DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Eylül 2015 Cumartesi

Direktorlara vacib olan kompetensiyalar

Direktorlar nəyi bilməlidirlər?  
Nəyi bacarmalıdırlar? 
Direktorlara vacib olan kompetensiyalar. 
  • Müəllimlərin səriştəsinin artırılması üzrə ehtiyaclarını müəyyənləşdirir (kurslardan müəllimlərin keçməsi);
  • Şəxsiyyətlərarası münasibətləri demokratik, obyektiv olaraq qurur;
  • Fəaliyyətləri ehtiyaclara uyğun planlaşdırır;
  • Qarşıya çıxan problemləri çevik və səmərəli həll edir;
  • Qanun, qayda və təlimatları yaradıcı tətbiq edir;
  • Texniki resurslarla məktəbin təminatı məsələsini həll edir
  • Təlim prosesini nəzarətdə saxlamağı bacarır;
  • Müəllimlərin fəal təlim tətbiqini təmin edir;
  • Təhsildə gedən islahatlara çevik uyğunlaşmasını təmin edir;
  • Kadr təminatını və dərs bölgüsünü demokratik və ədalətli prinsiplərlə həll edir;
  • Şagirdlərin təlim nəticələrinə nəzarət edir;
  • Müəllim və şagirdləri stimullaşdırır;
  • Təhsil islahatında olan bütün məsələləri qəbul edir, onların əhəmiyyətini qiymətləndirir və onların tətbiqi üçün şərait yaradır;
  • Valideynləri təhsildəki yeniliklərlə tanış edir və məktəb işinə cəlb edir;
  • Məktəbdə monitorinq sistemi yaradır və təkmilləşdirir;
  • Dərsliklərə verən tələbləri bilir və yeni dərslikləri təhlil etməyi bacarır;
  • Şagirdlərin müsabiqə və olimpiadalarda iştirakını dəstəkləyir;
  • Müəllim və şagirdləri beynəlxalq müsabiqələrdə iştirakını təşkil edir;
  • İstedad bankını yaradır;
  • Digər məktəblərlə əlaqələr yaradır, fikir, təcrübə mübadiləsi aparır;
  • Məktəbdaxili müəllimlər üçün daima davamlı treninqlər təşkil edir;
  • Şagirdlərin özünüidarəetmə orqanları təşkil edir;
  • Müəllimlərin ictimai işlərə cəlb edir;
  • Metodbirləşmələrin işində islahatlarla bağlı məsələlərin əks olunmasını təmin edir.       


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar