DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Sorğu

Sorğu vərəqləri( müsahibə)
Sorğu vərəqləri və müsahibə sosioloji tədqiqa metodunun ən maraqlı növlərindən biridir.
Anket soruşulanların göstərilmiş qayda üzrə müstəqil doldurduqları sorğu vərəqidir. Anket obyektin və təhlil predmetinin kəmiyyət-keyfiyyət xarakteristikalarının aşkara çıxarılmasına yönəldilən və vahid bir niyyət ətrafında birləşmiş suallar sistemidir.
Müsahibə hər hansı fakt, hadisə, münasibət və fikirlər haqqında məlumat almaq vasitəsidir.
Üsulun tətbiqində məqsəd: 
  üAraşdırılan məsələ ilə bağlı faktlar və hadisələr haqqında hə hansı insanlar qrupunun ictimai rəyi barədə məlumat almaq.
  ü Şagirdlərdə tez bir zamanda əks əlaqə yaratmaq
  ü Mıntiqi və tənqidi təfəkkürün formalaşdırılması
  ü Elmi- tədqiqat vərdişlərinin aşılanması

Istənilən sosioloji araşdırma özündə bir neçə mərhələni ehtiva etməlidir.
  1.   Tərqiqatın hazırlanması və təşkili
  2.   Məlumatların toplanması
Sorğunun keçirilməsi üçün şagirdlərə və suallardan ibarət müəyyən vərəqlər verilir.
Onlar bu suallara cavab verməlidirlər. Şagirdlərə öz fikirlərini, hisslərini, təkliflərini və arzularını ifadə etmək imkanı verilir.
  3.   Əldə edilmiş məlumatların işlənib hazırlanması
  4.   Təhlil və ümumiləşdirmə
Şərtlər:
-          Anketdə suallar dəqiq və konkret olmalı və maksimum bitərəf yöndə ifadə edilməlidir.
-          Suallar açıq və qapalı (alternativ cavab variantları olan) ola bilər.
-          Müsahibə aparmaq üçün şagirdləri məqsədəuyğun suallar tərtib etməyə və müsahibənin nəticələrinin təhlilini həyata keçirməyə yönəltmək lazımdır.
Müsahibə üsulu ilə aparılan sorğuya dair əsas tələblər:
  ü Sualların tədqiqat mövzusuna uyğunluğu
  ü Soruşulanların cavablarının dəqiq qeydə alınması
  ü Soruşulanların xüsusiyyətlərinin qeydiyyatdan keçirilməsi
Müsahibənin keçirilmişi üçün göstərişlər:
Müsahibə aparmazdan öncə bir neçə məsələ üzərində düşünmək lazımdır. Məsələn:
Sən nəyi aydınlaşdırmaq istəyirsən?
Sualları tərtib et. Çalış ki, sualalr sadə və aydın olsun.
Öncədən müəyyən et ki, kiminlə müsahibə aparmaq istəyirsən.
Öz suallarının cavablarına diqqətlə qulaq as.
Cavabları yazıya al.
Nəticələri təhlil et və ümumiləşdirmə apar.
Qaydalar:
•        Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların  ictimai rəyini öyrənmək məqsədilə aparılır.
•        Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı  tərtib edilir və burada  suallar qoyulur.  Sorğuda iştirak edənlər  bu vərəqi müstəqil doldurur.
•        Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq  üçün aparılır.
•        Bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin  gözlənilməsi məqsədəmüvafiq hesab edilir:
•        Problemi müəyyən etmək
•        İşi təşkil etmək (Sorğu və ya müsahibə  keçirmək üçün  suallar hazırlamaq)
•        Məlumatları toplamaq ( Sualların  cavablarını toplamaq).
•        Əldə edilmiş məlumatları  təhlil etmək və ümumləşdirmək.
Üsulun tətbiqində yarana biləcək problemlər:
  1.    Ünsiyyət problemi
  2.    Nəticə çıxarılmasında çətinlik
  3.    Elmi-tətqiqat vərdişlərinin zəif inkişafı
  4.    Vaxtın düzgün bölüşdürülməməsi



0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar