DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

2 Aralık 2015 Çarşamba

Kooperativ tədris nədir?

Kooperativ tədris nədir?
Kooperativ tədris hər hansı bir fənnin fəsillərini öyrənmək və tətbiq etmək, eləcə də ümumi tədris məqsədlərinə çatmaq üçün şagirdlərin qarşılıqlı ünsiyyət qurmasına yönələn tədris öyrənmə üsuludur.
Kooperativ tədris kiçik qruplarda aparılan tədris texnologiyasıdır : hər şagird öz tapşırığı üzərində işləyir, qrupda müzakirələr davam edir və sonda ümumi nəticə bütün sinfə təqdim olunur.
Kooperativ tədris fənnin aaydın və bərabər şəkildə başa düşülməsi, eləcə də dərsin məqsədinə çatmaq üçün kiçik qruplar halında fəaliyyət göstərən bir tədris strategiyasıdır. Həmin qruplar müxtəlif bilik səviyyəsinə malik olan şagirdlərdən ibarətdir (adətən 4 nəfər) Kooperativ tədris zamanı şagirdlər cüt şəkildə, eləcə də bütün siniflə də işləyirlər. Komandanın hər bir üzvünün öyrənməsi ilə yanaşı, digər komanda üzvləri dərsin öyrənilməsinə və qavramasına kömək edir və bununla da sinifdə yüksək nailiyyət əldə etmək üçün mühit formalaşır. Şagirdlər, qrupun bütün üzvləri tapşırığı tam anlayıb bitirənədək onun ətrafında çalışırlar.
Kooperativ tədrisin 5 mərhələsi
Giriş- Müəllim təqdim edilən tapşırıq üzərində dərsi qurur
Araşdırma- Şagirdlər ilkin məlumatı, fikirləri araşdırırlar
Transformasiya- Şagirdlər məlumat haqqında bütün fikirləri toplayırlar
Təqdimat-Şagirdlər topladığı məlumatı digər şagirdlərlə bölüşürlər
Refleksiya- Şagirdlər öyrəndiklərini, öyrənmə yollarının güclü, zəif tərəflərini təhlil edirlər.

Kooperativ tədris nə verir?
Bilik- Şagirdləri tədris prosesində aktivləşdirir, şagirdlərin hərəkətlərinə təkan verir,şagirdlərin qavramalarını asanlaşdırır.
Bacarıq- Tənqidi təfəkkürü inkişaf etdirir,social bacarıqları inkişaf etdirir,şifahi ünsiyyət, dinləmə bacarığını inkişaf etdirməyə dəstək olur.
Münasibət- Şagirdin özünə inam, özünə güvənmək hissini dəstəkləyir, şagirdin dərsə həvəsini və məmnunluğunu artırır.
Kooperativ tədris- Qrup işi( fərqləri)

Qruplaşma
Kooperativ tədris
Diqqət fərdin nailiyyətinə yönəlir
Diqqət qrupun nailiyyətinə yönəlir
Bir-biri ilə tapşırığı müzakirə etmək öhdəliyi yoxdur
Qrup üzvləri bir birinə kömək edir, dəstəkləyir, həvəsləndirir
Social bacarıqlar təhmin olunur və ya nəzərə alınır
Komandada işləmək bacarığı vurğulanır
Əksər vaxtı bir nəfərsükanı” ələ alır və bütün işi özü görür
Liderlik bacarığı qrup üzvləri arasında bölünür
Qrupun fəaliyyəti, tapşırığın necə həll olunması, işin keyfiyyəti barədə heç bir refleksiyazünü-qiymətləndirmə) aparılmır.
Şagirdlər qrupun tapşırıq üzərində necə işləməsini, eləcə də növbəti fəaliyyətdə birgə işin təkmilləşməsini təhlil edirlər

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar