DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Ekim 2015 Pazar

Xarakteristika

 Xarakteristika
Nağıletmədən fəqli olaraq təsvirdə süjet yoxdur lakin konkret obyekt vardır ki, bunun da əlamətlərini biz şagirdlərə birləşdiririk. Tarix dərsində 2 cür təsvirdən istifadə edilir. “biri mənzərə təsviri”, digəri öyrənilən obyektin təhlili təsviridir. Həm mənzərə təhlili, həm də təhlili təsvir elmi cəhətdən düzgün qurulmalıdır.
         Xarakteristika – təsvirin növlərindən biridir. Tarixi hadisələrin xarakteriskası onun mühüm əlamətlərinin və xüsusiyyətin daxili əlaqələrini dəqiq sürətdə ifaəd edib göstərməkdir. Xarakteriska həm qısa həm geniş ola bilər. Korovkinin dərsliyində Makedoniyalı İsgəndərin xarakteriskası qısa xarakteriskaya misal ola bilər və sonrakı materialı başa düşmək üçün konkretləşdiric vasitə və ya faktiv məlumat rolunu oynaya bilər. Yekun xarakteriskanı ilə ümumiləşdirici xarakteristika başqa şeydir. Belə bir  xarakteriskanı verməzdən əvvəl biz şagirdlərə müvafiq konkret material göstərir və lazım olan izahatı veririk. Yekunlaşdırıcı, ümumiləşdirici xarakteriska  obrazlı ola bilər. Geniş xarakteriska da bu vəzifəni görür. Qeydedici xarakteriska ilə yekun xarakteriska arasındakı fərq nisbidir. Bunların hər ikisi ümumiləşdirmədir. Təsvirdə olduğu kimi hər hansı bir tarixi hadisənin xarakteriskasında da biz həmin hadisənin təsadüfi əlamətlərini deyil , mühüm əlamətlərini açıb göstəririk. Müəllim geniş xarakteriska verərkən mühüm əlamətləri müəyyən qaydada sayıb göstərməklə kifayətlənmir. O şagirdləri qarşısında əsas əlaməti açıb göstərir. Xarakterizə etmək məharəti xüsusən gənc öz sənətinə yeni başlayan müəllim üçün müəyyən çətinliklər törədir. Nağıletməyi bacarmaq, tarixi hadisələrin təsvirini və xarakteriskasını vermək tarixi müəlliminin çox böyül ləyaqətidir. Izah zamanı müəllim tarixi materialın təkcə adlandırılmasını deyil, eyni zamanda  dərk edilməsini də təmin edir. Dərketmə müəyyən dərəcədə nağıletmə və təsvirin gedişində əldə edilir. Müəllimin söhbətində, onun verdiyi xarakteriskada hadisələrin əhəmiyyət və qiyməti hiss edilir. Lakin, bu kifayət deyildir, izahat lazımdır. Izahat tarixi hadisələrin daxili əlaqələrini mahiyyətini və əhəmiyyətini göstərməkdir, yeni anlayışları, tarixi terminləri aşkara çıxrmaqdır. Nağıledilmiş və şərh edilmiş faktik materiala əsaslanaraq nəzəri nəticələri açıb göstərmək və əsaslandırmaq vəzifəsi qarşıda durduqda müəllimin izahı , mühakimə , sübut xarakteri alır. Mühakimə dedikdə biz şagirdləri nəticə və rəylər çıxarmağa yaxınlaşdıran müddəaların ardıcıl sürətdə inkişafını nəzərdə tuturuq.Tarix dərsində mühakimə adətən, nağıletmə , təsvir, izahla uyğunlaşmış bir şəkildə ünsürlərindən biri kimi irəli çıxır. əgər dərsdə nəzəri material əsas yer tutarsa, mühakimə geniş xarakter alır. Müəllimin şərhini  mühazirəyə yaxınlaşdırır.
Mənbə: Vagin

  

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar