ADPU,
magistr
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan
istifadənin imkanları və yolları
Elmi rəhbər: M.M.Əmrahov, tarix elmləri
doktoru, professor
Açar sözlər: interaktiv təlim, bədii
ədəbiyyat, mətnlə iş, şifahi şərh
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyat
materiallarından istifadə mühüm əhəmiyyət kəsb
edir. Bunun üçün mövzular və bədii ədəbiyyat nümunələri dəqiq seçilməli, seçilən
bədii ədəbiyyat nümünələri şagirdlərin bilik və yaş səviyyəsinə uyğun olmalıdır.
Odur ki, Azərbaycan Respublikasının ümümtəhsil məktəblərində
Azərbaycan tarixinin tədrisində siniflər üzrə
mövzuların və istifadə ediləcək bədii ədəbiyyat nümunələrinin təxmini
siyahısını aşağıdakı cədvəldəki kimi təklif
edirik.
Sinif
|
Mövzular
|
Ədəbyyat
|
Qeyd
|
VI
|
Girdiman
dövləti
|
S.Nəfəsi.
Babək; Ə.Məm mədxanlı, Babək
|
|
VII
|
Azərbaycan
xilafətin tərkibində
|
H.Mehdi.
Cavanşir
|
|
VII
|
Azərbaycan
VII-IX əsrlərdə
|
«Kitabi
Dədə Qoqud» dastanı
|
|
VII
|
XII-XV
əsrlərdə Azərbaycan döv ləti
|
M.S.Ordubadi.
Qılınc və qələm
|
|
VII
|
X-XII
əsrlərdə Azərbaycan mədəniyyəti
|
Q.Təbrizi.
Məhsəti Gən cəvi. Fələki Şirvani. Ə.Xa qani. N.Gəncəvi
|
|
VIII
|
Azərbaycanda
monqol işğalı
|
V.Yan.
Çingiz xan. Yenə onun, Batı xan. Yenə onun, Sonuncu dənizə doğru
|
|
VIII
|
Azərbaycan Hulakülər
imperi yası tərkibində
|
İ.Hüseynov.
Məşhər
|
|
VIII
|
XIII-XIV
əsrlərdə Azərbaycan mədəniyyəti
|
Nəsirəddin
Tusi, İzzəddin Həsənoğlu və s.
|
|
VIII
|
Teymur və Toxtamışın Azərbay
cana hücumu
|
S.Borodin. Səmərqəndin
ulduzları. H.Cavid. Topal Teymur. Yenə onun, Peyğəmbər
|
|
VIII
|
XIV-XV
əsrlərdə Azərbaycan mədəniyyəti
|
Q.İmamverdiyev.
Nəsimi
|
|
VIII
|
Mərkəzləşmiş
Azərbaycan Səfə vi dövlətinin yaranması
|
Şah
ismayıl Xətai. Seçil miş əsərləri; K.Kərim zadə. Çaldıran döyüşü. Yenə onun,
Xudafərin kör püsü. Ə. Nicat. Qızılbaş lar. Ə.Cəfərzadə. Bakı-1501
|
|
IX
|
Rus
- İran müharibələri 1804 -1812; 1826-1828
|
B.Vahabzadə.
Gülüstan poeması; Ə.Haqverdiyev. Ağa Məhəmməd şah Qa car; N.Nərimanov. Nadir
şah; Y.V.Çəmənzəminli. Qan içində;
|
|
X
|
Azərbaycanda rus müstəmləkə çiliyinə qarşı mübarizə
|
S.Rüstəm.
«Qaçaq Nəbi» dastanı; C.Bərgüşad. Boz atın belində; Eloğlu S. Zəngəzur hadisələri;
|
|
XI
|
Azərbaycan
II Dünya mühari bəsi illərində
|
M.Rahim.
Leninqrad göy lərində; S.Rüstəm. Ana və poçtalyon, Əbülhə sən. General;
S.Vurğun, R.Rza, Ə.Cəmil və b. əsərləri
|
Azərbaycan
tarixinin tədrisində bədii ədəbiyyatdan istifadə zamanı bədii materialın seçilməsində
aşağıdakı prinsiplərin gözlənilməsini məqsədə uyğun hesab edirik.
1)Tarixi
roman, poema, şeirlər;
2)Tarixi
mənbələrə istinad edilərək işlənən tarixi ədəbiyyatlar;
3)Şair
və yazıçı tərəfindən konkret tarixi hadisə və faktlara əsaslanıb hazırlanmış əsərlər;
4) Folklor və şifahi xalq yaradıcılığı
materialları;
5) Tarixi və memarlıq abidələri, tarixi şəxsiyyətlərin
şəkil və portretləri və s.
Azərbaycan tarixinin tədrisində bədii ədəbiyyatdan
istifadənin aşağı dakı metodları müəllimə yardımçı ola bilər:
1. Tarixi materialların şifahi şərh edilməsi.
Buraya müvafiq mövzuların tədrisində bədii əsərlərdən müəyyən parçaların müəllimin
şərhinə daxil edilməsi, tarixi hadisələrin izahında, məktəb mühazirəsində bədii
parça lardan istifadə edilməsi, nəql etmədə, müsahibə və şagirdlərin müstəqil
işlərində bədii ədəbiyyatdan istifadə;
2.Azərbaycan tarixinin əyani təlim metodları
ilə bədii ədəbiyyatdan istifadə edilməsi. Bədii əsərdəki şəkillərdən,
illüstrasiyalardan, portretlərdən və s.
istifadə olunması;
3.Tarix təlimində mətnlə iş. Bədii əsərlərin mətnləri
üzərində çoxsaylı iş fomalarından istifadə edilməsi;
Tarixin tədrisində bədii ədəbiyyat
materiallarından istifadənin aşağı dakı formaları tədris prosesində tətbiq
oluna bilər:
1.Yeni bilik verən dərsdə bədii ədəbiyyat
materiallarından müəyyən parçaların müəllimin şərhinə daxil edilməsi;
2. Mövzuya, fəslə giriş dərslərində bədii ədəbyyatdan
istifadə edilməsi;
3.Yeni tarix materialı haqqında məlumat verən
dərslərdə təlim materialının bədii ədəbiyyat materialları ilə əlaqələndirilməsi;
4.Təhlil, təkrar və ümumiləşdirmə dərslərində
təlim materiallarının bədii ədəbiyyat materialları ilə əlaqələndirilməsi;
5.Tarix materialları ilə işləmək bacarıq və vərdşlərini
formalaşdıran dərslərdə bədii ədəbiyyat materialları üzərində müxtəlif
xarakterli müstəqil işlərin təşkili və s.
Azərbaycan
tarixinin tədrisində bədii ədəbiyyatdan istfadə ilə əlaqə dar apardığımız tədqiqat
nəticəsində aşağıdakı metodik yolların daha səmərəli olduğunu müəyyən etdik:
1. Dərs
prosesində-müxtəlif dərs tiplərindən istifadə;
2. Sinifdənxaric
tədbirlərdə bədii ədəbiyyatdan istifadə;
3. Məktəbdənkənar
tədbirlərdə bədii ədəbiyyatdan istifadə;
Fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, Azərbaycan
tarixinin tədri sində bədii ədəbiyatdan istifadə müəllimin bilik və
bacarığından, şagirdlərin fənnə olan marağından, ümumilikdə sinifdə və məktəbdə
formalaşan mənəv-psixoloji mühitdən çox asılıdır.
Ədəbiyyat
Azərbaycan
dilində
1. Cəbrayılov
İ. Azərbaycan tarixinin tədİrisi metodikası. Bakı: Mütərcim, 2006, 234 s.
2.Əmirov
M.M., Tam orta məktəbdə tarixin fəal-interaktiv təlimi metodikası (dərs vəsaiti).
Bakı: ADPU-nun nəşri, 2011, 700 s.
3.Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün
tarix proqramları. Bakı: «Nigar- Ə» KM, 2000, 283 s.
4.Qasımova L., «Azərbaycan tarixi» fənninin tədrisi
prosesində şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə ediməsi. Bakı:
BDU, 2002, 120 s.
5.Tarixi materiallar şagirdlərin vətənpərvərlik tərbiyəsinin
vasitəsi kimi (metodik tövsiyyə). Bakı: ADPU-nun nəşriyyatı, 2006, 32 s.
rus dilində
6.Karpov Q. Xudojestvennaə literatura v prepodovanie novoy istorii. //
Prepodovanie istorii v şkole, 1979, № 5
7.Studenkin M.T, Metodika prepodavaniə istorii v
şkole, M.: Prosvehenie, 2000, 240 s.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.