DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

İdarəetmənin quruluşu

                 İdarəetmənin quruluşu
Pedaqoji prosesin idarə edilməsində bütün  iştirakçılar öz ləri üçün məsuliyyət daşıyır və özündən
yüksək pillədə olanlar qarşısında hesabat verir. İdarəetmə fəaliyyəti aşağıdakı pillələr üzrə təşkil olunur:
– birinci pillə – məktəb direktoru;
– ikinci pillə – təlim-tərbiyə işləri üzrə müavinlər, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı;
– üçüncü pillə – pedaqoji kollektivin ictimai təşkilatları və kollegial idarəetmə orqanları;
– dördüncü pillə – müəllimlər, tərbiyəçilər və sinif rəhbərləri;
– beşinci pillə – müəllimlər və şagirdlər.
Xüsusilə, yuxarı sinif  şagirdləri, birgə fəaliyyət göstərən orqanlar (pedaqoji və şagird kollektivinin birgə şurası, məktəbdə keçirilən xətt, müxtəlif komissiya və şuraların işi və s. );
– altıncı pillə – şagird kollektivi, gənclər və uşaq birlikləri, şagird özünüidarə orqanları;
– yeddinci pillə – şagird kollektivin bir üzvü kimi;

Tərbiyə edənlə, tərbiyə olunanın idarəetmədə birgə fəaliyyəti məktəblinin sosial çərçivədə təcrübəsini genişləndirir, məktəbdaxili pozitiv münasibətləri formalaşdırmağa kömək edir, həlledici mərhələlərdə öz fikrini deməyə imkan verir, müəllimlərlə ittifaq yaratmağa, onların yaxın köməkçisi olmağa istiqamətləndirir. Buna görə də müəllim və şagird idarəetmə orqanlarının birgə qərarının lazımlı, obyektiv və təxirəsalınmaz olması zərurəti meydana gəlir.

Məktəbi idarəetmənin məqsədi, onun strukturuna daxil olan sahələrin işinin məzmunu ilə bağlı olub, hər bir konkret şərait üçün müəyyənləşdirilir. Bunun üçün struktura daxil olan sahələrin hər birində mövcud vəziyyəti aşkara çıxarmaq, müəyyənləşdirmək və bunların nəticələrinə əsasən işi daha da təkmilləşdirmək, yaxşılaşdırmaq, onun səmərə və keyfiyyətini yüksəltmək üçün tədbirlər hazırlamaq daha əhəmiyyətli olur. Hər bir sahə üzrə konkret məqsəd müəyyənləşdirmək tələb olunur. Məsələn, dərsin müzakirəsi müxtəlif məqsədlərlə aparıla bilər, müəllim fəaliyyətini öyrənmək, şagirdlərin bilik keyfiyyətini müəyyənləşdirmək, dərsdə seçilmiş
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar