Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil
Mərkəzi fənn müəllimlərinin ixtisasartırma proqramında fəaliyyət
göstərmək məqsədilə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika,
informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif
müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə
elan edir.
Müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) assessment@edu.gov.az elektron ünvanına göndərməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) assessment@edu.gov.az elektron ünvanına göndərməlidir.
Müsabiqədə
iştirak üçün tələblər:
• Ali
təhsil;
• Ən azı 3
il pedaqoji iş təcrübəsi;
• Tədris
etdiyi fənn üzrə yüksək bilik səviyyəsi;
• Kompüter bilikləri;
• Azərbaycan dilində səlis
nitq;
• Komandada işləmək və
əməkdaşlıq bacarığı;
• Məsuliyyətli, tələbkar və
dəqiq.
Namizədlərin xarici dil
bilməsi arzuolunandır.
Tələblərə uyğun
namizədlər müsahibəyə dəvət olunacaqdır. Müsahibədən keçən şəxslər
təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi
müxtəlif təlimlərə cəlb olunacaq və uğurlu namizədlər ixtisasartırma proqramları
üzrə təlimçi statusu qazanacaqlar.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.