Məktəb Mühazirəsi
Tarix
dərsində mühakimə adətən, nağıletmə , təsvir, izahla uyğunlaşmış bir şəkildə
ünsürlərindən biri kimi irəli çıxır. əgər dərsdə nəzəri material əsas yer
tutarsa, mühakimə geniş xarakter alır. Müəllimin şərhini mühazirəyə yaxınlaşdırır. Mühazirə şərhi
ardıcıl, sürətdə yeridilən və konkret tarixi materiala əsaslanan geniş nəzəri
mühakimə, elmi, təhlil və ümumiləşdirmədən ibarətdir. Mühazirə şərhinə təhlil və
ümumiləşdirmə müsahibə şəklində deyil, monoloq şəklində aparılır. Məktəb
mühazirəsi ali məktəbdəki mühazirədən əsaslı sürətdə fərqlənir.
Əsas
fərq odur ki, məktəb mühazirəsində müsahibə ünsürləri də olur. Məktəb mühazirəsi
giriş müsahibəsindən başlanır. Mühazirənin gedişində müəllim öz şərhini dəfələrlə
kəsərək sinif qarşısında şagirdlərdən düşünməyi tələb edən məsələlər irəli
sürür. Məktəb mühazirəsi şərh edilmiş material üzrə son müsahibə ilə qurtarır.
Məktəb mühazirəsinin xüsusiyyəti bir də bundadır ki, mühazirənin məzmununu
şagirdlərin konspekt şəklində yazmasına müəllim bilavasitə rəhbərlik edir. Müəllim
məktəb mühazirəsini ali məktəbdə mühazirəçinin sürətindən yavaş sürətlə aparır
1. Mühazirə elmi cəhətdən qüsursuz olmalıdır.
2. Mühazirə dərsliyin məzmunundan daha geniş olmalıdır
3. Mühazirə şagirdlərdə keçmişin canlı təsvirini
yaratmalıdır.
4.Mühazirə şagirdləri düşünməyə öyrətməli, tarixi hadisələri
araşdırmaq və ümumiləşdirmək nümunələri verməli, şagirdlərdə tarixi təfəkkür
yetişdirməlidir.
5. Mühazirənin şagirdlərə çatması üçün müəllim öz dili üzərində
çox işləməlidir.
Mənbə: Vagin
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.