DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Aralık 2015 Cuma

XXI əsr bacarıqları


Tədris və innovasiya Bacarıqları
Yaradıcılıq və innovativlik
·        Fəaliyyətdə orginallıq və innovativlik qabiliyyəti nümayiş etdirmək
·        Yeni ideyaların işlənib hazırlanması, tətbiq edilməsi və başqalarına çatdırılması
·        Yeni və müxtəlif nöqteyi nəzərlərə açıq və həssas olmaq
·        İnnovasiyalar tətbiq olunan sahələrdə sanballı və faydalı töhfələr vermək üçün yaradıcı ideyalar üzərində işləmək
Tənqidi təfəkkür və problem həll etmə bacarığı
·        Düzgün mühakim yürütmək
·        Mürəkkəb seçim və qərarlar qəbul etmək
·        Sistemlər arasındakı qarşılıqlı əlaqələrin başa düşülməsi
·        Fərqli nöqteyi nəzərlərə aydınlıq gətirən və məsələlərin daha yaxşı həllinə aparıb çıxaran mühüm sualları müəyyən etmək, soruşmaq
·        Problemləri həll etmək və suallara cavab vermək üçün məlumatların hazırlanması, təhlili və sintezləşdirilməsi
Kommunikativ və əməkdaşlıq bacarıqları
·        Fikir və ideyaların danışıq və yazı yolu ilə aydın və effektiv ifadə edilməsi
·        Müxtəlif qruplarda effektiv iş bacarığının nümayiş etdirilməsi
·        Ümumi məqsədə nail olmaq üçün zəruri komprmislərin əldə edilməsi və bu istiqamətdə çeviklik və istəyin nümayiş etdirilməsi
·        Birgə işə görə məsuliyyət daşımaq
·        Müxtəlif ünsiyyət növlərinin (yazılı, şifahi və müxtəlif forma və şəraitlərdə multimedia vəsaitlərinin köməkliyi ilə ) yaradılması və onlardan istifadə, effektiv ünsiyyətin rolunun dərk edilməsi

İnformasiya ilə işləmək bacarıqları, mediya və texnologiya vərdişləri
İnformasiya savadlılığı
·        Sözügedən problem və ya sualın həlli məqsədilə, informasiyaya və effektiv çıxış, onun tənqidi və savadlı qiymətləndirilməsi, informasiyadan düzgün və yaradıcı istifadə edilməsi
·        İnformasiyaya çıxış və ondan istifadə ilə bağlı etik/hüquqi məsələlərə dair təməl anlayışların başa düşülməsi
Media savadlıllığı
·        Media xəbərlərinin qurulması prinsipinin hansı məqsədlər və hansı alətlərdən və ənənələrdən istifadə edilməsi anlayışı. Onların xüsusiyyətləri
·        Media məlumatlarının insanlar tərəfindən necə fərqli şərh olunmasının, dəyərlərin və nəzər nöqtələrinin necə daxil və xaric edildiyinin və mətbuatın inanc və davranışlara necə təsir edə biləcəyinin araşdırılması
·        İnformasiyaya çıxış və ondan istifadə edilməsi ilə bağlı etik-hüquqi məsələlərə dair anlayışların başa düşülməsi
IKT savadlılığı (İnformasiya Kommunikasiya və texnologiyalar sahəsində savadlılıq
·        Bilik iqtisadiyyatında fəaliyyət göstərmək məqsədilə informasiyaya çıxış, ona nəzarət, onun tətbiqi, dəyərləndirilməsi və yeni informasiya yaratmaq üçün rəqəmsal texnologiyanın, kommunikasiya alətlərinin və yaxud şəbəkələrin müvafiq şəkildə düzgün istifadəsi
·        Ünsiyyət üçün, tədqiqat, təşkil etmə, informasiyaların qiymətləndirilməsi alət kimi, informasiyaya çıxış və ondan istifadə ilə bağlı etik hüquqi məsələlərə dair ilkin anlayışlara  malik olmaq üçün kompyuter texnologiyalarından istifadə

Həyat və karyera bacarıqları
Çeviklik və uyğunlaşma bacarığı
·        Müxtəlif vəzifə və cavabdehliklərə uyğunlaşma( adaptasiya)
·        Qeyri müəyyənlik və dəyişən prioritetlər şəraitində effektiv çalışma
Təşəbbüs və özünüistiqamətləndirmə
·        Şəxsi təhsilin anlanılması və öyrənmə ehtiyaclarının dərk edilməsi
·        Öz biliklərini və təcrübə qazanma imkanlarını araşdırmaqvə genişləndirmək üçün əsas peşəkar bilik və bacarıqlar və yaxud  tədris kursundan kənara çıxılması
·        Bilik səviyyəsinin peşəkar səviyyəyə yüksəldilməsi təşəbbüsü ilə çıxış
·        Tədris tapşırığının müəyyən olunması, əsas tapşırıqların qeyd olunması və onların kənardan nəzarət olmadan icrası
·        Vaxtdan səmərəli istifadə edilməsi və iş yükünün paylanılması
·        Ömür boyu oxumaq həvəsi və bacarığı
Ictimai və mədəniyyətlərarası bacarıqlar
·        Digərləri ilə müvafiq şəkildə və məhsuldar çalışmaq
·        Ehtiyac olanda qrupların kollektiv dərrakələrindən faydalı istifadə
·        Innovasiya və işin keyfiyyətini artırmaq üçün mədəniyyətlararası fərqləri əlaqələndirmək və fərqli perspektivlərdən istifadə

Məhsuldarlıq və hesabatlılıq
İşin vaxtı-vaxtında keyfiyyətlə təhvil verilməsi üçün qarşıya yüksək standart və məqsədlərin qoyulması və bunların ödənilməsi
Çalışmaq və müsbət iş  etikası nümayiş etdirilməsi (yəni, dəqiqlik və etibarlılıq)
Liderlik və məsuliyyətlilik
·        Digər şəxslərə təsir göstərmək və onları məqsədə doğru yönəltmək üçün insanlararası əlaqələr və problem həll etmə bacarıqlarından istifadə
·        Ümumi məqsədə nail olmaq üçün başqalarının güclü tərəflərindən səmərəli istifadə
·        Dürüstlük və etik davranışın nümayiş etdirilməsi
·        Geniş kütlənin maraqlarını nəzərə almaqla fəaliyyət
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar