Xarakteristika
Nağıletmədən fəqli olaraq təsvirdə
süjet yoxdur lakin konkret obyekt vardır ki, bunun da əlamətlərini biz şagirdlərə
birləşdiririk. Tarix dərsində 2 cür təsvirdən istifadə edilir. “biri mənzərə təsviri”,
digəri öyrənilən obyektin təhlili təsviridir. Həm mənzərə təhlili, həm də təhlili
təsvir elmi cəhətdən düzgün qurulmalıdır.
Xarakteristika – təsvirin növlərindən biridir. Tarixi hadisələrin
xarakteriskası onun mühüm əlamətlərinin və xüsusiyyətin daxili əlaqələrini dəqiq
sürətdə ifaəd edib göstərməkdir. Xarakteriska həm qısa həm geniş ola bilər.
Korovkinin dərsliyində Makedoniyalı İsgəndərin xarakteriskası qısa
xarakteriskaya misal ola bilər və sonrakı materialı başa düşmək üçün konkretləşdiric
vasitə və ya faktiv məlumat rolunu oynaya bilər. Yekun xarakteriskanı ilə
ümumiləşdirici xarakteristika başqa şeydir. Belə bir xarakteriskanı verməzdən əvvəl biz şagirdlərə
müvafiq konkret material göstərir və lazım olan izahatı veririk.
Yekunlaşdırıcı, ümumiləşdirici xarakteriska obrazlı ola bilər. Geniş xarakteriska da bu vəzifəni
görür. Qeydedici xarakteriska ilə yekun xarakteriska arasındakı fərq nisbidir.
Bunların hər ikisi ümumiləşdirmədir. Təsvirdə olduğu kimi hər hansı bir tarixi
hadisənin xarakteriskasında da biz həmin hadisənin təsadüfi əlamətlərini deyil
, mühüm əlamətlərini açıb göstəririk. Müəllim geniş xarakteriska verərkən mühüm
əlamətləri müəyyən qaydada sayıb göstərməklə kifayətlənmir. O şagirdləri
qarşısında əsas əlaməti açıb göstərir. Xarakterizə etmək məharəti xüsusən gənc
öz sənətinə yeni başlayan müəllim üçün müəyyən çətinliklər törədir. Nağıletməyi
bacarmaq, tarixi hadisələrin təsvirini və xarakteriskasını vermək tarixi müəlliminin
çox böyül ləyaqətidir. Izah zamanı müəllim tarixi materialın təkcə
adlandırılmasını deyil, eyni zamanda dərk
edilməsini də təmin edir. Dərketmə müəyyən dərəcədə nağıletmə və təsvirin
gedişində əldə edilir. Müəllimin söhbətində, onun verdiyi xarakteriskada hadisələrin
əhəmiyyət və qiyməti hiss edilir. Lakin, bu kifayət deyildir, izahat lazımdır.
Izahat tarixi hadisələrin daxili əlaqələrini mahiyyətini və əhəmiyyətini göstərməkdir,
yeni anlayışları, tarixi terminləri aşkara çıxrmaqdır. Nağıledilmiş və şərh
edilmiş faktik materiala əsaslanaraq nəzəri nəticələri açıb göstərmək və əsaslandırmaq
vəzifəsi qarşıda durduqda müəllimin izahı , mühakimə , sübut xarakteri alır.
Mühakimə dedikdə biz şagirdləri nəticə və rəylər çıxarmağa yaxınlaşdıran müddəaların
ardıcıl sürətdə inkişafını nəzərdə tuturuq.Tarix dərsində mühakimə adətən, nağıletmə , təsvir,
izahla uyğunlaşmış bir şəkildə ünsürlərindən biri kimi irəli çıxır. əgər dərsdə
nəzəri material əsas yer tutarsa, mühakimə geniş xarakter alır. Müəllimin şərhini
mühazirəyə yaxınlaşdırır.
Mənbə: Vagin
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.