Diskriminasiyanın
həlli yolları
- a)
Yerli icra strukturlarının maddı durumu aşağı olan ailələrə köməyə cəlb
edilməsi.
- b) İş
adamlarının məktəbə köməyindən istifadə edərək imkansız ailələrdən olan
uşaqlara təqaüdlərin ayırılması.
- Maarifləndirmə
və himayədarlıq, psixoloji yanaşma.
- Fiziki
qüsurlu uşaqlara tibbi yardımın təşkili.
- Məktəbdə
tolerantlığın təbliği.
- Uşaqların
hüquqlarının və vəzifələrinin müntəzəm olaraq onlara başa salınması.
- Nitqi
qüsurlu olan uşaqların icmanın köməyilə tibbi və psixoloji yardım
göstərilməsinə şəraitin yaradılması.
- Səriştəsiz
müəllimlərə öz vəzifə borclarını yerinə yetirməkdə psixoloji və metodiki
yardımın göstərilməsi.
- İstedadlı
uşaqların məruz qaldıqları vəziyyətin aradan qaldırılması.
- Qiymətləndirmədə
diskriminasiyanın aradan qaldırılması üçün pedaqoji kollektivin, VMA-nın
nəzarəti.
- Uşaqların
istismarının qarşısını almaq üçün öz müəllimlərin istismara qarşı olan
hərəkətlərini cəzalandırmaq, həmçinin düzgün istiqamətə yönəltmək, şəxsi
münasibətləri kənara qoymaq.
- Məktəb
psixoloqunun öz işinə məsuliyyətlə yanaşması, anket sorğularının
aparılması. Psixoloqların şagirdlərə fərdi yanaşması üçün şəraitin,
ailələrlə sıx əlaqənin yaradılması, onların layihələdə işini, digər
məktəblərlə təcrübə mübadiləsini genişləndirmək.
- Məktəb-qəyyumluq
şöbəsi-sahə müvəkkili (uşaq inspektoru) VMA-nın uğursuz ailələrlə apardığı
iş.
- Şagird
özünüidarəetmənin işini inkişaf etdirmək.
- Evdə
təhsilə cəlb etmək. Əgər qısa müddətlidirsə, məktəb rəhbərliyi tərəfindən
yaradılmış qrupun işinin təşkili.
- Psixoloji
təzyiqlərə məruz qalan şagirdlərin kim tərəfindən qalmasının səbəblərinin
araşdırılması.
- a)Həmin
şagirdlərlə məktəb rəhbərliyi və məktəb psixoloqunun fərdi söhbəti.
- b)Valideyn
fikrinin öyrənilməsi, onda olan inamsızlığın aradan qaldırılması yolları
və şagird şəxsiyyətinə hörmət.
- Sinifdənxaric
tədbirlərin genişləndirilməsi, sinif rəhbərinin işi, məktəb-valideyn
münasibətləri, şagirdin diqqətdən yayınmaması.
- Məktəbdə
birgə iş üsulu (Məktəb-şagird-valideyn-müəllim münasibəti)
- Şagirdlərin
sosial statusa görə diskriminasiyasını aradan qaldırmaq üçün vahid
məktəbli formasının olması, dövlət tərəfindən dərsliklərlə təminatı.
- Maarifləndirmə
və ekskursiyalarla region fərqini aradan qaldırmaq.
- Şagirdə
obyektiv yanaşmağı öyrətmək.Sinif təşkilat saatlarında, tarix və HBƏT
dərslərində, valideyn iclaslarında izahat işi aparmaq.
- Müəllimlərin
yüksək professionallığı, milli ruhu, şagirdə məhəbbəti, müəllimin əməyinin
düzgün qiymətləndirilməsi.
- Şagirdləri humanist ruhlu böyütmək, tolerantlığı inkişaf etdirmək, onlara bərabərhüquqlu fəal insan kimi yanaşmaq, onları eyni dərəcədə intizama dəvət etmək və qiymətləndirmək.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.