstəklənir.
Müsabiqə qalibləri “iPad air”
16 GB, “Globimate” planşet, “Samsung Galaxy Tab-3, 7” 8 GB və s. hədiyyələrlə
mükafatlandırılacaqlar.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.