Pedaqoji prosesin tamlığı şəxsiyyətin
ahəngdar inkişafının mühüm amili kimi
Pedaqoji prosesin tamlığı onun
sahələri qarşısında vahid məqsədin durması və şəxsiyyətin bütövlüyü ilə təmin
olunur.
Tərbiyə, təhsil və təlim prosesləri özlərinə məxsus spesifik xüsusiyyətlərə
malik olsa da, hamısı ümumi bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına
xidmət edir. Həm tərbiyə, həm də təlim üç əsas funksiyanı - təhsilverici,
tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirir. Bu zaman pedaqoji
prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir: təlim prosesi tərbiyə
funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir
göstərir. Ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya
digər funksiyanın yerinə yetirilməsində aparıcı (dominant) rol oynayır. Belə ki, təlim
prosesi öyrədici (təhsilverici) və inkişafetdirici, tərbiyə prosesi isə
tərbiyəedici funksiyanın həyata keçirilməsinə daha çox xidmət göstərir.
Buna müvafiq olaraq pedaqoji prosesin hər bir sahəsi özünə məxsus vəzifələrə və
məzmuna malikdir. Təlimin məzmununda elmi təsəvvürlərin, anlayış və qanunların,
bacarıq və vərdişlərin aşılanması aparıcı yer tutur. Lakin təlimin məzmunu eyni
zamanda tərbiyə və inkişaf vəzifələrinin həllinə, gənc nəslin ideya-mənəvi
tərbiyəsinə kömək göstərir.
Tərbiyənin məzmununda şəxsiyyətin ideya-mənəvi təsəvvürləri, inamı, əqidəsi,
dünyagörüşü, müsbət davranış adətləri aşılamaq əsas yer tutur. Lakin tərbiyə
prosesinin məzmunu şəxsiyyətin təhsil səviyyəsinə, biliklərin genişlənməsinə də
güclü təsir göstərir, təlimdə şagirdlərin fəallıq və səyini stimullaşdıran amil
kimi çıxış edir.
Şəxsiyyətin çox müxtəlif keyfiyyətləri - zehni, əxlaqi, ideya-siyasi, əmək,
fiziki, estetik və digər keyfiyyətləri qarşılıqlı vəhdətdə formalaşır və
inkişaf edir; bu keyfiyyətlər biri-digərini şərtləndirir, tamamlayır. Bununla
da şəxsiyyətin bütövlüyü - ahəngdar inkişafı təmin olunur. Əgər pedaqoji
prosesin müxtəlif sahələri bir-birindən ayrılıqda, əlaqəsiz həyata keçirilərsə,
pedaqoji prosesin tamlığı pozular; bu da şəxsiyyətin inkişafına mənfi təsir
göstərər.
Göründüyü kimi, pedaqoji prosesin müxtəlif sahələri ümumi tərbiyə məqsədinin
həyata keçirilməsində iştirak edir.
Geniş mənada tərbiyənin məqsədi nədir? Biz necə insan yetişdirmək istəyirik?
Ona hansı yollarla nail olmaq olar?
Bu suallar pedaqoji fəaliyyətlə məşğul olan hər bir adamı ciddi maraqlandırır.
Məqsəd - pedaqoji prosesin birinci ünsürüdür.
O, fəaliyyətin digər ünsürlərini - məzmun, vasitə və metodları müəyyən edir.
Pedaqoji fəaliyyətin səmərəli nəticə verməsi üçün onun məqsədini bilmək
vacibdir, çünki məqsədsiz fəaliyyət yoxdur. Məqsədsiz fəaliyyət kortəbii
xarakter daşıyır. Bunu dəryada kompassız, mayaksız hərəkət edən gəminin işinə
bənzətmək olar. K.D.Uşinski məqsədi bilmədən fəaliyyət göstərən müəllimi
layihəsiz bina tikən bənnaya bənzədirdi.
Tərbiyənin məqsədi dedikdə, pedaqoji fəaliyyətin son nəticəsi, yəni insan
şəxsiyyətinin layihəsi başa düşülür. Bu məqsəd cəmiyyətin tələbatı ilə müəyyən
olunur; cəmiyyət necə insan yetişdirmək lazım gəldiyini, bir növ, məktəb və
ailəyə sifariş verir. Məktəb də bu sosial sifarişi yerinə yetirir. Müxtəlif
cəmiyyətlərdə, eləcə də eyni cəmiyyətin müxtəlif inkişaf mərhələlərində
tərbiyənin məqsədi dəyişə bilər. Məsələn, 70 illik kommunist rejimi dövründəki
məqsədlərlə hazırda - müstəqil dövlət quruculuğu dövründəki tərbiyə
məqsədlərində ciddi fərqlər vardır.
Tərbiyənin başlıca məqsədi ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir.
Belə şəxsiyyət birtərəfli yox, bir çox cəhətdən (zehni, fiziki, mənəvi və s.
cəhətdən) inkişaf etməlidir. Ahəngdar inkişaf etmiş şəxsiyyətin keyfiyyətləri
çoxdur. Hər bir keyfiyyətin formalaşmasında tərbiyənin ayrı-ayrı tərkib hissələri
aparıcı (dominant) rol oynayır. Bunu cədvəl şəklində nəzərdən keçirək.
Ahəngdar inkişaf etmiş şəxsiyyətin əsas
keyfiyyətləri
|
Tərbiyənin tərkib hissələri
|
1.
İntellektual keyfiyyətlər
|
Zehni
(əqli) tərbiyə
|
2.
İdeya-mənəvi keyfiyyətlər
|
İdeya-mənəvi
tərbiyə
|
3.
Əxlaqi saflıq
|
Əxlaq
tərbiyəsi
|
4.
Əmək və peşə hazırlığı
|
Əmək
tərbiyəsi
|
5.
Estetik zövq
|
Estetik
tərbiyə
|
6.
Fiziki sağlamlıq, gümrahlıq
|
Fiziki
tərbiyə
|
7.
İqtisadi, ekoloji və hüquq mədəniyyəti
|
İqtisadi,
ekoloji və hüquq tərbiyəsi
|
Şəxsiyyətin ahəngdar inkişafı üçün
göstərilən tərbiyə sahələri kompleks şəkildə həyata keçirilməlidir. Pedaqoji
prosesə kompleks yanaşma o deməkdir ki, hər bir şagird tərbiyənin bütün
sahələri ilə əhatə olunsun, yəni zehni, əxlaqi, əmək, estetik, fiziki və s.
hazırlıq keçsin. Bunun üçün məktəbdə lazımi şərait maddi baza yaradılmalı,
məktəb kompleksi təşkil edilməlidir. Yevlax rayonundakı Xaldan kənd məktəbində
bu sahədə müsbət təcrübə əldə edilmişdir. Orada əmək tərbiyəsi ilə bağlı
bağçılıq, şitillik, heyvandarlıq, quşçuluq sahələri, fiziki tərbiyə ilə bağlı
idman kompleksi, üzgüçülük hovuzu, müxtəlif idman növləri üzrə komandalar,
estetik tərbiyə ilə bağlı məktəb xoru, incəsənət dərnəkləri, əxlaq tərbiyəsi
ilə bağlı müxtəlif muzeylər, marağa görə dəstələr yaradılmışdır. Bütün bunlar
yeniyetmə və gənclərin ahəngdar şəxsiyyət kimi yetişməsinə müsbət təsir
göstərir.
Mənbə: kayzen.az
Məşhur Postlar
-
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər...
-
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir ...
-
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə...
-
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə...
-
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya...
-
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1)...
-
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) ...
-
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd...
-
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü...
-
Layih ə haqqında m ə lumat verm ə kl ə nümun ə «Layih ə » ə r ə b sözü olub, h ə r hansı s ə n ə din, q ə rarın, prosesin ə vv ə lc ə d...
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.