PEDAQOJİ ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ
İŞLƏRİNƏ RƏHBƏRLİK
Məktəb rəhbərlərinin pedaqoji kollektivlə işinin, o cümlədən təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsində istifadə vasitələri
çoxdur və bunların arasında pedaqoji şura, direktoryanı müşavirə kimi rəhbərlik formaları xüsusi yer tutur. Məktəb rəhbərlərin pedaqoji şura və direktoryanı müşavirələrdə müəllimlərin təlim-tərbiyə sahəsindəki gündəlik fəaliyyətlərini müzakirə etməklə onlara konkret pedaqoji
istiqamət verməli, ən operativ məlumatları nəzərlərinə çatdırmalıdırlar. Direktoryanı müşavirələrdə müzakirə edilən məsələlər
pedaqoji şura iclaslarına çıxarılacaq problemlərin aktuallığına, obyektivliyinə
və onların nəticələrinin səmərəliliyinə zəmin yaradır. Pedaqoji kollektivin
qüvvəsini dövlətin məktəb haqqındakı qərarlarından irəli gələn vəzifələri,
habelə, yuxarı təhsil orqanlarının əmr və sərəncamlarını müvəffəqiyyətlə yerinə
yetirməyə səfərbər edən pedaqoji şuraların və direktoryanı müşavirələrin işi elə
qurulmalıdır ki, təlim-tərbiyə prosesini təkmilləşdirməklə məşğul olan müəllimlərin
fəaliyyətini düzgün istiqamətləndirsin, onların yaradıcılığını inkişaf
etdirsin, pedaqoji ustalıqlarını artırmağa yaxından köməklik göstərsin. Məktəbin
direktoru pedaqoji kollektivə rəhbərlik işini yaxşılaşdırmaq, idarəetmənin məzmununu,
forma və metodlarını elmi əsaslarla təkmilləşdirmək işinə məsuliyyətlə yanaşır.
O, nizamnamənin verdiyi səlahiyyətlərdən düzgün və məharətlə istifadə edir, təkbaşına
idarəetmə ilə kollegiallığı birləşdirməyi bacarır, pedaqoji şura ilə yanaşı
direktoryanı müşavirənin səmərəliliyinə xüsusi diqqət yetirir. Pedaqoji şuranın
müstəsna əhəmiyyətini nəzərə alır, onu məktəbin ali pedaqoji qərargahı,
pedaqodi fikrin və idarəetmənin kollegial orqanı olmalıdır. Pedaqoji şuranın
iclaslarında ayrı-ayrı fənlərin tədris vəziyyətinə dair məsələlərin müzakirəsi
ilə yanaşı, pedaqoji kollektivin illik fəaliyyətinə, şagirdlərlə aparılan tərbiyə
işinin vəziyyətinin təhlilinə, qabaqcıl təcrübənin təbliğinə və yayılmasına, müəllimlərin
peşə ustalığının artırılmasına müsbət təsir göstərən, pedaqoji fikir doğuran məsələlərin
həllinə geniş yer verilir. Direktor dərs ilinin əvvəlində məktəbin təlim-tərbiyə
işlərinin illik planını tərtib edərkən, pedaqoji şura ilə yanaşı, direktoryanı
müşavirədə müzakirə ediləcək əsas məsələləri müəyyənləşdirir. Bəzi məktəblər
illik planın tutulmasının əleyhinə çıxır və bunun üçün müxtəlif bəhanələr gətirirlər.
Halbuki, hər bir dərs ilində məktəbin nə iş görəcəyi məlum olmalıdır. Ona görə
də məktəbin ümumi planı illik tutulmalı, aylıq, rüblük iş planlarında isə nəzərə alınması mümkün
olmayan gündəlik, cari məsələlər öz əksini tapmalıdır. Planın tərtibində
direktor müavinləri və həmkarlar ittifaqı komitəsi sədri də yaxından iştirak edirlər.
Beləliklə, məsələ kollegial müzakirə olunduqda paralelizmə yer qalmır, məktəb
kollektivi il ərzində direktoryanı müşavirələrin hansı məsələləri müzakirə edəcəyini
qabaqcadan bilir, nəticədə direktoryanı müşavirələrin yüksək səviyyədə keçirilməsi
təmin olunur. Direktoryanı
müşavirə bir qayda olaraq ayda 2 -3 dəfə keçirilir. Bu zaman iki formadan
istifadə edilir. Birincisi,
sırf inzibati müşavirələrdir.
Belə müşavirələrdə direktorun müavinləri, həmkarlar ittifaqı komitəsinin sədri
və şagird birliyinin işinə rəhbərlik edən müəllim edirlər. Burada əvvəlki həftə
ərzində məktəb rəhbərlərindən hər birinə tapşırılmış vəzifələrin necə
yerinə yetirildiyi haqda məlumat dinlənilir, sonra isə qarşıdakı
həftədə görüləcək işlər müəyyənləşdirilir. İkinci
növ direktoryanı müşavirədə məktəb rəhbərləri və ictimai təşkilatların nümayəndələri
ilə yanaşı, kollektivin digər üzvləri də iştirak edirlər. Burada ayrı-ayrı konkret məsələlər müzakirə edilir. Dərs
ilinin əvvəlində direktoryanı müşavirəyə bir nəfər katib seçilir
və dərs ilinin sonuna kimi o, kargüzarlıq işini aparır.
Direktoryanı
müşavirələrin hər birində 2-3 məsələyə aid hesabat və ya məlumat dinlənilir. Hər
bir hesabat və ya məlumat 8-12 dəqiqə, təklif və çıxışlar 2-3 dəqiqə vaxt sərf
edilir. Müşavirənin müddəti 30 dəqiqədən bir saata qədər olur. Müşavirə
protokol kitabında sənədləşdirilir. Burada müşavirənin keçirildiyi tarix,
müzakirə edilən məsələlər, iştirak edənlər haqqında məlumat və onların təklif və
çıxışları qısaca qeyd edilir. Direktoryanı müşavirənin göstəriş və təklifləri
yazılır. Verilmiş tapşırıqlar aydın, konkret olur. Direktoryanı müşavirəyə həmişə
eyni adamlar dəvət edilmir. Direktor müzakirə olunacaq məsələnin xarakterindən
asılı olaraq hər iclasa kimlərin dəvət ediləcəyini qabaqcadan müəyyənləşdirir,
direktoryanı müşavirənin çağırılma vaxtını bildirir.
ƏLA
YanıtlaSilƏLA
YanıtlaSil