İcmanın
cəlb edilməsi indikatoru
- Məktəbdə valideynlərin və icmanın təklifləri və tələbatları nəzərə alınır.
- Məktəbdə Valideyn-Müəllim Assosiasiyası fəaliyyət göstərir.
- Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün valideynlər və icma təlim-tərbiyənin keyfiyyətinin monitorinq və qiymətləndirilməsində iştirak edirlər və nəticənin təhlili əsasında məktəb rəhbərliyinə öz təkliflərini verir.
- Valideyn-müəllim komitələri tədris prosesində və məktəb həyatının təşkil edilməsində fəal iştirak edir.
- Valideyn və icma məktəb siyasətinin istiqamətləri, təhsildə olan yeniliklər barədə mütəmadi məlumatlandırılır.
- Məktəblə valideynlərin və icmanın əlaqələri qarşılıqlı hörmət, etibar, kömək, əməkdaşlıq və dəstək prinsipləri əsasında qurur.
- Məktəbin idarə olunmasına müəllim, şagird və valideynlər cəlb olunur.
- Məktəb müəllimlərin, şagirdlərin və valideynlərin hüquqlarına hörmət edilməsini və hüquqların müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir.
- Dərsə davamiyyətin yaxşılaşdırılması məqsədilə müəllim və valideynlərin əlaqələrinin gücləndirilməsi və davamiyyəti zəif olan uşaqların evlərində monitorinqlərin keçirilməsini təşkil edilir.
- Uzaqda yaşayan şagirdlərin məktəbə daşınması üçün onlar nəqliyyat vasitəsilə təmin edilir.
- Məktəb binasının mühafizəsinin təşkili və zorakılığın, zərərli vərdişlərin qarşısının alınması təmin edilir.
- Məktəbdə, ailədə ümumbəşəri dəyərlər təbliğ olunur.
- VMA və icma məktəbin idarə olunması, qərarların qəbul olunması, qiymətləndirmədə iştirakı və nəticələrin təhlilində məktəb rəhbərliyinə öz təkliflərinin verilməsi təmin edilir.
- Müəllimlər digər müəllimləri, valideynlər və ictimaiyyəti “Məktəb uşaqların dostudur” konsepsiyası ilə tanış edir.
- Valideynlər məktəbin problemləri haqqında məlumatlandırılır, onlar problemin həllinə cəlb edilir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.