Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
Təlimlərin məqsədi müasir
idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd,
ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını
yetişdirmək və təkmilləşdirməkdir.
Təlimlər yalnız Bakı şəhəri
üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini
əhatə edəcək.
Təlimdə əhatə ediləcək
mövzular:
Təhsildə keyfiyyətin
idarəedilməsi
Təhsili idarəetmənin hüquqi
əsasları
Kompüter və təlim
texnologiyaları
Təhsildə statistika və təhlil
Təhsilin idarəedilməsi və
monitorinqi
Təhsili idarəetmənin
psixoloji əsasları
Kurikulum: Nəzəriyyə və tətbiq
Təhsildə maliyyənin
idarəolunması
Eyni zamanda iştirakçılar üçün
müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika,
Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı
ilə məruzələr də təşkil ediləcək.
Müsabiqədə iştirak üçün
minimum tələblər:
Ali pedaqoji təhsil
5 (beş) il pedaqoji iş
təcrübəsi
Namizədlərdən gözlənilən digər
keyfiyyətlər:
Liderlik bacarığı
Yüksək motivasiyalılıq
Səmərəli qərar qəbuletmə
bacarığı
Nəticəyönümlülük
İKT-dən istifadə bacarığı
Məntiqi düşüncə bacarığı
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş
tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.azelektron
poçt ünvanına göndərməlidirlər.
Qeyd: Bütün
yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən
şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq
yoxlamağınız vacibdir.
Müraciət üçün son tarix: 31
oktyabr 2015-сi il
Seçim qaydaları:
Təlim iştirakçıları 3
mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron
poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında
seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və
məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış
namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin
nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş
şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq
yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə
qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan
şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr
kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan
şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr
təyin olunacaq.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.