DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

26 Eylül 2015 Cumartesi

Diskriminasiyanın həlli yolları

Diskriminasiyanın həlli yolları
  • a) Yerli icra strukturlarının maddı durumu aşağı olan ailələrə köməyə cəlb edilməsi.
  • b) İş adamlarının məktəbə köməyindən istifadə edərək imkansız ailələrdən olan uşaqlara təqaüdlərin ayırılması.
  • Maarifləndirmə və himayədarlıq, psixoloji yanaşma.
  • Fiziki qüsurlu uşaqlara tibbi yardımın təşkili.
  • Məktəbdə tolerantlığın təbliği.
  • Uşaqların hüquqlarının və vəzifələrinin müntəzəm olaraq onlara başa salınması.
  • Nitqi qüsurlu olan uşaqların icmanın köməyilə tibbi və psixoloji yardım göstərilməsinə şəraitin yaradılması.
  • Səriştəsiz müəllimlərə öz vəzifə borclarını yerinə yetirməkdə psixoloji və metodiki yardımın göstərilməsi.
  • İstedadlı uşaqların məruz qaldıqları vəziyyətin aradan qaldırılması.
  • Qiymətləndirmədə diskriminasiyanın aradan qaldırılması üçün pedaqoji kollektivin, VMA-nın nəzarəti.
  • Uşaqların istismarının qarşısını almaq üçün öz müəllimlərin istismara qarşı olan hərəkətlərini cəzalandırmaq, həmçinin düzgün istiqamətə yönəltmək, şəxsi münasibətləri kənara qoymaq.
  • Məktəb psixoloqunun öz işinə məsuliyyətlə yanaşması, anket sorğularının aparılması. Psixoloqların şagirdlərə fərdi yanaşması üçün şəraitin, ailələrlə sıx əlaqənin yaradılması, onların layihələdə işini, digər məktəblərlə təcrübə mübadiləsini genişləndirmək.
  • Məktəb-qəyyumluq şöbəsi-sahə müvəkkili (uşaq inspektoru) VMA-nın uğursuz ailələrlə apardığı iş.
  • Şagird özünüidarəetmənin işini inkişaf etdirmək.
  • Evdə təhsilə cəlb etmək. Əgər qısa müddətlidirsə, məktəb rəhbərliyi tərəfindən yaradılmış qrupun işinin təşkili.
  • Psixoloji təzyiqlərə məruz qalan şagirdlərin kim tərəfindən qalmasının səbəblərinin araşdırılması.
  • a)Həmin şagirdlərlə məktəb rəhbərliyi və məktəb psixoloqunun fərdi söhbəti.
  • b)Valideyn fikrinin öyrənilməsi, onda olan inamsızlığın aradan qaldırılması yolları və şagird şəxsiyyətinə hörmət.
  • Sinifdənxaric tədbirlərin genişləndirilməsi, sinif rəhbərinin işi, məktəb-valideyn münasibətləri, şagirdin diqqətdən yayınmaması.
  • Məktəbdə birgə iş üsulu (Məktəb-şagird-valideyn-müəllim münasibəti)
  • Şagirdlərin sosial statusa görə diskriminasiyasını aradan qaldırmaq üçün vahid məktəbli formasının olması, dövlət tərəfindən dərsliklərlə təminatı.
  • Maarifləndirmə və ekskursiyalarla region fərqini aradan qaldırmaq.
  • Şagirdə obyektiv yanaşmağı öyrətmək.Sinif təşkilat saatlarında, tarix və HBƏT dərslərində, valideyn iclaslarında izahat işi aparmaq.
  • Müəllimlərin yüksək professionallığı, milli ruhu, şagirdə məhəbbəti, müəllimin əməyinin düzgün qiymətləndirilməsi.
  • Şagirdləri humanist ruhlu böyütmək, tolerantlığı inkişaf etdirmək, onlara bərabərhüquqlu fəal insan kimi yanaşmaq, onları eyni dərəcədə intizama dəvət etmək və qiymətləndirmək.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar