Yaradıcılıq və innovativlik
·
Fəaliyyətdə orginallıq və innovativlik qabiliyyəti
nümayiş etdirmək
·
Yeni ideyaların işlənib hazırlanması, tətbiq edilməsi
və başqalarına çatdırılması
·
Yeni və müxtəlif nöqteyi nəzərlərə açıq və həssas
olmaq
·
İnnovasiyalar tətbiq olunan sahələrdə sanballı və
faydalı töhfələr vermək üçün yaradıcı ideyalar üzərində işləmək
Tənqidi təfəkkür və problem həll etmə bacarığı
·
Düzgün mühakim yürütmək
·
Mürəkkəb seçim və qərarlar qəbul etmək
·
Sistemlər arasındakı qarşılıqlı əlaqələrin başa
düşülməsi
·
Fərqli nöqteyi nəzərlərə aydınlıq gətirən və məsələlərin
daha yaxşı həllinə aparıb çıxaran mühüm sualları müəyyən etmək, soruşmaq
·
Problemləri həll etmək və suallara cavab vermək
üçün məlumatların hazırlanması, təhlili və sintezləşdirilməsi
Kommunikativ və əməkdaşlıq bacarıqları
·
Fikir və ideyaların danışıq və yazı yolu ilə aydın
və effektiv ifadə edilməsi
·
Müxtəlif qruplarda effektiv iş bacarığının nümayiş
etdirilməsi
·
Ümumi məqsədə nail olmaq üçün zəruri komprmislərin əldə
edilməsi və bu istiqamətdə çeviklik və istəyin nümayiş etdirilməsi
·
Birgə işə görə məsuliyyət daşımaq
·
Müxtəlif ünsiyyət növlərinin (yazılı, şifahi və
müxtəlif forma və şəraitlərdə multimedia vəsaitlərinin köməkliyi ilə ) yaradılması
və onlardan istifadə, effektiv ünsiyyətin rolunun dərk edilməsi
İnformasiya
ilə işləmək bacarıqları, mediya və texnologiya vərdişləri
İnformasiya savadlılığı
·
Sözügedən problem və ya sualın həlli məqsədilə,
informasiyaya və effektiv çıxış, onun tənqidi və savadlı qiymətləndirilməsi,
informasiyadan düzgün və yaradıcı istifadə edilməsi
·
İnformasiyaya çıxış və ondan istifadə ilə bağlı
etik/hüquqi məsələlərə dair təməl anlayışların başa düşülməsi
Media savadlıllığı
·
Media xəbərlərinin qurulması prinsipinin hansı məqsədlər
və hansı alətlərdən və ənənələrdən istifadə edilməsi anlayışı. Onların xüsusiyyətləri
·
Media məlumatlarının insanlar tərəfindən necə fərqli
şərh olunmasının, dəyərlərin və nəzər nöqtələrinin necə daxil və xaric
edildiyinin və mətbuatın inanc və davranışlara necə təsir edə biləcəyinin
araşdırılması
·
İnformasiyaya çıxış və ondan istifadə edilməsi ilə
bağlı etik-hüquqi məsələlərə dair anlayışların başa düşülməsi
IKT savadlılığı (İnformasiya Kommunikasiya və
texnologiyalar sahəsində savadlılıq
·
Bilik iqtisadiyyatında fəaliyyət göstərmək məqsədilə
informasiyaya çıxış, ona nəzarət, onun tətbiqi, dəyərləndirilməsi və yeni
informasiya yaratmaq üçün rəqəmsal texnologiyanın, kommunikasiya alətlərinin və
yaxud şəbəkələrin müvafiq şəkildə düzgün istifadəsi
·
Ünsiyyət üçün, tədqiqat, təşkil etmə,
informasiyaların qiymətləndirilməsi alət kimi, informasiyaya çıxış və ondan
istifadə ilə bağlı etik hüquqi məsələlərə dair ilkin anlayışlara malik olmaq üçün kompyuter
texnologiyalarından istifadə
Həyat
və karyera bacarıqları
Çeviklik və uyğunlaşma bacarığı
·
Müxtəlif vəzifə və cavabdehliklərə uyğunlaşma(
adaptasiya)
·
Qeyri müəyyənlik və dəyişən prioritetlər şəraitində
effektiv çalışma
Təşəbbüs və özünüistiqamətləndirmə
·
Şəxsi təhsilin anlanılması və öyrənmə ehtiyaclarının
dərk edilməsi
·
Öz biliklərini və təcrübə qazanma imkanlarını
araşdırmaqvə genişləndirmək üçün əsas peşəkar bilik və bacarıqlar və yaxud tədris kursundan kənara çıxılması
·
Bilik səviyyəsinin peşəkar səviyyəyə yüksəldilməsi
təşəbbüsü ilə çıxış
·
Tədris tapşırığının müəyyən olunması, əsas
tapşırıqların qeyd olunması və onların kənardan nəzarət olmadan icrası
·
Vaxtdan səmərəli istifadə edilməsi və iş yükünün
paylanılması
·
Ömür boyu oxumaq həvəsi və bacarığı
Ictimai və mədəniyyətlərarası bacarıqlar
·
Digərləri ilə müvafiq şəkildə və məhsuldar çalışmaq
·
Ehtiyac olanda qrupların kollektiv dərrakələrindən
faydalı istifadə
·
Innovasiya və işin keyfiyyətini artırmaq üçün mədəniyyətlararası
fərqləri əlaqələndirmək və fərqli perspektivlərdən istifadə
Məhsuldarlıq və hesabatlılıq
İşin vaxtı-vaxtında keyfiyyətlə təhvil verilməsi
üçün qarşıya yüksək standart və məqsədlərin qoyulması və bunların ödənilməsi
Çalışmaq və müsbət iş etikası nümayiş etdirilməsi (yəni, dəqiqlik və
etibarlılıq)
Liderlik və məsuliyyətlilik
·
Digər şəxslərə təsir göstərmək və onları məqsədə
doğru yönəltmək üçün insanlararası əlaqələr və problem həll etmə
bacarıqlarından istifadə
·
Ümumi məqsədə nail olmaq üçün başqalarının güclü tərəflərindən
səmərəli istifadə
·
Dürüstlük və etik davranışın nümayiş etdirilməsi
·
Geniş kütlənin maraqlarını nəzərə almaqla fəaliyyət
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.