DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Söz Assosiasiyaları

   Söz assosiyasiyaları
 İlk öncə mövzunu öyrənməyə başlamazdan əvvəl şagirdlərin
mövzu haqqında olan biliklərini üsulun köməkliyi ilə aşkara çıxarmaq mümkündür. 
    Bu üsul müəllim üçün öz dərsinin Motivasiya mərhələsini rahatlıqla qurmasına xidmət edir.
Üsulun köməkliyi ilə müəllim şagirdlərin mövzu ilə əlaqədar olan əvvəlki biliklərini öyrənməklə və şagirdlərə xatırlatmaqla yanaşı, həm də onları növbəti öyrənəcəkləri mövzuya yönətmiş olur.Söz assosiyasiyaları üsulundan nəinki dərsin motivasiya mərhələsində, eləcə də dərsin ümumiləşdirmə mərhələsində istifadə etmək olar. Müəllim bu üsulu tətbiq edərkən bütün “kollektivlə iş”ləyir.Üsul istənilən formada (yazılı və şifahi) tətbiq edilə bilər. Müəllim mövzu ilə əlaqədar hər hansısa bir sözü və ya söz birləşməsini lövhədə yazır.

Nümunə:
 Müəllim tərəfindən şagirdlərə tapşırıq verilir ki, gördükləri bu söz (Şah İsmayıl Xətai) haqqında ağıllarına gələcək xatırladıqları ilk fərziyyələri səsləndirsinlər. Şagirdlər tərəfindən səsləndirilən fərziyyələr müəllim tərəfindən dərhal yazıya alınır. Bunun üçün ən çox 1-2 dəqiqə vaxt verilir. Daha sonra mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və müəllim tərəfindən lövhədə əlaqələndirilir. (ya rəngli təbaşirlə, ya da markerdən istifadə etməklə dairələnir) Onlardan anlayış və yaxud ideya çıxarılır. (Səfəvi dövləti XVIəsrdə) Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanılır.

    Dərsin axırında müəllim şagridlərə tapşırır ki, hər bir şagird öyrənilən mövzu ilə əlaqədar düşündüyünü və ya hiss etdiyini cəmi bir sözlə ifadə etsin. Müəllim şagirdə tapşırır ki, şagirdlər mövzuya aid sözü misal göstərsinlər. Dərhal sonra bu sözlərin siyahısı tərtib edilir.




2 yorum:

  1. Bele bir şey var ki indi men bunu nece başa düşüm çünkü söz assosiasinda tehlip etmek ne demekdir men bunu basa düşmedim

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar