Dərsdən yayınan uşaqlar və onların təhsilə cəlb
olunması
1. Valideynlər və uşaqlar arasında maarifləndirmə işi
aparmaq.
2. Yerli icra nümayəndələri ilə birgə iş.
3. Rəhbərlik tərəfindən həmin ailələrə fərdi yanaşma.
4. Həmin şagirdləri məktəbin ictimai işlərinə cəlb
etməklə.
5. Qüsurlu uşaqlara sağlam uşaqları təhkim etməklə (həmin
uşaqlar özlərini tək hiss etməsin deyə).
6. Qüsurlu uşaqlara fərdi qayğı göstərməklə.
7. Məktəbdaxili müxtəlif yarışlarda onları cəlb edib,
bilərəkdən stimullaşdırmaqla.
9. İncik düşən şagirdlərin səbəbini araşdırıb hər
birinə fərdi yanaşmaqla.
10. Şagirdlər arasında ayrı-seçkiliyə
yol verməmək.
11. Şagirdlərin biliklərinin düzgün
qiymətləndirilməsinə nəzarət etmək yolu ilə.
12. Baş verən hadisəni kollektiv
təhlil etmə yolu ilə.
13. Fərdi əməyə cəlb edənləri
xəbərdarlıq edib, effekt verməzsə inzibati qaydada cəzalandırmaqla.
14. Uşağın məktəbə maraq və inamını
artırmaq.
15. Hüquq-mühafizə orqanları ilə əlaqəli iş
16. Məktəb psixoloqunun fəaliyyəti
17. Azyaşlılar Komissiyası ilə əlaqəli iş.
18. Nəqliyyat vasitələri ilə təmin etmək.
19. VMA-nın aktiv üzvlərinin maddi ehtiyacı
olanlara köməyə cəlb edilməsi: a) axtarıb tapılması
20. b) Uşağın təhsilə cəlb edilməsinin
valideynə başa salınması
21. Yerli icra orqanları ilə birgə işin
qurulması, internat və xüsusi tipli məktəblərlə əlaqə yaradılması.
22. Axşam və qiyabi məktəblərin
funksiyalarının bərpa edilməsi.
23. Xüsusi orqanların köməyi ilə valideyn
məsuliyyətini artırmaq, cəza tədbiri görülməsinə qədər.
24. Cəmiyyətdə maarifləndirmə işini
genişləndirmək
25. Vəzifəli şəxslərin bu hərəkətinə qarşı
yuxarı orqanlara müraciət edilməsi.
26. Qaçqın və köçkünlərin məskunlaşdığı
ərazilərdən şagirdləri məktəbə yerləşdirmək.
27. Təkrar sinifdə qalan şagirdlərə yaxşı
oxuyan şagirdlərin və müəllimlərin himayədarlığını təşkil etmək
28. Hüquqlarını bilmələri haqqında
maarifləndirmə işlərini aparmaq.
29. Fiziki qüsuru olan uşaqlarların vaxtında
aşkarlanması və onlarla ardıcıl psixoloji işin aparılması.
30. Gender problemlərinin həlli üçün aparılan
maarifləndirmə işləri.
31. Beynəmiləlçilik və tolerantlığın təbliği və təmin
edilməsi.
32. Şovinizm xüsusiyyətlərini (hallarını) vaxtında
aşkarlamaq və bu cür hallarla mübarizə aparmaq.
33. Dini fanatizmlə mübarizə aparmaq və dinlərarası
tolerantlığı təmin etmək.
34. Maddi durumu zəif olan şagirdləri aşkar etmək və
onlara lazımı kömək göstərmək.
35. Bu tip uşaqlara xüsusi tapşırıqlar vermək, onlara
etibar etmək, onları ictimai işlərə cəlb etmək.
36. Region, yerlibazlığa (əgər rast
gəlinərsə) sinif təşkilat saatlarında müxtəlif səpgili söhbətlərin aparılması,
nöqsanların tez bir zamanda aradan qaldırılması.
37.Yaxşı oxuyan uşaqlar (istedadlı)
a)onlar
arasında dostluq və yoldaşlıq münasibətlərini inkişaf etdirmək, özünə inam
hissini inkişaf etdirmək.
b) fiziki və
əqli qüsuru olan uşaqlar arasında bərabərlilik prinsipi aşılamaq, uşaqlara başa
salmaq lazımdır ki, onlara ehtiyatla davransınlar, sinif daxilində izahat
işləri aparmaq, onlara psixoloji yardım göstərmək.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.