DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Ümumi Tarix Kurikulumu

Vəsaiti yükləmək üçün
 şəkilin üzərinə toxun
Ümumi Tarix1.2. Məzmun xətləri
Ümumi tarix fənninin məzmunu onun məzmun xətləri əsasında qurulur. Məzmun xətləri fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasının istiqamətlərini müəyyən edir.
Ümumi tarix fənni üzrə ümumi və tam orta təhsil pillələri üçün ümumi olan aşağıdakı məzmun xətləri müəyyənləşdirilmişdir:
1. Tarixi zaman
2. Tarixi məkan
3. Dövlət
4. Şəxsiyyət
5. Mədəniyyət
1.4. Fəaliyyət xətləri
Ümumi tarixdə fəaliyyət xətləri biliklərin əldə olunması və istifadəsi yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır. Məzmun xətləri ilə fəaliyyət 
xətləri üst-üstə düşdüyü üçün məzmun standartlarının müəyyənləşdirilməsində onların fəaliyyət xətləri ilə əlaqəsi nəzərə alınmışdır.

 Tarixi bilik mənbələrindən məlumatların toplanması və sistemləşdirilməsi.
 Tarixi materialın təhlili, sintezi və ümumiləşdirilməsi.
 Tarixi faktların müqayisəsi.
 Nəticə çıxarılması və əsaslandırılması.
 Yekun nəticənin təqdim edilməsi.
 Qiymətləndirmə.

1.5. Məzmun standartları
VI sinif
VI sinfin sonunda şagird:
tarixdə il hesabından istifadə edir;
mühüm hadisələrin xronoloji çərçivəsini müəyyən edir;
qədim insanların həyatında təbii-coğrafi şəraitin rolunu müəyyənləşdirir;
dövlətlərin yaranmasını, onların siyasi quruluşunu, sosial-iqtisadi münasibətləri tarixi bilik mənbələri əsasında izah edir;
tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini təsvir edir;
mədəniyyətin yaranması və inkişafını insanların həyatında baş verən dəyişikliklərlə əlaqələndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.
1.1.1.Tarixdə il hesabından istifadə edir.
1.1.2. İbtidai icma cəmiyyəti və quldar dövlətlərin meydana gəlməsi, inkişafı və tənəzzülü dövrlərini fərqləndirir. 
1.1.3.Müxtəlif ölkələrdə baş vermiş mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir.
2. Tarixi məkan
Şagird:
2.1. Tarixi hadisə, proses və təzahürlərin baş verdiyi təbii-coğrafi şəraitlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Ən qədim insan məskənlərinin, ilk sivilizasiyaların, dövlətlərin yaranması və inkişaf amillərini izah edir.
2.1.2. Təbii-coğrafi şəraiti əks etdirən xəritə əsasında hadisələrin baş verdiyi tarixi məkanı təsvir edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Qədim dövlətlərin (Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Əhəməni, Hun, Çin, Parfiya, Hindistan, Yunanıstan və Roma dövlətləri) yaranmasını, idarəetmə qaydalarını, sosial-iqtisadi münasibətləri təsvir edir.
3.1.2. Mənbələr əsasında qədim dövlətlərlə bağlı məlumatlar toplayır və təqdim edir.
4. Şəxsiyyət
Şagird:
4.1.Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (I Tutmos, III Tutmos, II Ramzes, Hammurapi, Aşşurbanipal, II Sarqon, II Kir, I Dara, Mete xaqan, İskəndər, Sin Şixuandi, Aşoka, Solon, Mitridat, Perikl, Yuli Sezar, Oktavian Avqust, Konstantin) müəyyənləşdirir.
4.1.2. Mənbələr əsasında qədim dövrün tarixi şəxsiyyətləri haqqında məlumatlar toplayır, təqdim edir. 
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətin ayrı-ayrı sahələrinin insanların həyat tərzi ilə əlaqələrini izah edir.
5.1.2. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə münasibət bildirir.
5.1.3. Mədəniyyətlərə, mədəniyyətlərarası əlaqələrə dair məlumat toplayır, təqdim edir.
VII sinif
VII sinfin sonunda şagird:
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.
1.1.1. Mühüm tarixi faktları davametmə müddətinə görə fərqləndirir.
1.1.2. Müxtəlif ölkələrdə baş vermiş ayrı-ayrı tarixi faktların sinxronluğunu müəyyənləşdirir.
1.1.3. Tarixi faktları xronoloji qaydada sistemləşdirir. 
2.Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən tarixi hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Feodal münasibətlərinin yaranmasını və inkişafını dövlətlərin və xalqların geosiyasi məkanında baş verən dəyişikliklərlə əlaqələndirir.
2.1.2. Dövlətlərin və xalqların həyatında məkan baxımından baş verən dəyişiklikləri xəritələrdəki məlumatlar əsasında təhlil edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Feodal dövlətlərin (Çin, Sasani, Qafqaz xalqları, Ağ Hun, Qərbi Hun, Göytürk, Uyğur, Xəzər, Avar, Bulqar, Hindistan, Ərəb xilafəti, Frank, Bizans, Slavyan dövlətləri, Oğuz, Səlcuq, Samani, Qaraxanlı, Qəznəvi, Xarəzmşahlar, Monqol, Osmanlı, Qızıl Orda, Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Böyük Moğol, Rusiya, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya) yaranması, idarəçilik formaları və sosial-iqtisadi və siyasi münasibətlərini şərh edir.
3.1.2. Feodal dövlətlərin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl və diaqramlar hazırlayır.
4.Şəxsiyyət.
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Dövlətlərin və mədəniyyətlərin inkişafında şəxsiyyətlərin (Attila, Xlodviq, Bumın xaqan, Məhəmməd peyğəmbər, Böyük Karl, Mahmud Qəznəvi, Alp Arslan, Məlik şah, Çingiz xan, Qara Yusif, Uzun Həsən, Batı xan, II Mehmet, Əmir Teymur, 
Sultan Süleyman Qanuni, Əkbər şah, Şah İsmayıl, I Təhmasib, Oranlı Vilhelm, IV İvan) rolunu izah edir.
4.1.2. Dövlətin və mədəniyyətin inkişafında tarixi şəxsiyyətlərin rolu ilə bağlı məlumatlar toplayır və təqdimatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Avropa və Şərq mədəniyyətinin inkişaf xüsusiyyətlərini izah edir.
5.1.2. Şərq mədəniyyətinin dünya mədəniyyətinə təsirini müəyyən edir.
5.1.3. Mədəniyyətlərin inkişafı ilə bağlı materiallar toplayır.
VIII sinif
VIII sinfin sonunda şagird:
hadisə, proses və təzahürlər arasında səbəb-nəticə əlaqələrini ifadə edən xronoloji cədvəllər hazırlayır
Feodal münasibətlərinin inkişafı və dağılmasını, xalqların və dövlətlərin geosiyasi məkanında, baş verən dəyişikliklərlə əlqaləndirir, həmin dəyişiklikləri kontur xəritəyə köçürür
mərkəzləşmiş feodal dövlətlərin yaranmasını və inkişaf xüsusiyyətlərini təhlil edir
tarixi şəxsiyyətləri oxşar və fərqli cəhətlərinə görə fərqləndirir
şərqdə və qərbdə intibah mədəniyyətlərinin xüsusiyyətlərini , onların qarşılıqlı təsirini izah edir
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir
1.1.1. Oxşar tarixi faktların baş verdiyi zamandan irəli gələn fərqli cəhətlərini izah edir.
1.1.2. Oxşar proses və hadisələri əlaqələndirən sinxron cədvəllər tərtib edir.
1.1.3. Hadisə, təzahür və proseslər arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirən xronoloji cədvəllər tərtib edir.
2. Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Feodal münasibətlərinin dağılması və kapitalist münasibətlərinin yaranmasını, dünyada baş vermiş iqtisadi, sosial dəyşiklikləri məkanla əlaqədə izah edir.
2.1.2. Dövlətlərin və xalqların həyatında baş verən ərazi dəyişikliklərini xəritə və sxemlərdəki məlumatlar əsasında kontur xəritələrə köçürür.
3.Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dövlətlərin (İngiltərə, Fransa, Rusiya, ABŞ, Osmanlı, İran, Çin, Hindistan, Mərkəzi Asiyanın türk dövlətləri, Qazaxıstan, Krım, Sibir, Volqaboyu, Qafqaz xalqları) yaranmasını, idarəçilik formalarını, siyasi, sosial-iqtisadi münasibətləri təhlil edir.
3.1.2. Yeni tipli dövlətlərin qeyri-bərabər inkişafına aid esse yazır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (Oliver Kromvel, Maksimilian Robespyer, I Pyotr, II Yekaterina, Corc Vaşinqton, Benjamin Franklin, Köprülü Mehmet paşa, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar) müqayisə edir.
4.1.2. Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Şərq və Qərbdə intibah mədəniyyətinin xüsusiyyətlərini izah edir.
5.1.2. Elmi kəşf və ixtiraların dünya mədəniyyətinin inkişafına təsirini izah edir.
5.1.3. Dünya mədəniyyətinin nailiyyətlərinə dair cədvəl və qrafiklər hazırlayır.
IX sinif
IX sinfin sonunda şagird:
müxtəlif ölkələrdə baş verən oxşar tarixi hadisə və faktları dövr baxımından qiymətləndirir;
kapitalist münasibətlərinin yaranmasını, dünya ölkələrində baş verən dəyişiklikləri məkanla əlaqədə izah edir;
dünya ölkələrinin inkişafındakı qeyri-bərabərliyi onların siyasi quruluşu ilə əlaqələndirir;
tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir;
mədəniyyətləri, sivilizasiyaları xarakterik əlamətlərinə görə fərqləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.
1.1.1. Müxtəlif ölkələrdə oxşar tarixi faktların müxtəlif zamanlarda baş verməsinin səbəb və nəticələrini izah edir.
1.1.2. Oxşar tarixi faktların baş verdiyi tarixi şərait arasındakı fərqi müəyyən edir.
1.1.3. Mühüm tarixi faktların zaman əlaqəsini göstərən sinxron cədvəllər hazırlayır
2. Tarixi məkan
Şagird:
2.1 Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Kapitalist münasibətlərinin inkişaf prosesində və müasir dünyada ölkələrin və xalqların sosial, siyasi, iqtisadi və mədəni həyatında baş verən dəyşiklikləri məkan baxımdan qiymətləndirir.
2.1.2. Dövlətlərin ərazi dəyişikliklərini əks etdirən cədvəl və sxemlər hazırlayır.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dünyanın (Avropa dövlətləri və Rusiya, ABŞ və Latın Amerikası ölkələri, Türk dünyası və Qafqaz xalqları, Asiya, Afrika ölkələri) siyasi inkişaf mərhələsini şərh edir.
3.1.2. Dünyanın siyasi inkişaf mərhələsinə aid təqdimatlar hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (I Napoleon, Cüzeppe Haribaldi, I Aleksandr, Sultan II Əbdülhəmid, Otto Bismark, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir İliç Lenin, İosif Visarianoviç Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl Nehru, Heydər Əliyev) fəaliyyətini sosial qrupların mənafeyi baxımından təhlil etməklə onlara münasibət bildirir.
4.1.2. Topladığı materiallar əsasında tarixi şəxslərə dair esse və hekayələr yazır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətlərin inkişafına təsir edən amilləri izah edir.
5.1.2. Mədəniyyətlərarası və sivilizasiyalararası qarşılıqlı təsiri və ziddiyyətləri izah edir.
5.1.3. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair esse və hekayələr yazır.
X sinif
X sinfin sonunda şagird:
ölkələrdə baş verən dəyişiklikləri tarixi zaman baxımından qiymətləndirir;
dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından izah edir;
ölkə və xalqların sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri məkan baxımından qiymətləndirir;
geosiyasi dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi, siyasi həyatına təsirini təhlil edir;
tarixi şəxsiyyətləri mənsub olduqları dövlətlərin mənafeyi baxımından qiymətləndirir;
ənənəvi və sənaye cəmiyyətlərini mədəniyyətin inkişafına və mədəniyyətlərarası münasibətlərə görə qiymətləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Tarixi faktları tarixi zamanla əlaqədə qiymətləndirir.
1.1.1. Asılı və müstəmləkə xalqlarının milli-azadlıq hərəkatını tarixi zamanla əlaqədə dəyərləndirir.
1.1.2. Ölkələrdə baş verən oxşar sosial-iqtisadi hadisə və prosesləri zaman baxımından tarixi şəraitlə əlaqədə müqayisə edir və dəyərləndirir.
1.1.3. Ölkələrdə baş verən oxşar mədəni hadisə və prosesləri baş verdiyi tarixi zamanla əlaqədə dəyərləndirir.
1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından izah edir.
2. Tarixi məkan
Şagird:
2.1. Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müxtəlif tarixi dövrlərdə ölkələrin və xalqların sosial-iqtisadi və mədəni həyatında baş verən dəyşiklikləri məkan baxımından qiymətləndirir.
2.1.2. Dünya ölkələrində baş verən geosiyasi dəyişiklikləri müxtəlif formalarda (xəritə, sxem, cədvəl) təqdim edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin inkişafını siyasi, sosial-iqtisadi münasibətlərin xarakterinə görə qiymətləndirir.
3.1.1. Cəmiyyətin inkişafının kapitalizimə qədərki dövründə dövlətlərin (Afrika ölkələri, Asiya, Avropa və Amerikanın aparıcı dövlətləri) yaranması və inkişafı prosesini, geosiyasi dəyişiklikləri izah edir.
3.1.2. Geosiyasi dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi həyatına təsirini şərh edir.
3.1.3. Mənbələr əsasında dövlətlərin tarixinə dair materiallar toplayır və məruzələr hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (II Ramzes, Hamurapi, II Kir, I Dara, İsgəndər, Yuli Sezar, Konstantin, Attila, Məhəmməd Peyğəmbər, Böyük Karl, Alp Arslan, Çingiz xan, II Mehmet Fateh, Əmir Teymur, Sultan Süleyman Qanuni, Şah İsmayıl, I Təhmasib, IV İvan) mənsub olduqları dövlətlərin mənafeyi baxımından qiymətləndirir.
4.1.2. Tarixi şəxsiyyətlərin fəaliyyətinə dair məruzə və referatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərin inkişafına təsirini izah edir.
5.1.2. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır.
5.1.3. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsiri ilə bağlı referat və məruzələr hazırlayır.
XI sinif
XI sinfin sonunda şagird:
ölkədə baş verən siyasi, sosial-iqtisadi və mədəni faktları onun inkişafının müəyyən dövrü ilə əlaqədə dəyərləndirir;
dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından qiymətləndirir;
ölkə və xalqların həyatında, beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri məkan baxımından qiymətləndirir;
aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində dövlətin rolunu qiymətləndirir;
tarixi şəxsiyyətləri mənsub olduqları ölkənin daxili və beynəlxalq həyatına təsiri baxımından qiymətləndirir;
aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində mədəniyyətin inkişafını və mədəniyyətlərarası münasibətləri qiymətləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Tarixi faktları tarixi zamanla əlaqədə qiymətləndirir.
1.1.1. Ölkədəki sosial-iqtisadi həyat faktlarını onun iqtisadi inkişafının müəyyən mərhələsi ilə əlaqədə dəyərləndirir.
1.1.2. Ölkədəki siyasi həyat faktlarını onun siyasi inkişafının müəyyən mərhələsi baxımından qiymətləndirir.
1.1.3. Ölkədəki mədəni həyat faktlarını onun mədəni inkişafının müəyyən mərhələsi ilə əlaqədə dəyərləndirir.
1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından qiymətləndirir.
2.Tarixi məkan
Şagird:
2.1 Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlarını nümayiş etdirir.
2.1.1. Ölkələrin və xalqların sosial-iqtisadi və mədəni həyatında, beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri, inteqrasiya prosesi ilə bağlı informasiyaları məkan baxımından qiymətləndirir.
2.1.2. Müasir dövrdə baş verən geosiyasi dəyişiklikləri müxtəlif formalarda (xəritə, sxem, cədvəl, diaqram) təqdim edir.
3. Dövlət
Şagird:
3.1. Dövlətlərin inkişafını siyasi, sosial-iqtisadi münasibətlərin xarakterinə görə qiymətləndirir.
3.1.1. Cəmiyyətin inkişafının yeni və müasir mərhələsində dövlətləri (Almaniya, İngiltərə, Fransa, ABŞ, SSRİ, Rusiya, Türkiyə, Yaponiya, Çin, Koreya, Hindistan, İran, Qafqaz, Mərkəzi Asiya, Krım, Volqaboyu, Sibirin türk xalqları, Ərəb ölkələri) siyasi quruluşuna, aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində vəzifələrinə görə dəyərləndirir.
3.1.2. Qlobal problemlərin həllində dövlətlərin rolunu şərh edir.
3.1.3. Mənbələr əsasında dövlətlərin tarixinə dair təhlillər aparır, referat və tezislər hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar, I Napaleon, I Aleksanadr, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir Lenin, İosif Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl Nehru, Heydər Əliyev) mənsub olduqları ölkələrin daxili və beynəlxalq həyatına təsiri baxımından qiymətləndirir.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında araşdırmalar aparır, təqdimatlar edir.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətin inkişafına təsirini izah edir.
5.1.2. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır. 
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar