DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

21 Temmuz 2016 Perşembe

Kitab kataloqu

Salam, əziz metodiki tövsiyə izləyiciləri
Kitab kataloqu ilə tanış olmaq, müxtəlif müəlliflərə, yazarlara məxsus olan kitabları elektron formada oxumaq üçün sizə təqdim etdiyim linkdən istifadə edə bilərsiniz.
Hər birinizə xoş mütaliələr arzu edirəm.
https://yadi.sk/d/GY42ZV-VsuFVk
Kataloqun sahibi: Anonim

Kitabxana – mədəniyyətin normal fəaliyyət göstərməsinin mühüm şərti olan xüsusi sosial təsisatdır. Kitabxanalar mədəniyyətin bir qoludur və onlarsız mədəniyyəti təsəvvür etmək mümkün deyil. Kitabxanalar olmasa mədəniyyətin yaddaşı həmişəlik itiriləcəkdir.

Elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır.

Cəmiyyətdə kitabxanaların rolu və əhəmiyyəti həmişə oxuculara kitabxana xidmətinin təşkili səviyyəsi, onun keyfiyyəti və əhatə dairəsi ilə ölçülmüşdür. Oxuculara xidmət işinin məqsəd və məzmununun müəyyənləşdirilməsi, mahiyyətinin aşkara çıxarılması, ümumiləşdirilməsi dünya kitabxanaşünaslığının aktual problemlərindəndir.

Mütaliənin kütləvi xarakter alması kitabxana xidmətinin təşkili prosesinin mahiyyətini tamamilə dəyişmişdir. Mütaliə bizim beynimizin və ruhumuzun istirahəti üçün olduqca faydalı məşğuliyyətdir. Amma nədənsə buna vaxt ayırmağı çox da lazım bilmirik. Mütaliənin insana bəxş edəcəyi üstünlüklər haqqında qısaca məlumat verək.

Qayğılardan uzaqlaşmaq - Bəli, gündəlik həyatımız stress, əsəb, gərginlik və ya sadəcə məişət problemləri ilə aşıb-daşa bilər. Müasir dünyanın ən böyük problemi olan qarmaqarışıqlıq və gərginlik isə məhz mütaliə ilə dəf edilə bilər. Siz hər hansı bir kitabı oxuyaraq, həmin məzmuna yüklənir və beyninizin stressdən uzaqlaşmasına, gündəlik qayğıları unudaraq fərqli düşünməsinə şərait yaratmış olursunuz.

Düşüncədə inqilab - Sizə beyninizin hansı çərçivələrlə əhatələndiyini ən yaxşı göstərəcək vasitə məhz kitabdır. Mütaliə edərək, siz get-gedə düşüncənizdə baş verən inqilabın şahidi ola biləcək, hər şeyə fərqli və əhatəli yanaşmağı öyrənməyi bacaracaqsınız. Düşüncə qabiliyyətinizin inkişafı sizin fərdi inkişafınıza birbaşa təsir göstərəcək.

Natiqlik yolunda irəliləmək - Gözəl nitq, yaxşı danışıq qabiliyyəti hər insanı bəzəyən bir xüsusiyyətdir. Mütaliə etdiyiniz kitablar sizin nitqinizi zənginləşdirir, söz ehtiyatınızı isə birə-beş artırır. Siz danışdığınız zaman insanlar çox mütaliə etdiyinizi dərhal hiss edə bilir və bu da onlarda xoş təəssürat formalaşdırır. Axı düzgün və səlis danışan insanları kim sevmir ki?

Öz gücünə əminlik - Kitablar sizi komplekslərinizdən də uzaqlaşdırmaq gücünə malikdir. Kifayət qədər ağıllı olmadığı düşünürsünüz? Sizdən ağıllı insanlarla söhbət etməkdən, axmaq təəssüratı yaratmaqdan qorxursunuz? Əbəs yerə. Bu qorxularla yaşamaqdansa, bacardığınız qədər çox kitab oxuyun. Kitab oxumağa ürəkdən vurulun və bunu öz həyat tərzinizə çevirin. Müəyyən zamandan sonra ağıllı insanların sizinlə söhbətə can atmasının şahidi olacaqsınız.

Daha yaradıcı, daha məntiqli - Kitab sizin həm sağ, həm də sol beyin yarımkürənizə işləyir. Siz kitab oxuduqca daha kreativ düşüncəyə sahib olur, hər şeydə fərqli çalarlar, mücərrədlik görməyə meylli olursunuz. Bundan başqa çox kitab oxumaq sizin yaddaşınızın və məntiqinizin inkişafına da kömək edir. Təhlil bacarığınız inkişaf edir, hadisələri kənardan dəyərləndirmək gücünüz artır.

Hazırladı: Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar