Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.
Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və
təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim
edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.
1. Rober
Uden metodu
Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri
Rober Uden –məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur.
Gənc yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq
etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər salır,
daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra gördüyü hər bir
məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq xatırlamağa çalışırdı:
rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın öhdəsindən daha sürətlə
gəlirdi. Çox qısa bir müddətə o, elə hazırlıq səviyyəsinə çatır ki,
piştaxtada olan malların xüsusiyyətlərini hətta qaça-qaça təsvir edə bilir.
2. London
cibgirləri metodu
Məşq üçün məkan: harda olsa, klassik variant -Portobello-roud
19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl
mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli soyğunçular
cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi. «Oliver Tvist» əsərində
olduğu kimi, Fedcin timsalında qoca oğru ovcunda bir neçə gərəksiz əşya
tuturdu –məsələn iki düymə, beş pens və bir nişan üzüyü. “Müəllim” bu əşyaları
“tələbələrinə” cəmi bir neçə saniyəliyə göstərir, sonra onlardan gördükləri hər
bir predmeti təsvir etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə
predmetlərdən hər hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın
itdiyini söyləməli idilər.
3. Canni
Rodari metodu
Məşqlər üçün yer: təxəyyül
Özünün «Fantaziya qrammatikası» kitabında Canni Rodari təxəyyülü və əhvalat
uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır. Tapşırıqlardan
biri –gülməli fərziyyələr irəli sürməkdir. «Məsələn Sisiliyanın düymələri
qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün qapınızı ilanlar döyüb, sizdən
yarpız istəsəydi onda nə baş verərdi?». Digər tapşırıq isə beyində xüsusi
formada təsvirlər canlandırmaqdır. Məsələn müdir rolunda olan itlər, onların
müavini olan pişiklər, mikro-menecer begemotlar. Bundan əlavə bir sıra
beyni inkişaf etdirəcək oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən
çıxarışlar və s qoşub danışmaq.
4.
Ayvazovski metodu
Məşq üçün məkan: pəncərədən, eyvandan və evin damından baxdıqda qarşınızda
cilan mənzərə
Əksər rəssamların çox əla göz yaddaşı vardır. Siz də göz yaddaşını inkişaf
etdirə bilərsiniz. Bunu pəncərədən açılan mənzərəni və metro sərnişinlərini
seyr edərək həyata keçirmək mümkündür. Baxışınızı bir insanın və ya əşyanın
üzərinə dikərək bir neçə saniyə ərzində saxlayın. Obyekti bütün detalları ilə
yadda saxlamağa çalışın. Daha sonra gözünüzü yumaraq onu təsəvvür edin.
Sonra isə tədqiqat predmetinə bir daha nəzər salın, obrazı beyninizdə bir də
canlandırın. Məşğələni davam etdirin. Insanlar cizgilərini və ya yoldan
keçənlərin cüssələrini yadda saxlayaraq onları təsvir etmək, rəsmlərini çəkmək olar,
həmçinin muzeydəki şəkillərə yadda saxlamağa cəhd edin. Ya da kibrit çöpləri
ilə məşq etmək olar, stolun üzərinə 4-6 çöp atın və onların necə düşdüyünü
yadda saxlayın. Məşq etdikcə hər dəfə çöplərin sayını artırın.
5. İtalyan
oğlanları metodu
Məşq üçün məkan: növbələr
Uilyam Atkinson yazır ki, belə bir mənzərənin Çikaqoda şahidi olub: italyan
qəzetçiləri, tipoqrafiyanın qarşısında dayanıb, yeni qəzetinin yeni sayının
çıxmasını gözləyərkən “Morra” adlı oyun oynayır. Biri digərinə öz yumruğunu
göstərib, qışqıraraq «Моrrа!» deyir, bu zaman o barmaqlarının bir neçəsini bükür, digərləri isə açıq
qalır. İkinci oyunçu isə dərhal hansı barmaqlarının açıq qaldığını deməlidir.
Əgər deyə bilmirsə və ya ləngiyirsə -qəzet dəstəsini onun başına çırpırlar.
«Morra» bir növ «Daş-qayçı- kağız» oyununa oxşayır, bu sadə oyunu hələdə balaca
uşaqlar mərc gələrkən istifadə edir.
6. Siseron
metodu
Məşq üçün məkan: şəxsi otağın
Otağınız boyu gəzin, qapıdan başlayaraq, hər bir küncə nəzər salın, Əlbəttə
bu məkan onsuz da sizə kifayət qədər yaxşı tanışdır. Indi isə yadda saxlanması
lazım olan şeyləri xəyali olaraq otağın müxtəlif hissələrində yerləşdirin. Bu
sizin alman dilindən əzbərləməli olduğunu fellər, hazırladığınız təqdimatın
statistik göstəriciləri, məruzənin hesabat hissəsi və s ola bilər. Əgər çətin
gəlirsə, onda lazımı sözləri kağızların üzərində yazıb, onları divarlardan asın
və sonra otaq boyu bir neçə dəfə gəzişin. Bu işə yaramalıdır. Məkan
assosiasiyası metodunu ya Siseronun ya da Simonidin adı ilə bağlayırlar. Birinci
onu çıxışlara hazırlaşarkən istifadə edirmiş, ikinci isə eyni düşünmə tərzini
bir az fərqli və daha kədərli situasiyada istifadə etməli olub. Simonid bir
simpoziumda qonaq idi. Birdən həmin yerin tavanı uçaraq, iştirakçı qonaqların
üstünə düşmüşdü. Yalnız Simonid qalıqların altından sağ çıxdı. Sonra isə o
kimin harada oturduğunu xatırlayaraq, qohumlara meyitləri tanımağa kömək etməli
olmuşdu.
7. Yoqa
metodu
Məşq etmək üçün məkan: harada olsa fərqi yoxdur
Özünü inkişaf məsələsində həqiqətən uğura nail olmuş insanlar olan yoqa
ustalarından bəzi elementləri mənimsəmək olar. Diqqətlilik meditasiyasını isə
istənilən bir şəraitdə sınamaq və məşq etmək olar: velosipeddə yürüş edərkən,
duş qəbul edərkən, mühazirədə oturanda, amma yaxşısı özünlə tək qalanda. Bu metodun
mahiyyəti ondan ibarətdir ki, həyatın hər bir anını dərk edəsən. Öz
vücudundan gələn siqnallara qarşı həssas olasan. Sizin bir kündən digərinə
ritmik şəkildə yerişinizi də meditasiya hesab etmək olar, sadəcə bu vaxt
vacibdir ki, sizin diqqətiniz hərəkətdə cəmlənmiş olsun. Düz xətt üzrə 5-10
addım atın. Yumşaq hərəkət edin, elə davranın sanki filmdə çəkilirsiniz.
Pəncənin necə qoylumasına, dabanın necə qalxmasına və ağırlığın bir ayaqdan
digərinə necə ötürülməsinə diqqət yetirin. Gün ərzində öz-özünə artıq sizin
üçün vərdiş halını almış və xüsusi zəhmət tələb etməyən işləri necə yerinə
yetirdiyinizi izləyin. Müəyyən vaxt fasilələrindən sonra hansı formada
əyləşdiyinizə diqqət yetirin, məsələn hər dörd saatdan bir siz hansı pozada
olursunuz.
Mənbə: Banker.az
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.