Nağıletməni Konkretləşdirilməsi
Şifahi şərh metodlarını seçərkən müəllim dərsliyin də
mətnini nəzərə alır, nəyin izahat tələb etdiyini, nəyin araşdırılmış olduğunu nəzərə
alır. Nağıletmənin canlılığı və əyaniliyi konkretləşdirmənin
müxtəlif vasitələri üsullarının köməyi ilə əldə edilir. Bu vasitə və üsulların
tətbiqi məlumatı nağıletməyə çevirir və təsviri gözəlləşdirir. Konkretləşdirmə
yolu ilə bir şərhimizin daha inandırıcı olmasına nail ola bilərik, ötrənilən
tarixi hadisələrin xüsusiyyətini daha yaxşı göstərə bilərik. Konkretləşdirmənin
vasitə və üsulları məktəbdə keçilən tarix kursunun ciddi idrak və tərbiyə vəzifələrinin
həllində maarifləndirici və tərbiyəvi imkanlarından istifadə edilməsində çox kömək
edir.
Konkretləşdirmə vasitələri:
1. Tarixi hadisələrin baş verdiyi vaxtı xarakterizə edən
cəhətlərin konkretləşdirilməsi. Burada söhbət heç də xronologiyadan getmir
hadisənin nə vaxt baş verdiyini göstərməklə, dövrün bəzi konkret əlamətlərini şərh
etməkdən gedir. Hadisənin baş verdiyi şərait haqqında canlı təsəvvür yaratmaqla
həmin hadisənin mənzərəsini verir.
2.Tarixi hadisələrin baş verdiyi yeri xarakterizə edən cəhətlərin
konkretləşdirilməsi
3.Məişət materialından istifadə edilməsi. Bu materiallar
şagirdlərdə tarixi keçmişi seyr etmək həvəsi oyadır. Müəllim hər dəfə məişətin
yalnız o ünsürlərini gətirir ki, onlar öz dövrünün ictimai həyatını xarakterizə
etmək üçün tipik və mühümdür
4.Konkretləşdirmə vasitələrindən biri rəqəm
materialından istifadə edilməsidir. Dərsdə
bizim istifadə etdiyimiz rəqəmlər az və ifadəli olmalıdır.
5.Bədii ədəbiyyatdan istifadə edilməsi də tarixi faktın
konkretləşdirilməsinə, keçmişin parlaq sürətlərini yaratmağa, nağıletməni və təsviri
daha mənzərəli etməyə kömək edir.
6.Tarixi sənədlərdən və memuarlardan istifadə edilməsi sənədlərdən
gətirilən parçalar qısa sitatlar şəklində müəllimin söhbətinə daxil edilə bilər.
7. Izahı konkretləşdirmək məqsədilə yerli materialdan vətənin
tarixini öyrənən zaman istifadə olunur.
Konkretləşdirmə üsulları:
a) Adamların fəaliyyətini göstərmək yolu ilə izahın
konkretləşdirilməsi
b)Tipik epizodun, səciyyəvi təfərrüatın, tipik tərcümeyi
halın tətbiq olunması
c)Şəxsləndirmə və səhnələşdirmə
d)Vasitəsiz nitqin tətbiq edilməsi
Fəaliyyət göstərən canlı adamları biz hekayəyə nə qədərdaxil
ediriksə, müəllimin nağılı da o dərəcədə canlı və konkret olur.Müəllimin
izahına parlaq epizodik material olduqca
az daxil edilir. Öyrənilən hadisəni səciyyələndirmək və şagirdlərin yaddaşında
möhkəmləndirmək üçün 1-2 fakt bir neçə təfərrüat müəllimin izahına daxil edilən
kiçik bir təfərrüat böyük tərbiyəvi vəzifəni həll etməkdə ona kömək edir.
Şəxsləndirmək vasitələrindən biri də bədii ədəbiyyat
sürətləridir. Şərhin konkret və ifadəli olmasına vasitəsiz nitq tətbiq etməklə
də nail olmaq olar. Dərsdə müəllim tarix materialını şərh edərkən, şərhin
aydınlığı, əyaniliyi və konkretliyini təmin etməlidir. Tarix materialının
konkretliliyi və əyaniliyi, müxtəlif konkretləşdirmə vasitələri və üsullarının
tətbiq yolu ilə əldə edilir
Şərhin münasib
və anlaşıqlı olmasının son dərəcə böyük əhəmiyyəti vardır. Bu müəllimin tarix
materialını aydın, sadə şərh və izah etmək bacarığı deməkdir. Materialı münasib
və sadə şəkildə şərh etməkbacarığı heç də müəllimin fitri istedadından irəli gəlmir.
Bu bacarıq inadlı iş nəticəsində əldə edilir. Şərhin münasibliyi elmiliklə
uyğunlaşmalıdır. Şifahi izahın xarakteri
başdan başa birdir. Onun sərlövhələri yoxdur. Bu izah paraqraflara bölünmür.
Çap olunmuş mətni oxuyarkən ger qayıtmaq, əvvəliki səhifələrlə müqayisə etmək mətnin
oxunmasını hər dəqiqə dayandırmaq olar. Şifahi izahda isə geriyə qayıtmaq
olmaz. Bu izahın məcburi surəti vardır. Şifahi şərhin qavranılması ona görə çətin
olur ki, bu izahı geri qaytarmaq, əvvəlki səhifələrlə müqayisə etmək, mətnin
oxunmasını hər dəqiqə dayandırmaq olar. Şifahi izahda isə geriyə qayıtmaq
olmaz. Bu izahın məcburi surəti vardır. Şifahi şərhin qavranılması ona görə çətin
olur ki, bu izahı geri qaytarmaq mümkün deyildir. Nəhayət, şifahi şərhin qüsuru
onun fəsillərə , paraqraflara və abzaslara bölünməməsi , onun qovuşuq
olmasıdır. Deməli, müəllim şərhin xarakteri isə onun məntiqi quruluşunu göstərir.
Bu cəhətdən şərhin dəqiq planının olması, hekayənin dəqiq surətdə bölünməsi,
bir məsələdən başqasına keçidin aydın olması böyük əhəmiyyətə malikdir. Şifahi şərhin gedişində
və ya dərsliyin mətnində bilavasitə
bir-birinin ardınca qavranılan faktlar müddəalar arasındakı rabitənin dərk edilməsinə kontekst anlayışları deyilir.
Mühüm materialı daha asta, II dərəcəli təfərrüatları
isə daha sürətlə izah edərək xüsusilə mühüm olan müddəaları və nəticələri
intonosiyayla qeyd etməklə, müəllim dərsin əsas məzmununu başa düşməkdə ,
başlıca cəhəti ayırmaqda məktəblilərə kömək edir. Danışanda ara verməyi
bacarmağın da çox ciddi əhəmiyyəti vardır. Nəhayət dərsin izahı müəllimdən öz səsini
idarə etməyi də tələb edir. Səsin gücü , sinif
otağının böyüklüyü ilə və onun xüsusiyyətləri ilə uyğunlaşdırılmalıdır.
Tarix materialının şərh edilməsindəki çox mühüm cəhət yeni hadisənin meydana gəlməsini
göstərməkdən ibarətdir. Yeninin meydana gəlmsini göstərmək üçün müqayisənin və
qarşılaşdırmanın mühüm əhəmiyyəti vardır. Nəhayət dərsi şərh edərkən müəllim
inkişafın daxili səbəblərinin əsas rolunu xüsusilə qeyd edir və aşkara çıxarır,
hadisələrə xas olan daxili ziddiyətləri açıb göstərir.
Mənbə: Vagin
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.