DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Qərarlar Ağacı


Qərarlar ağacı
Qərarlar ağacı üsulu Con Patrik və Riçard Remi ( ABŞ) tərəfindən təklif olunmuşdur.
Bu üsulun köməyi ilə çətin ziddiyət yaradan məsələlərdə qərar qəbul etmək üçün problemlərin
həlli yollarını tapmaq, mübahisəli baxışları və qərarları yaxınlaşdırmaq, şagirdlərin biliklərini cəlbedici formada ümumiləşdirmək və onları qiymətləndirmək mümkündür. Bu üsuldan istifadə etməklə şagirdlər mümkün qərarların bütün variantlarını, bu variantlarla əlaqəli müsbət və mənfi cəhətləri ətraflı təhlil edirlər. Bununla həm qərarın qəbul edilməsi asanlaşır, həm də cəmiyyətdə hər hansısa bir problemlə qarşılaşdığı zaman şagirddə düşünülmüş qərar qəbul etmək bacarığı formalaşır. Müəllim Qərarlar ağacı üsulunun tətbiqinə başlarkən iş formasını da doğru müəyyən etməlidir. Bu üsul müxtəif iş formalarından istifadə etməklə reallaşdırıla bilər.
 Belə ki, üsulun tətbiqi zamanı kollektiv iş, böyük və kiçik qruplarla işdən istifadə etmək
mümkündür. Eyni zamanda üsulun tətbiqi zamanı müəllim dərsin mərhələsini də doğru seçməlidir. Qərarlar ağacı üsulundan dərsin tətqiqatın aparılması mərhələsi və ümumiləşdirmə mərhələsində istifadə etmək olar. Bu üsulun tətbiqinə başlamazdan öncə müəllim müzakirə problemini izah edir və qruplar üçün cədvəllər hazırlayır.
Şagirdlər qabaqlayıcı ev tapşırığı qismində problem üzrə informasiya və faktları toplaya bilərlər. Müəllim şagirdləri 4-6 nəfərdən ibarət kiçik qruplara bölür. Hər qrupa cədvəllər və markerlər verilir. Müəllim tapşırığın yerinə yetirilmə müddətini müəyyən edir: 15 və ya 20 dəqiqə       

Şagirdlər qruplarda çalışaraq, cədvəlləri doldurur, hər variantın üstünlüklərini və qüsurlarını yazıya alır və problemin həlli üsulu haqqında qərar qəbul edirlər.
    Tapşırıq yerinə yetirildikdən sonra qrupların nümayəndələri öz işlərinin nəticələri haqqında növbə ilə danışırlar. Müəllim əldə olunmuş nəticələri müqayisə edə, bu və ya digər hallarda qrupların nə üçün eyni, yaxud fərqli qərarlar qəbul etdiyini söyləyə, şagirdlərin suallarına cavab verə bilər.
Yarana biləcək problemlər:
ü Təcrübə göstərir ki, çox hallarda şagirdlər tapşırığı alarkən elə o dəqiqə qərar qəbul etməyə və variantlardan hansısa birini seçməyə cəhd göstərirlər. Onlara elə gəlir ki, cavab aydındır, başqa variantların müzakirəsi isə artıq vaxt aparır. Belə hallarda şagirdlərə yenə də xatırlatmaq lazımdır ki, yalnız bütün variantların müzakirəsindən sonra qərar qəbul etmək lazımdır.
ü Bəzi şagirdlərə hansısa bir variantı seçmək çətin olur və onlar bir neçə variantı birləşdirməyə çalışırlar. Bəzən isə onlar yeni variant təklif edirlər. Onlara izah edilməlidir ki, tapşırığın şərti variantlardan yalnız birini seçməyi nəzərdə tutur. Ancaq təqdimatdan sonra problemin başqa həlli yollarını göstərməyə çalışan şagirdlərin fikirləri ilə bağlı müzakirə aparmaq olar. Əgər bu cür hallar tez-tez baş verərsə, onda müəllim tapşırığa yenidən baxa və problemin həlli variantlarında düzəliş edə bilər.




    

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar