DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

21 Ekim 2015 Çarşamba

Müəllimin şərhi

Müəllimin şərhi
Müəllim şərhinin bir biri ilə məntiqi bağlı olan sualları ardıcıl sürətdə irəli sürüb həll etmək, yəni mühakiməli şərh üsulu ilə, təşkil etdikdə şagirdlərin fikrini öz araxsınca aparıcı, onları fəal zehni işə cəlb edir. Şərhin növlərindən biri də problemli şərh metodudur. İdraki məsələnin irəli sürülüb şərhin gedişində onun şagirdlərin özləri tərəfindən həll edilməsi nəzərdə tutulan problem şərh tarix səhnəsində şagirdlər üçün yeni olan biliklərə yiyələnməyin ən təsirli üsullarından biridir. Problem şərhinin özündə həm prolem qoyulur , həm də onun həlli üçün material verilir. Lakin məsələnin hazır həlli olmur. Problem şərhin zəruri əlaməti  odur ki , şagirdlər problem vəziyyəti və buradan irəli gələn idarki məsələni dərk etsinlər. Idraki məsləni irəli sürən, problem şərhi tarix dərsində dinləmə prosesində şagirdlərin müstəqil zehni işini fəallaşdırmaq və təşkil etməyin yüksək formalarından biri olmaqla bərabər özünün xüsusi hədləri və tətbiqedilmə şərtləri də vardır.
 Problem idraki  tapşırıq şərh edilən materialın nisbətən kiçik hissəsini əhatə edirsə, problemli şərh məqsədə uyğun deyildir. Müəllimin şərhinin idraki tərbiyəvi məzmunu və əhəmiyyəti xüsusilə belə bir dərsdə heç də faktik material ilə qurtarmır. Müəllim nağılı faktik cəhətlərdən başqa özünün emosiya və mənəvi məzmunu ilə də şagirdə təsir edir, bunları isə heç bir məntiqi və problem tapşırıqlar əhatə edə bilməz. Problemli şərhin tətbiqini daha mühüm bir vəzifəsini məhdudlaşdırır bu da tarixi təzahürlərn mürəkkəbliyi və məktəb tarixi kursu çərçivəsində öyərdilən tarixi faktların müxtəlif cəhətlərini və çoxlu əlaqələrini açıb göstərməyin mümkün olmamamasıdır.
Tarix müəlliminin sərəncamında problemlı şərhdən başqa , dinləmə prosesində şagirdlərin zehni fəaliyyətini yüksəltmək və təfəkkür işini təşkil etmək üçün başqa yollar da vardır. Dinləmə prosesində şagirdlərin fəal əqli işinin formalarından biri müəllinin şərh etdiyi materialın qeydlərini aparmaqdadır. Vaxt getdikcə dərslərdə aparılan bu qeydlərin məzmunu daha da zənginləşir. Planın tərtibi və müstəqil qeydlər aparılması şərh edilən materialın dərk olunması üsulundan biridir. Tarix müəllimi öz gündəlik işində şərhin müxtəlif metodlarını nağıletmə, təsvir, xarakteristika metodlarını düzgün və bacarıqla tətbiq etmək üzərində düşünməklə bərabər, eyni zamanda bu metodlara yiyələnməkdə şagirdlərə kömək etmək, onları tarixi hadisələr haqqında danışmağa öyrətmək, tarixi hadisələri təsvir etməyi, xarakteristika verməyi, tarixi faktları təhlil etməyi və nəticələri əsaslandırmağı , onlara öyrətmək qayığısına da qalır. Hər bir təlim metodikasında bu və ya başqa bir fəaliyyəti , əməliyyatı öyrədənin göstərməsi və öyrənənin bu göstərişi təkrar etməsi çox mühüm yer tutur.


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar