Bayramova Leyla
e-mail: 86.leyla@mail.ru
Müasir
şəraitdə məktəblərin metodiki bazasının ciddi mənada təkmilləşməyə ehtiyacı
var. Məktəblərin idarəetməsində , tədris planı və proqramlarının ödənilib ödənilməməsində,
dövlət prinsiplərinin tətbiqində, müxtəlif kurslardan keçmiş müəllimlərin öyrəndikləri
təhsillə bağlı yeniliklərin tətbiqində çatışmamazlıqlar var.
Bu çatışmamazlıqları aradan qaldırmaq
üçün məktəbin metodiki probleminin həllinə müxtəlif istiqamətlərdən yanaşmaq
lazımdır. Ən əsası ilk olaraq məktəblərdə metodik xidmətin fəaliyyət istiqamətləri
müəyyən olunmalıdır. Məktəb metodşurasına fənn metodbirləşmə rəhbərləri,
diaqnostika qrupları və ayrı-ayrı bölmə rəhbərləri daxildir. Adətən metodşuraya direktorun təlim-tərbiyə
işi üzrə müavinləri rəhbərlik edir. Onlar məktəbdə şagirdlər arasında
nizam-intizamın təşkilinə, onların dərsə davamiyyətinə, müəllimlərin saat
bölgüsünə, açıq dərslərin təşkilinə, məktəbin metodiki baxımdan bütün problemlərinin
həllinə birbaşa rəhbərlik edirlər.
Məktəblərdə metodik xidmətin müxtəlif fəaliyyət
istiqamətləri var. Lakin, bu fəaliyyət istiqamətlərinin tətbiqində ciddi
nöqsanlar var.
-Şagirdlərin
təlim –tərbiyə işinin təşkilində
-
müəllimlərin professional səviyyəsinin təhlilində
-
Metodik şuranın fəaliyyətinin planlaşdırılmasında
-
Təhsil prosesinin səviyyəsini yüksəltmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsində
-
təlimin düzgün şəkildə qurulmasını təmin edən fəal forma və metodların seçimində
-
açıq dərslərin təşkili və təhlilində
-
elmi gecələrin təşkilində
-
Müsabiqə və olimpiadaların təşkilində
-
Fənlər üzrə həftələrin təşkilində və s
Metodik
xidmətin müxtəlif fəaliyyət istiqamətlərində olan bu nöqsanların aradan
qaldırılması üçün ciddi tədbirlər görmək lazımdır.
- Təhsilini
müvəffəqiyyətlə başa vurub gələn, gənc müəllim
kimi məktəbdə fəaliyyətə başlayan kadr öz ixtisası daxilində şagirdləri
dərin biliklərlə mənimsətməklə yanaşı şagirdlər arasında tərbiyəvi işlər də
aparmalıdır.
O, nəinki müəllim, həm
də tərbiyəçi kimi fəaliyyət göstərməlidir. Məktəblərdə tərbiyə işinin təşkili
dedikdə, bunu bəzən şagirdlərin daimi olaraq nizam-intizamlı olmalarını təmin
etmək kimi başa düşürlər. Ancaq, baxaq görək
nizam-intizamı “zor gücünə” təşkil etməklə şagirdlər arasında tərbiyənin təşkilini
düzgün yerinə yetirmək olarmı?
“ Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu” nda
tərbiyə məsələlərinin qoyuluşu, Təhsil haqqında Azərbaycan Respublikasının
Qanununda (2009) tərbiyə məsələlərinin qoyuluşu haqqında qanun verilib. Bəs gəlin
baxaq görək, bu sözügedən qanunun tətbiqi nə dərəcədə yerinə yetirilir?
Tərbiyənin məktəblərdə
düzgün tətbiq edilməsi üçün, şagirdlərə örnək göstərmək lazımdır. Təbii ki,
bunu ilk öncə məktəbin öz kollektivi nümunəsində etmək lazımdır.
Şagirdlərin özünü tərbiyəsini
təşkil etmək, özünümüşahidə, özünütənqid, özünütəhlil, özünüqiymətləndirmə və s
təşkil etmək, sonra isə cəmiyyətdəki münasibətlərini təşkil etmək üçün çalışmaq
lazımdır.
Tərbiyə prosesində sistemlilik, ardıcıllıq və fasiləsizlik tərbiyənin
təşkilinin səciyyəvi xüsusiyyətləridir.
Metodik işin digər fəaliyyət istiqaməti müəllimlərin
professional səviyyəsinin təhlilidir.
Azərbaycan müəllimi bu
gün peşəkarlıq səviyyəsini təkmilləşdirmək üçün müxtəlif kurslardan keçməsinə
baxmayaraq, kurslarda mənimsədikləri innovasiyaları dərslərində tətbiqi zamanı
problemlərlə qarşılaşırlar.
Məktəblərdə müəllimlər
öz professional səviyyələrini artırmaq üçün nəinki kurslara getməklə kifayətlənməli,
eləcə də bir- birlərinin fəaliyyətlərini
dəstəkləyərək, şagirdlərin məqsədlərini müəyyənləşdirərək, öz potensial
imkanlarından geniş istifadə edərək, həmkarları ilə mehriban münasibət
yaradaraq, öz fəaliyyətlərində müvəffəqiyyət əldə edə bilərlər.
Metodik Şuranın fəaliyyət
istiqamətinə ilk növbədə açıq dərslərin təşkili, müzakirəsi, təlimin düzgün
qurulması üçün fəal forma və metodların seçilməsi , yeni dərs ili üçün düzgün
planlaşdırmanın təşkili və s daxildir.
Metodik Şura öz işini
dövlətin təhsil sahəsindəki prinsiplərini, eləcə də digər prinsiplərini nəzərə alaraq təşkil etməli və dərslərin dövlətin
məqsədlərinə uyğunluğunu daimi izləməlidir.
dialoq.info-http://dialoq.info/category/g%C9%99nc-yazar
dialoq.info-http://dialoq.info/g%C9%99nc-yazar-layih%C9%99si-m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-metodik-isin-t%C9%99skili
dialoq.info-http://dialoq.info/category/g%C9%99nc-yazar
dialoq.info-http://dialoq.info/g%C9%99nc-yazar-layih%C9%99si-m%C9%99kt%C9%99bl%C9%99rd%C9%99-metodik-isin-t%C9%99skili
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.