Biz Hər zaman sizinləyik!
Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
Tədqiqat sualı konkret və lakonik olmalıdır. Tədqiqat sualı dəqiq və dərsin məqsədinə uyğun olmalıdır. Dəsrin məqsdəini kənarda qoyaraq, mövzunun müəyyən bir abzasını əhatə edən sual qoyulmalı deyil. Tədqiqat sualı bütünlüklə mövzunu və mövzumuza xidmət edən məqsədləri özündə əks etdirməlidir. Tədqiqat sualı şagirdləri tədqiqata sövq etməlidir. Tədqiqat sualı şagirdləri araşdırmaya sövq etməklə yanaşı, idrak fəallığını artırmalıdır. Tədqiqat sualı qoyularkən müəllim nəzərə almalıdır ki, bu sual istiqamətverici sualdır. Şagird bu istiqamətverici sual əsasında araşdırmanı aparır. Müəllim tərəfindən tədqiqat sualına xidmət edən tapşırıqlar tərtib edir və onu şagirdlərə təqdim edir. Bu tapşırıqlar hazırlanarkən tədqiqat sualınadan parçalanaraq tərtib edilir.
Bu tapşırıqlar isə öz növbəsində təfəkkürə xidmət edən tapşırıqlar olmalıdır.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.