DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

4 Aralık 2015 Cuma

Təhsildə İnnovasiyalar


Kurikulum- elə bir konseptual sənəddir ki, təlim- tərbiyə əsasını əhatə edən mühüm sənədləri özündə birləşdirir. Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumunu konseptual xarakterli çərçivə sənədi olub, ümumi təhsil üxrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində təyin olunan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını , təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq üzrə əsas prinsipləri, fənn kurikumlarının strukturunu əhatə edir.
Addım-Addım- Addım- Addım körpə yaşından on yaşına qədər olan uşaqlar üçün hərtərəfli təhsil islahatı proqramıdır; o, uşağa yönələn və fərdi təlim metodlarını özündə ehtiva edir, eləcə də məktəbəqədər və ibtidai məktəblərə icma və ailənin cəlb olunmasına şərait yaradır. Təhsil proqramı yeni nəslin demokratik üslubuna keçirilməsi ilə əlaqədar qarşıya çıxan çətinlikləri aradan qaldırmağa xidmət edir.
Debat üsulu- Debatlar fransız dilində “ debats”- hansıca iclasda, yığıncaqda fikir mübadiləsi) müəyyən bir problemə aid mübahisədir, bir-birinə əks nöqteyi- nəzərlərin toqquşması, tərəflərin öz mövqeyini dəlillərlə müdafiə etməsidir. Debatlar hadisələrə müxtəlif nöqteyi-nəzərdən baxmağa, faktları və ideyaları şübhə altına almağa və inandırmağa öyrədir. Ddebatların əsasını arqumentlər- dəlillər təşkil edir.
Fəal /interaktiv təlim-İdrak fəalliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur. Bu zaman uşaqlar təlim prosesinin tamhüquqlu iştirakçıları olurlar və bilirlər ki, onların fəal axtarış və kəşfləri zamanı bilikləri mənimsəyirlər. Müəllim bu zaman uşaq tərəfindən biliklərin əldə
edilməsi yolunda bələdçi rolunu yerinə yetirir, uşaqlar isə tədqiqatçı olurlar.
İnklüziv təhsil-xüsusi qayğıya ehtiyacı olan uşaqlar ümumtəhsil sistemində, yerli icmalarda
lazimi və xüsusi dəstək xidmətləri göstərməklə öz yaşıdları ilə birlikdə inkişaf etsinlər, oynasınlar və təhsil alsınlar.
Virtual məktəb- Virtual təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və komputer şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında uzaq məsafədən
Həyata keçirən texnlogiyadır. Virtual təhsilin əsas elementi Virtual təlimdir.Virtual təlim (elektron, distant) informasiya təhsil fəzasında tələblərə məkan və zamandan asılı olmayaraq, İKT vasitələrinin tətbiqi ilə öz biliklərini fasiləsiz artırmağa imkan verir.
Valdorf məktəbi- Hər bir uşağın xüsusiyyətlərini nəzərə almağı, uşağın fərdi düşüncələrini, xarakterini, yaddaş və s öyrənməyi, qəbul etməyi, bunu təlim prosesində həyata keçirməyi təklif
edir.
Tənqidi təfəkkür- Tənqidi təfəkkür ideya və istinadları yaradıcı surətdə inteqrasiya edən, təsəvvür və informasiyanı beyində yenidən yaradan mürəkkəb prosesdir. Bu, bir çox səviyyələrdə eyni zamanda baş verən aktiv və interaktiv qavrama prosesidir.Tənqidi təfəkkür mürəkkəb fikir qabiliyyətidir.
Dayaq məntəqələri- Pedaqoji kadrların ixtisasının artırılması təkcə kurslar vasitəsilə deyil, digər təkmilləşdirmə yolu ilə də həyata keçirilməlidir. Bu yollardan biri və ən başlıcası dayaq məntəqələri vasitəsilə aparılan işdir. Dayaq məntəqələri müəllimin bu və ya digər pedaqoji, psixoloji, metodiki məsələlər üzrə bilik səviyyəsini artırır, gündəlik praktik tələbat və ehtiyaclarını ödəyir, onlara təlim-tərbiyə sahəsinə dair yeni informasiyalar ötürür. Məhz dayaq məntəqəsində müəllimə aydın olur ki, o, ixtisasartırma kursunda hansı məsələləri öyrənməlidir.
Burada müvafiq alternativ kurs proqramını seçə bilmək imkanı qazanır. Bu baxımdan ixtisasartırmanın başlanğıc nöqtəsi dayaq məntəqələridir. Bu əsasda fərdi tərbiyə metod və formalarını təcrübədən keçirməyi, uşağın fiziki fəaliyyəti onun emosiyaları və düşüncələri ilə vəhdətdə götürülür-beyin, ürək, əllər.
Müəllimlərin dərs/kliniki müşahidəsi- Kliniki- “ klinika ilə bağlı” məna ilə yanaşı “ birbaşa müşahidə” diqqəti yalnız dərsin müşahidəsinə , sinif daxilində baş verən hadisələrin təhlilinə, müəllim və şagirdlərin sinifdaxili davranışlarına yönəltmək, müəllimlərin tədris fəaliyyətini təkmilləşdirmək məqsədini güdür.
Elektron kitabxana- infokommunikasiya texnologiyalarının tətbiqi nəticəsində məlumat bankı, eləcə də saytı olan, bütün istifadəçilərə ( müəllim, şagird, valideyn) interaktiv şəkildə onlayn rejimdə əlaqə imkanı verən elektron dərsliklər və digər texniki vasitələrlə, həmçinin internet və daxili şəbəkə ilə təchiz olunmuş müasir tipli təhsil infrastrukturudur.
Tədris portfoliosu- Şagird nailiyyətlərinin keyfiyyətcə qiymətləndirmə üsullarından biridir. Bu şagirdin müəyyən mövzunun, bölmənin öyrənilməsi prosesində xüsusi tapşırıqların, fərdi işlərinin, onun şəxsi yaradıcılığının nəticəsi olaraq toplanan qovluqdur. Qovluq müəllim tərəfindən yoxlanılır, bu onun formativ və summativ qiymətlərinə təsir edir.
Qeyd: Formativ qiymətləndirmə- şagirdin cari nailiyyətlərinin qiymətləndirmə formasıdır və dəyişkəndir.
Summativ qiymətləndirmə- şagird nailiyyətlərinin tədris ilini müəyyən dövrü ( rüb, yekun)
qiymətləndirilməsini nəzərdə tutan qiymətləndirmə üsuludur.
Menecerlərin hazırlanması- Təhsil sistemində pedaqoji kadrları rəhbər vəzifəyə irəli çəkmək istiqamətində mərkəzləşmiş idarəetmə olan təcrübə və ənənələr artıq günün tələblərinə cavab vermir. Qabaqcıl müəllim olmaq rəhbər vəzifəyə irəli çəkilmək üçün kifayət etmir. Azərbaycan Respublikasında təhsil menecerləri hazırlığının konsepsiyası aşağıdakı menecer hazırlığını əhatə edir: R(Ş)TŞ müdirləri. Metokabinet müdirləri R(Ş)TŞ məsləhətçiləri. Təhsil müəssisələrinin
(ali təhsil müəssisələri istisna olmaqla) rəhbərləri və onların müavinləri. Azərbaycan Respublikasında təhsil menecerlərinin hazırlanması konsepsiyasının tətbiqi barədə təhsil nazirinin 11. 06.2004-cü il tarixli, 525 N-li əmri;
Həyati bacarılara əsaslanan təhsil – Bu, fakultativ kurs olub. Vəzifəsi gənclərdə öz həyatı üçün məsuliyyət hissini formalaşdırmaq, sağlam həyat tərzini düşünülmüş şəkildə seçmək, riskli hərəkətləri mümkün davranış strategiyalarının formalaşdırmaqdır.
Həyat bilgisi fənni- dünyaya, ictimai və şəxsi həyat hadisələrinə, ümumiləşdirilmiş, inteqrallanmış, sintezləşdirilmiş, ümumtəhsil məktəblərinin I-IX sinflərində öyrənilməsi
nəzərdə tutulub. 4 məzmun xəttini əhatə edir.
De-İnstitutlaşma- proqramı uşaqların dövlət müəssisələrində deyil, bioloji və yaxud digər alternativ ailələrdə daha qayğıkeş mühitdə yaşaması deməkdir. Məqsədi – aztəminatlı və çətin şəraitdə yaşayan ailələrə vaxtında göstərilmiş ünvanlı yardımın vasitəsilə uşaqların ailələrə qaytarılması və həmin müəssisələrdə onların sayının azadılmasına nail olmaqdır.
Beynəlxalq hüququn tədrisi- Beynəlxalq Humanitar Hüquq anlayışı beynəlxalq ümumi hüququn 1 qoludur. Beynəlxalq və qeyri-beynəlxalq silahlı münaqişələr zamanı tətbiq olunur. Münaqişə tərəflərinin müharibə aparılması üsul və vasitələrini istifəsi adə etmək seçimini məhdudlaşdırır və münaqişənin təsir etdiyi və ya edə biləcəyi şəxsləri və əmlakı müdafiə edir.
Yeni qiymətləndirmə modelləri- Təhsil prosesi zamanı obyektiv, etibarlı vasitələrdən istifadə etməklə, təhsilin keyfiyyət və nəticələrinin təhsil və ümumiləşdirilməsi ilə şagird bilik, bacarıq və vərdişlərinin və yaxud bir sözlə fikririnizi ifadə etmiş şagird nailiyyətlərinin qiymətləndrilməsi ilə bağlı məlumatların toplanması prosesi qiymətləndirmədir.
İnteraktiv təlim- İnteraktiv öyrənmə şagirdlərin ətraf mühitin müəyyən aspektlərini müxtəlif fənlərə aid olan biliklər vasitəsi ilə geniş araşdırmasıdır. O, təhsilin elə formada təşkilidir ki, fənlərin bir-biri ilə əlaqəsi təmin olunur və kurikulumun müxtəlif aspektlərini əlaqəli şəkildə birləşdirərək daha geniş araşdırma sahələrinə diqqət yetirilir.
Distant təhsil- Sinif otağının və ya müəllimlərin bilavasitə dərs təqdim etdiyi yerlərdən kənarda təhsil almalıdır. Distant öyrənmə zamanı tədris materialları və təlim təcrübələrini şagirdlərə çatdırmaq üçün texnologiyanın müxtəlif formalarından, xüsusilə, televiziya və kompüterlərdən istifadə edilir. Distant təhsil- təhsil müəssisələrindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir.
Konstruktiv öyrənmə modeli- Öz mahiyyətinə görə konstruktivizm bilik və öyrənmə haqqında elə nəzəriyyə qrupuna aiddir ki, onun həlledici prinsipini biliyin, yeni ideyaların əvvəlki biliklə sintezinin əsasında yaradılması təşkil edir. Bu, o deməkdir ki, bilik passiv şəkildə əldə edilmir, o, insanın həyat təcrübəsi əsasında yaranır. Bu, insanların necə öyrənməsi haqqında tədqiqata əsaslanan təlim yanaşmasıdır.
Müəllim portfoliosu- Müəllimin nailiyyətlərini və qabiliyyətlərini nümayiş etdirmək məqsədi ilə toplanmış eksponatlar, məqsədlər və sənədlər toplusudur. Müəllim portfoliosu şagird potfoliosu kimi qiymətləndirmə məqsədi üçün istifadə oluna bilər.


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar