DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Musiqi Kurikulumu

  Vəsaiti yükləmək üçün
  şəklin üzərinə toxun
 Musiqi1.2. Məzmun xətləri
Musiqi fənni üzrə milli və dünya təcrübəsinin öyrənilməsi, onların muqayisəsi, təhlil edilməsi nəticəsində musiqi təliminin aşağıda qeyd olunan məzmun xətləri müəyyənləşdirilmişdir:
Musiqi aləmi
Emosional dəyərləndirmə
Musiqi fəaliyyəti

Bütün fənlərdə olduğu kimi, musiqi fənninin məzmunu sinifdən-sinfə konsentrik əsasda sadədən mürəkkəbə, asandan-çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.

1.4. Fəaliyyət xətləri
Musiqi fənnində aşağıdakı fəaliyyət xətləri mövcuddur:
1. Xorla oxumaq;
2. Dinləmə;
3. Musiqili-ritmik hərəkətlər;
4. Uşaq musiqi alətlərində çalmaq;
5. İmprovizasiya.
1.5. Məzmun standartları
I S İ N İ F
I sinfin sonunda şagird:
ifa etdiyi və dinlədiyi uşaq mahnılarının müəlliflərini tanıyır;
əsas musiqi janrları (mahnı, rəqs, marş) və musiqi ifadə vasitələri (temp, ritm) haqda təsəvvürə malik olduğunu nümayiş etdirir;
inlədiyi musiqi əsərlərində ifadə olunan əhvali-ruhiyyəni sadə formada şərh edir, melodiyaların ritm və tempinə uyğun hərəkətlər nümayiş etdirir;
xor tərkibində birsəsli (unison) oxuyur;
sadə uşaq musiqi alətlərində kiçik melodiya parçalarını notla çalır və oxuyur;
mahnı oxumaq qaydalarını bilir, sadə ölçülü dirijorluq jestlərinə əməl edir.

Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1. İfa etdiyi və dinlədiyi uşaq mahnılarının müəlliflərini tanıyır.
1.1.1. Mahnı müəlliflərinin adlarını sadalayır.
1.1.2. Dinlədiyi mahnının müəllifini müəyyənləşdirir.
1.1.3. Mahnı müəlliflərini onların şəkillərindən tanıyır.
1.2. Əsas musiqi janrları (mahnı, rəqs, marş) və musiqi ifadə vasitələri (temp, ritm) haqda təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.2.1. Əsas musiqi janrları və musiqi ifadə vasitələrini sadalayır.
1.2.2. Xarakterik cəhətlərinə görə əsas musiqi janrlarını fərqləndirir. 
1.2.3. Mahnıların giriş, bənd, nəqərat hissələrini fərqləndirir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Dinlədiyi musiqi əsərlərində ifadə olunan əhvali-ruhiyyəni sadə formada şərh edir, melodiyaların ritm və tempinə uyğun hərəkətlər nümayiş etdirir.
2.1.1. Mahnının xarakterini (şən, qəmli) müəyyənləşdirir.
2.1.2. Mahnının emosional məzmununu ifa prosesində büruzə verir.
2.1.3. Musiqinin dəyişən tempinə və ritminə uyğun hərəkətlər edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Xor tərkibində birsəsli (unison) oxuyur.
3.1.1. Öyrənmək məqsədilə müəllimin oxuduğu nümunələri təkrar edir.
3.1.2. İfa etdiyi melodiyalara sadə vasitələrlə ritm tutur.
3.1.3. Xor daxilində kollektiv ifa qaydalarını mənimsədiyini nümayiş etdirir.
3.2. Sadə uşaq musiqi alətlərində tanış olduğu mahnılardan kiçik melodiya parçalarını çalır və oxuyur.
3.2.1. Oktava daxilində ayrı-ayrı notları çalır.
3.2.2. Qammanın I və V səslərindən istifadə etməklə öz ifasına müşayiət yaradır.
3.2.3. Bir oktava daxilində səsləri yuxarı və aşağı olaraq oxuyur.
3.3. Mahnı oxumaq qaydalarını bilir, sadə ölçülü dirijorluq jestlərinə əməl edir.
3.3.1. Düzgün mahnı oxumaq qaydalarını mənimsədiyini nümayiş etdirir.
3.3.2. Səsin imkanlarından düzgün istifadə edir.
3.3.3. Öz ifasını 2/4 sadə ölçülü dirijorluq hərəkətləri ilə göstərə bilir.
II S İ N İ F
II sinfin sonunda şagird:
ifa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayış etdirir.
əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əsərlərinin quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir;
dinlədiyi musiqi əsərlərində ifadə olunan məzmunu başa düşdüyünü nümayiş etdirir;
xor tərkibində ifa bacarıqları nümayiş etdirir;
sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir;
mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1. İfa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi və ifa etdiyi əsərlərin bəstəkarları haqqında qısa məlumat verir.
1.1.2. Dinlədiyi musiqi əsərinin müəllifini tanıyır.
1.1.3. Uşaq mahnıları haqqında qısa məlumat verir.
1.2. Əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əsərlərinin sadə quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.2.1. Dinlədiyi musiqi əsərləri içərisində mahnı, rəqs, marş janrlarını müəyyən edir.
1.2.2. Müxtəlif janrlı musiqi əsərlərində sadə ifadə vasitələrini (ölçü, ritm, temp) müəyyən edir.
1.2.3. Dinlədiyi musiqi əsərlərinin quruluşunu (1, 2, 3 hissəli) müəyyənləşdirir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Dinlədiyi musiqi əsərlərində ifadə olunan məzmunu qavradığını nümayiş etdirir.
2.1.1. Musiqi əsərinin müxtəlif məzmunlu emosional xarakterini izah edir.
2.1.2. İfa etdiyi mahnıların melodiyalarına sadə vasitələrlə (ayaq tappıltısı, əl çalmaq, çırtma) ritm tutur.
2.1.3. Verilmiş musiqi nümunələrini xarakterinə uyğun ifa edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Xor tərkibində ifa bacarıqlarını nümayiş etdirir.
3.1.1. Müəllimin göstərişilə mahnıların melodiyasını sözlərilə və notlarla oxuyur.
3.1.2. Xor tərkibində 2 səsli (kanon) oxuyur.
3.2. Sadə uşaq musiqi alətlərində ifa bacarıqlarını nümayiş etdirir.
3.2.1. Oktavadakı 8 səsi 2 hissəyə ayıraraq (4 və 4) uşaq musiqi alətlərində ardıcıl olaraq notla və notsuz çalır.
3.2.2. Uşaq zərb alətləri vasitəsilə müxtəlif musiqi kompozisiyaları müşayiət edir.
3.2.3. Uşaq musiqi alətində 4-8 xanəli sadə melodiyaları ansambl (qrup şəklində) şəklində notla və notsuz ifa edir.
3.3. Mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir.
3.3.1. Mahnının ladının (major və minor) dinamik nüanslarla (mp, mf) düzgün səslənməsinə riayət edir. 
3.3.2. Mahnını ritminə və tempinə uyğun oxuyur.
3.3.3.Öz ifasını 2/4, 3/4 ölçülü dirijorluq hərəkətləri ilə göstərə bilir.
III S İ N İ F
III sinfin sonunda şagird:
ifa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayiş etdirir;
əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əsərlərinin quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir;
dinlədiyi musiqi əsərlərinin emosional cəhətdən dəyərləndirdiyini nümayiş etdirir;
xor tərkibində ifa bacarıqları nümayiş etdirir;
sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir;
mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaradılmasında iştirak edir 
Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1. İfa etdiyi və dinlədiyi musiqi əsərlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Mahnı yazan bəstəkarlar haqqında sadə təqdimatlar edir.
1.1.2. Öyrəndikləri əsərlər vasitəsilə bəstəkarları fərqləndirir.
1.1.3. Uşaq mahnıları haqqında kiçik təqdimatlar edir.
1.2. Əsas musiqi janrları, musiqi ifadə vasitələri və musiqi əsərlərinin quruluşu haqda təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.2.1. Musiqi janrları (mahnı, rəqs, marş, rondo, variasiya) ilə əlaqədar kiçik təqdimatlar edir.
1.2.2. Tembrə görə Azərbaycan və Avropa musiqi alətləri (tar-gitara, kamança-skpirka, tütək -fleyta, kanon, çəng-arfa) arasında oxşarlığı müəyyən edir.
1.2.3. İnstrumental musiqi əsərlərinin quruluşları (1, 2, 3 hissəli, rondo, variasiya) haqqında kiçik təqdimatlar edir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Dinlədiyi musiqi əsərlərini emosional cəhətdən dəyərləndirə bildiyini nümayiş etdirir.
2.1.1. Müxtəlif musiqi əsərlərinin emosional xarakteri barədə kiçik təqdimatlar edir.
2.1.2. Musiqi alətlərinin tembrlərinin təbiətdəki səslərə uyğunluğunu müəyyən edir (tütək-bülbül, kontrabs-ayı, kanon-suyun şırıltısı).
3. Musiqi fəaliyyəti
Şagird: 
3.1. Xor tərkibində ifa bacarıqlarını nümayiş etdirir.
3.1.1. Mahnıları 2 səsli ifa edir.
3.1.2. Öz ifasına sadə formada ritmik müşayiət edir.
3.2. Sadə uşaq musiqi alətlərində ifa bacarıqlarını nümayiş etdirir.
3.2.1. İfa prosesində melodiyaları ritmik müşayiət edir.
3.2.2. Birinci oktava daxilində müxtəlif intervalları (prima, sekunda, tersiya) uşaq musiqi alətlərində çalır.
3.2.3. 1oktava daxilində melodiyanı müxtəlif tempdə çalır.
3.3. Mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaradılmasında iştirak edir.
3.3.1. Müxtəlif ladları (major, minor) fərqləndirərək ifa edir (oxuyur).
3.3.2. Verilən ritmə uyğun melodiyanı tanıyır.
3.3.3. Öz ifasını 2/4, 3/4, 4/4 sadə ölçülü dirijorluq hərəkətləri ilə göstərir.
IV S İ N İ F
IV sinfin sonunda şagird:
xalq musiqisi və professional musiqi haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;
musiqi alətləri və musiqi kollektivləri haqqında biliklərə malik olduğunu nümayiş etdirir;
dinlədiyi musiqi əsərlərini emosional cəhətdən dəyərləndirdiyini nümayiş etdirir;
xor tərkibində ifa bacarıqları nümayiş etdirir;
sadə uşaq musiqi alətlərində ifa bacarıqları nümayiş etdirir;
mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaradılmasında iştirak edir 
Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1. Xalq musiqisi və professional musiqi haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
1.1.1. Professional və xalq musiqisi nümunələrini fərqləndirir.
1.1.2. Bəstəkar və xalq melodiyalarında tanıdığı intervalları müəyyən edir.
1.1.3. Azərbaycan və digər xalqların musiqi nümunələri arasında oxşar cəhətləri müəyyənləşdirir (Yallı-Yalla, Qaytağı-Ləzginka).
1.2. Musiqi alətləri və musiqi kollektivləri haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.2.1. Musiqi alətlərini və musiqi kollektivlərini (xor, rəqs, trio, ansambl) sadalayır. 
1.2.2. Milli və Avropa musiqi kollektivlərini fərqləndirir.
1.2.3. Musiqi alətləri və musiqi kollektivləri haqqında təqdimatlar edir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Dinlədiyi musiqi əsərlərini emosional cəhətdən dəyərləndirə bildiyini nümayiş etdirir.
2.1.1. Mahnının melodiyası ilə mətnin uyğunluğunu aydınlaşdırır.
2.1.2. Musiqi əsərlərinin emosional məzmununa və xarakterinə uyğun bədii və təsviri sənət nümunələrini müəyyən edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Xor tərkibində ifa bacarıqlarını nümayiş etdirir.
3.1.1. “Mahnı-marş”, “Mahnı-rəqs” tipli musiqi nümunələrinin 2 səsli ifasında iştirak edir.
3.1.2. Xor daxilində kollektiv ifa qaydalarını mənimsədiyini nümayiş etdirir.
3.2. Sadə uşaq musiqi alətlərində ifa bacarıqlarını nümayiş etdirir.
3.2.1. 2 və 3 hissəli və rondo quruluşlu mahnıları temp, ritm dəyişikliyinə uyğun müşayiət edir.
3.2.2. Mahnılardan bir parçanı p və f nüansları ilə ardıcıl olaraq ifa edir (oxuyur).
3.3. Mahnı ifaçılığı qaydalarını mənimsədiyini nümayiş etdirir və sadə melodiyaların yaradılmasında iştirak edir.
3.3.1. Ladlarına (major və minor) uyğun olaraq mahnıları 2 səsli ifa edir.
3.3.2. Verilən melodik parçanı müxtəlif xarakterdə ifa edir.
3.3.3. Verilmiş musiqi parçalarından 2/4, 3/4, 4/4 ölçüləri müəyyən edir.
V sinif
V sinifin sonunda şagird:
Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, V.A.Motsart, M.İ.Qlinka, L.V.Bethoven, P.İ.Çaykovski) və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir;
Azərbaycan musiqi folklar nümunələrinin (mahnı, rəqs) muğam və aşıq dair bilik və bacarıqlar nümayiş etdirir;
musiqi əsərlərinin melodiyası, ritmi və onlardan istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir;
musiqi əsərlərini hissi emosional cəhətdən dərk etdiyini nümayiş etdirir;
dinlədiyi musiqidən yaranan təəsüratlarını müxtəlif formada ifadə edir;
mahnını not və mətni ilə oxuyur;
fərdi qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, V.A.Motsart, M.İ.Qlinka, L.V.Bethoven, P.İ.Çaykovski) və onların əsərləri haqqında biliklərini şəhr edir.
1.1.2. Azərbaycan və dünya bəstəkarlarının əsərlərini janr baxımdan oxşar cəhətlərini izah edir.
1.2.Azərbaycan musiqi folklor nümayəndələri mahnı, rəqs, muğam və aşıq havalarında istifadə olunmuş bədii nümunələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Azərbaycan musiqi folklor nümunələrindəki (xalq mahnı və rəqs) ədəbi nümunələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.2.2. Azərbaycanın əsas muğamlarının və aşıq musiqilərinin adlarını söyləyir və istifadə olunmuş poeziya nümunuləri haqqında fikrini bildirir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Musiqi əsərlərinin melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir.
2.1.1. Musiqi əsərlərindəki emosional obrazların yaranmasında dinamik nüansların və bədii nümulərin rolunu şəhr edir.
2.1.2. Azərbaycan xalq rəqslərinin emosional hislərə təsirini izah edir.
2.2. Dinlədiyi musiqidən yaranan təəssüratlarını müxtəlif formada ifadə edir.
2.2.1. Dinlədiyi xalq rəqsləri haqqında təəssüratlarını ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Mahnını not və mətni ilə oxuyur.
3.1.1. Mahnını not və mətni ilə birsəsli oxuyur.
3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
3.2.1. Mahnını kollektiv tərkibində birsəsli (unison) oxuyur.
VI sinif
VI sinfin sonunda şagird: 
Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü. Hacıbəyli, M.Maqamayev, F.Əmirov, V.Adıgözəlov, T.Quliyev, S.Hacıyev, İ.S.Bax, F.Şübert, S.Rahmaninov, N.Rimski-Korsokov) və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir;
Azərbaycan musiqi folklar nümunələrinin (mahnı, rəqs) muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir;
musiqi əsərlərinin melodiyası, ritmi və onlardan istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir;
musiqi əsərlərini hissi emosional cəhətdən dərk etdiyini nümayiş etdirir;
dinlədiyi musiqidən yaranan təəsüratlarını müxtəlif formada ifadə edir;
mahnını not və mətni ilə oxuyur;
fərdi qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir .
Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1.Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1.Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Soltan Hacıbəyov, İohan Sebastiyan Bax, Frans Şubert, Sergey Raxmaninov, Rimski Korsakov) və onların əsərlərləri haqqında biliklərini izah edir.
1.1.2. Azərbaycan bəstəkarlarının xaraktercə eyni olan əsərlərini fərqləndirir.
1.2. Azərbaycan musiqi folklor nümunələrinə (mahnı, rəqs), muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1.Azərbaycan bəstəkarlarının xalq mahnı və rəqslərinin fortopiano üçün işləmələrinə münasibət bildirir.
1.2.2. Muğam və aşıq musiqisini fərqləndirir.
2.Emosional dəyərləndirmə
Şagird:
2.1. Musiqi əsərlərini melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir.
2.1.1.Xalq mahnıları və mahnı-rəqs işləmələrinin poeziya ilə əlaqəsini izah edir.
2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.
2.2.1. Musiqi əsərlərindəki emosional obrazların yaranmasında melodiya, ritm və tempin rolunu şəhr edir.
2.2.2. Azərbaycan xalq mahnılarının emosional hislərə təsirini izah edir. 
2.3. Dinlədiyi musiqidən yaranan təəssüratlarını ifadə edir.
2.3.1.Dinlədiyi xalq mahnıları haqqında təəssüratlarını ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Mahnını not və mətni ilə oxuyur.
3.1.1. Mahnını not və mətni ilə ikisəsli oxuyur.
3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
3.2.1. Mahnını qrup və kollektiv tərkibində ikisəsli (unison) oxuyur.
VII sinif
VII sinfin sonunda şagird:
 Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, A.Məlikov, Ş.Axundova, E.Qriq, M.P.Musorski, J.Bize, İ.Ştraus) və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir;
 Azərbaycan musiqi folklar nümunələrinin (mahnı, rəqs) muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir;
 musiqi əsərlərinin melodiyası, ritmi və onlardan istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir;
 musiqi əsərlərini hissi emosional cəhətdən dərk etdiyini nümayiş etdirir;
 dinlədiyi musiqidən yaranan təəsüratlarını müxtəlif formada ifadə edir;
 mahnını not və mətni ilə oxuyur;
 fərdi qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1.Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, A.Məlikov, Ş.Axundova, E.Qriq, M.P.Musorski, J.Bize, İ.Ştraus) və onların əsərlərlərinə münasibət bildirir.
1.1.2.Azərbaycan və Avropa bəstəkarlarının proqramlı əsərləri haqqında fikirlərini izah edir.
1.2. Azərbaycan musiqi folklor nümunələrinə (mahnı, rəqs), muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Azərbaycan musiqi folkları nümunələrinin bəstəkar yaradıcılığına təsiri barədə münasibətini bildirir.
1.2.2. Muğam və aşıq musiqisinin ifa xüsusiyyətləri haqqında təqdimat edir.  
2. Emosional dəyərləndirmə
Şagird:
2.1.Musiqi əsərlərini melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir.
2.1.1. Vokal musiqi əsərləri ilə bədii nümunələrin xaraktercə əlaqəsini şəhr edir.
2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.
2.2.1.Musiqi əsərlərindəki emosional obrazların yaranmasında tembrin rolunu şəhr edir.
2.2.2. Aşıq musiqisinin emosional hislərə təsirini izah edir.
2.3. Dinlədiyi musiqidən yaranan təəssüratlarını müxtəlif formada ifadə edir.
2.3.1. Dinlədiyi aşıq havaları haqqında təəssüratlarını ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Mahnını not və mətni ilə oxuyur.
3.1.1 Mahnını kanon şəklində not və mətni ilə oxuyur.
3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
3.2.1. Mahnını solo-notla birsəsli, qrup tərkibində ikisəsli oxuyur.
VIII sinif
VIII sinfin sonunda şagird:
 Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Niyazi Tağızadə, C.Cahangirov, Ə.Abbasov, C.Verdi, D.Sostakoviç, İ.Ştraus, F.Şopen, M.Qlinka, A.Borodin) və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir;
 Azərbaycan musiqi folklar nümunələrinin (mahnı, rəqs) muğam və aşıq dair bilik və bacarıqlar nümayiş etdirir;
 musiqi əsərlərinin melodiyası, ritmi və onlardan istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir;
 musiqi əsərlərini hissi emosional cəhətdən dərk etdiyini nümayiş etdirir;
 dinlədiyi musiqidən yaranan təəsüratlarını müxtəlif formada ifadə edir;
 mahnını not və mətni ilə oxuyur;
 fərdi qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1.Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir. 
1.1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, Niyazi Tağızadə, C.Cahangirov, Ə.Abbasov, C.Verdi, D.Sostakoviç, İ.Ştraus, F.Şopen, M.Qlinka, A.Borodin) və onların əsərlərlərinin oxşar və fərqli cəhətlərini izah edir.
1.1.2. Azərbaycan və dünya bəstəkarlarının eyni mövzulu əsərləri haqqında fikirlərini izah edir.
1.2.Azərbaycan musiqi folklor nümunələrinə (mahnı, rəqs), muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Azərbaycan musiqi folkloru nümunələrinin rus bəstəkarlarının yaradıcılığına təsiri barədə münasibətini bildirir.
1.2.2. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan və aşıq musiqisindən istifadəyə dair biliklərini şəhr edir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1.Musiqi əsərlərini melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir.
2.1.1. Azərbaycan bəstəkarlarının instrumental əsərlərinin bədii nümunələrlə əlaqəsini şəhr edir.
2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.
2.2.1. Azərbaycan xalq çalğı alətlərində ifa olunan musiqinin emosional hisslərə təsirini izah edir.
2.2.2. Muğam musiqisinin emosional hislərə təsirini izah edir.
2.2.3. Dinlədiyi muğamlar haqqında təəssüratlarını ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Mahnını not və mətni ilə oxuyur.
3.1.1. Mahnını birsəsli akapella (müşayiətsiz) oxuyur.
3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
3.2.1. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur.
IX sinif
IX sinifin sonunda şagird:
 Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, F.Əmirov, V.Mustafazadə, Q.Qarayev, F.Əlizadə, İ.S.Bax, R.Qliyer, C.Gerşvin, İ.Ştraus, B.Bartok, l.V.Bethoven) və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir;
 Azərbaycan musiqi folklar nümunələrinin (mahnı, rəqs) muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir;
 musiqi əsərlərinin melodiyası, ritmi və onlardan istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir;
 musiqi əsərlərini hissi emosional cəhətdən dərk etdiyini nümayiş etdirir;
 dinlədiyi musiqidən yaranan təəsüratlarını müxtəlif formada ifadə edir;
 mahnını not və mətni ilə oxuyur;
 fərdi qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt standartlar.
1. Musiqi aləmi
Şagird:
1.1.Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Ü.Hacıbəyli, F.Əmirov, V.Mustafazadə, Q.Qarayev, F.Əlizadə, İ.S.Bax, R.Qliyer, C.Gerşvin, İ.Ştraus, B.Bartok, L.V.Bethoven) və onların əsərlərləri haqqında biliklərini müqayisəli şəkildə izah edir.
1.1.2. Azərbaycan və dünya bəstəkarlarının geniş yayılmış əsərləri haqqında təqdimat edir.
1.2. Azərbaycan musiqi folklor nümunələri, mahni, rəqs, muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Azərbaycan musiqi folkloru nümunələrinin Qərbi Avropa bəstəkarlarının yaradıcılığına təsiri barədə münasibətini bildirir.
1.2.2. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan və aşıq musiqisindən istifadəyə dair kiçik təqdimatlar edir.
2. Emosional dəyərləndirmə
Şagird:
2.1. Musiqi əsərlərini melodiyası, ritmi və onlarda istifadə edilmiş bədii nümunələr haqqında fikrini nümayiş etdirir.
2.1.1. Azərbaycan və dünya bəstəkarlarının musiqili səhnə əsərlərində istifadə olunmuş bədii nümunələr haqqında təqdimat edir.
2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.
2.2.1. Simfonik orkestrdə ifa olunan musiqinin emosional təsiri haqqında fikrini izah edir.
2.2.2. Musiqi əsərlərinin emosional hisslərə təsiri ilə əlaqədar təqdimat edir.
2.3. Dinlədiyi musiqidən yaranan təəssüratlarını müxtəlif formada ifadə edir.
2.3.1. Dinlədiyi müxtəlif janrlı əsərlərdən yaranan təəssüratlarını ifadə edir.
3. Musiqi fəaliyyəti
Şagird:
3.1. Mahnını not və mətni ilə oxuyur.
3.1.1. Mahnını ikisəsli müşayiətsiz (akapella) oxuyur.
3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.
3.2.1. Mahnını birsəsli (solo) və xor tərkibində (ikisəsli) oxuyur
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar