DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Eylül 2015 Cumartesi

Kimya Kurikulumu

Vəsaiti yükləmək üçün
 şəkilin üzərinə toxun.
 Kimya 1.2. Məzmun xətləri
Kimya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunan məzmun xətləri məzmunun zəruri istiqamətləridir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır
Kimya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir:
 Maddə və maddi aləm
 Kimyəvi hadisələr
Eksperiment və modelləşdirmə
Kimya və həyat

1.4. Fəaliyyət xətləri
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.
Kimya fənninin tədrisində aşağıdakı fəaliyyət xətləri əsas götürülür.
1. Maddələrin adlandırılması
2. Təyin etmə
3. Tərtib etmə
4. Xarakterizə etmə
5. İzah etmə
6. Problemlərin həlli
7. Kimyəvi təcrübələrin yerinə yetirilməsi
8. Məsələ və çalışma həlli, kimyəvi hesablamalar
9. Ünsiyyətqurma və əlaqələndirmə
10.Təqdimetmə  
1.5. Məzmun standartları
VII sinif
VII sinfin sonunda şagird:
 maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları fərqləndirir, onların formullarına əsasən sadə hesablamalar aparır;
 sadə kimyəvi reaksiyaların əsas tiplərini, onların başvermə səbəblərini izah edir, reaksiya tənliklərinə əsasən hesablamalar aparır;
 sadə kimyəvi təcrübələr və müşahidələr aparır, molekulların modellərini hazırlayır;
 kimyəvi maddələrlə davranma qaydalarını, ekoloji təmiz mühitin saxlanmasının əhəmiyyətini izah edir;
 əsas kimyəvi anlayışlar və qanunların kəşfi sahəsində görkəmli alimlər haqqında topladığı məlumatları təqdim edir.

1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələri (bəsit, mürəkkəb, saf) , qarışıqları tərkibinə və fiziki xassələrinə görə fərqləndirir.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Atomun tərkibini, atom-molekul təlimini izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Maddələrin formuluna əsasən sadə hesablamalar aparır.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
2.1.1. Kimyəvi reaksiyalarin əlamətlərini, əsas tiplərini, baş vermə səbəblərini izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1. Sadə reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Sadə reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.
3.1.1. Sadə kimyəvi təcrübələr, müşahidələr aparır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Sadə molekulların modellərini hazırlayır.
4. Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
4.1.1. Məişətdə istifadə olunan kimyəvi maddələrlə davranma qaydalarını izah edir.. 
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Ekoloji- təmiz mühitin saxlanmasının əhəmiyyətini şərh edir.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.
4.3.1.Əsas kimyəvi anlayışlar və qanunların kəşfi sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, təqdim edir.
VIII sinif
VIII sinfin sonunda şagird:
 maddələrin quruluşunu, elektrolit məhlullarında baş verən prosesləri şərh edir, onlara aid məsələlər həll edir;
 mühüm qeyri-üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;
 mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, onların molekullarının modellərini hazırlayır;
 həllolmada və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh edir, ətraf mühiti çirkləndirən mənbələr haqqında topladığı məlumatları təqdim edir;
 kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə təsnif edir.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Atomun quruluşunu, kimyəvi rabitələri, elektrolit məhlulunda baş verən prosesləri şərh edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Atomun quruluşuna, kimyəvi rabitələrə, elektrolit məhlulunda baş verən proseslərə aid məsələlər qurur və həll edir.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir. 
2.2.2. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.
3.1.1. Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Mühüm qeyri-üzvi birləşmələrin molekullarının modellərini hazırlayır.
4. Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
4.1.1. Həllolmanın və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim edir.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.
4.3.1. Kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, referatlar hazırlayır.
IX sinif
IX sinfin sonunda şagird:
 Maddələrin (metallar, qeyri–metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır;
 metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını şərh edir, hesablamalar aparır;
 metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsinin aradan qaldırılmasına aid referatlar hazırlayır;
 metallar, qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsinin aradan qaldırılmasına aid referatlar hazırlayır;
 qeyri-üzvi kimya sahəsində görkəmli alimlər haqqında topladığı məlumatları təqdim edir.

1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələrin (metallar, qeyri–metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşunu , fiziki xassələrini şərh edir. 15

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşunun xassələrinə təsirini şərh edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid məsələlər qurur və həll edir.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
2.1.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.
2.2.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.
3.1.1. Metallar və qeyri-metallara, onların mühüm birləşmələrinə, sadə üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Metallar və qeyri-metallara, onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid kimyəvi prosesləri modelləşdirir.
4. Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
4.1.1. Metallar və qeyri-metalların, onların birləşmələrinin, sadə üzvi birləşmələrin tətbiqinə və həyatda roluna dair referatlar hazırlayır.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılm-asına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Metallar və qeyri-metalların, onların birləşmələrinin və sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsini, onun aradan qaldırılması yollarını izah edir, referatlar hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.
4.3.1. Qeyri-üzvi kimya sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, təqdimatlar edir. 
X sinif
X sinfin sonunda şagird:
 maddələrin (qeyri-üzvi, üzvi) tərkibini, quruluşunu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır;
 qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;
 qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid müşahidə və ekspermentlər aparır, kimyəvi prosesləri modelləşdirir;
 qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin (karbohidrogenlərin) tətbiqinə dair layihələr hazırlayır;
 qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin (karbohidrogenlərin) ətraf mühiti çirkləndirməsinin aradan qaldırılmasına dair layihələr hazırlayır;
 neft kimyası sahəsində görkəmli alimlər haqqında topladığı məlumatlar əsasında referatlar hazırlayır, təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar.
1. Maddə və maddi aləm Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir.
1.1.1. Maddələrin (qeyri-üzvi və üzvi) tərkibini, quruluşunu, fiziki xassələrini şərh edir, təqdimatlar hazırlayır.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Qeyri-üzvi və üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Qeyri-üzvi və üzvi birləşmələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
2.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1. Qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.
3.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə (karbohidrogenlərə) aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Karbohidrogenlərin quruluşunu və onlara aid kimyəvi prosesləri modelləşdirir.
4.Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
4.1.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) tətbiqinə dair layihələr hazırlayır, təqdimatlar edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) ətraf mühiti çirkləndirməsini və onun aradan qaldırılması yollarını izah edir, layihələr hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.
4.3.1. Neft kimyası sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır, təqdimatlar edir.
XI sinif
XI sinfin sonunda şagird:
 maddələrin (oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin) tərkibini, quruluşunu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır;
 oksigenli, azotlu üzvi birləşmələrə, polimerlərə aid reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;
 oksigenli, azotlu üzvi birləşmələrə, polimerlərə aid müşahidə və ekspermentlər aparır, kimyəvi prosesləri modelləşdirir;
 oksigenli, azotlu üzvi birləşmələrin və polimerlərin tətbiqinə dair layihələr hazırlayır;
 oksigenli, azotlu üzvi birləşmələrin, polimerlərin ətraf mühiti çirkləndirilməsinin aradan qaldırılmasına dair layihələr hazırlayır;
 oksigenli, azotlu üzvi birləşmələr və polimerlər sahəsində görkəmli alimlər haqqında referatlar hazırlayır, təqdimatlar edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Maddə və maddi aləm
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələrin (oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin) tərkibini, quruluşunu, fiziki xassələrini şərh edir, təqdimatlar hazırlayır. 
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Oksigenli, azotlu üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Oksigenli, azotlu üzvi birləşmələrin və polimerlərin tərkibinə , quruluşuna aid hesablamalar aparır, təqdimatlar edir.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
2.1.1. Oksigenli, azotlu üzvi birləşmələrə və polimerlərə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.
3.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin quruluşunu, onlara aid kimyəvi prosesləri modelləşdirir.
4. Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir
4.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin tətbiqinə dair layihələr hazırlayır, təqdimatlar edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılm-asına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin ətraf mühiti çirkləndirməsini, . onun aradan qaldırılması yollarını şərh edir, layihələr hazırlayır.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.
4.3.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlər sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır, təqdimatlar edir.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar