DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

29 Ekim 2016 Cumartesi

İdarəetmə ilə bağlı suallar

1. Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qəbul olunub?
a) 15 iyun 1993-cü ildə
b) 12 noyabr 1995-ci ildə
c) 27 noyabr 1997-ci ildə
2.Təhsil hüququ Konstitusiyanən hansı maddəsində nəzərdə tutulub ?
a) 48-ci maddəsi
b) 42-ci maddəsi
c ) 35-ci maddəsi
3. Rusdilli məktəblərdə rəsmi və vahid nümunəvi sənədlər hansı dildə tərtib edilir ?
a) Rus dilində
b) Həm rus , həm də Azərbaycan dilində
c ) yalnız Azərbaycan dilində
4. Müsahibə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətləri necə tənzimlənir ?
a) müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.
 b) müsabiqədən sonra qalib olan şəxslə işəgötürənin ixtisas komissiyasında söhbət aparılır və bu söhbətin nəticəsi olaraq işçi ilə müqavilə bağlanır.
c) müsabiqənin qalibi olan şəxslə 3 aylıq sınaq müddəti müəyyən edilməklə müqavilə bağlanır.
5. Əmək müqaviləsinin işçi tərəsindən ləğv edilməsi qaydası necədir ?
a) işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı .rizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər
b) işçi istədiyi vaxt işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər
c) işçi yalnız müqavilədə göstərilən müddətdə işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər
6. İşçi ərizədə göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilərmi ?
a) İşçi yaşa ,əlilliyə görə təqaüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə,seçkili vəzifəyə təyin edildikdə və ağır xəstəliyə tutulduqda ərizədə göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilər.
b) İşçi yaşa ,əlilliyə görə təqaüdə çıxdıqda. Təhsilini davam etdirdiyi üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda,yeni yaşayış yerinə köçdükdə , başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda , seksual qısnamaya məruz qaldıqda və qanun-vericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilər.
c) İşçi yaşa ,əlilliyə görə təqaüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilər.
7. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilərmi ?
a) Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə ( peşəyə ) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməmiş olsun.Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
b) Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitməyə 10 gün qalmış ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz .Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
c) Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitməyə 1 gün qalmış ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər.  Bu  halda əmək  müqaviləsi ləğv  edilə  bilməz. Bu şərtlə ki , işəgötürən  həmin  vəzifəyə    ( peşəyə ) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməmiş olsun.Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
8. Aşağıdakılardan hansı halda işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilir ?
a) dövlət büdcəsindən maaliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
b) işçinin heç bir üzürlü səbəb olmadan 4 saat müddətində iş yerində olmaması
c) Əmək müqaviləsi müddətinin bitməsi .
9. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası necədir ?
a) Müddətli əmək müqaviləsinin son gününə 20 gün qalmış tərəflər bir-birini müqavilənin uzadılması ilə bağlı xəbərdar etməlidirlər,əks təqdirdə həmin müqavilə daha bir il müddətinə uzadılmış hesab edilir.
b) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda müqaviləyə xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə , həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
c)  Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda müqaviləyə xitam verilir.Yalnız işəgötürən onu daha bir il müddətinə uzatmaq səlahiyyətinə malikdir.
10. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır ?
a) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə ( vəzifəsinə ) qayıtmaq hüququndan istifadə etdikdə.
b)  qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə , əmək qabiliyyətinin fasiləsiz olaraq dörd aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə.
c) işçi pensiya yaşına çatdıqda və işəgötürən onun işdə saxlanmasını lazım bilmədikdə.
11. Əmək müqaviləsinə xitam verilərkən işçilərin hansı təminatları var ?
a) Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla , işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər ,hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin mküəssisdə əvvəlki və ya buna bənzər  vəzifəyə ( peşəyə ) qayıtmaq hüququna malikdir.
b) Əmək müqaviləsi bu Məcəllənin 70-cimaddəsinin " a” və " b " bəndləri ilə ləğv edilərkən işçilərə: orta aylıq əmək haqqının 2 misli həcmində işdənçıxarma müavinəti  və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək beçinci və altıncı aylar üçün əmək haqqı ödənilir.
c) İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat etmiş vərəsələrinə orta aylıq əmək haqqının ən azı dörd misli miqdarında müavinət ödənilir.Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin " ç " bəndi ilə xitam verildikdə , işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir.
12.İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan  şəxslər kim hesab edilir ??
a) işəgötürən ixtisasları   ( peşələri ) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə ən azı 10 il işləmiş şəxslərin işdə saxlanmasına üstünlük verir.
b) işəgötürən ixtisasları   ( peşələri ) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində 1-ci və ya 2-ci qrupəlil uşağı olanların işdə saxlanmasına üstünlük verir.
c) işəgötürən ixtisasları   ( peşələri ) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanmasına üstünlük verir.
13.Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar hansılardır ?
a) işəgötürən tərəfindən  himayəsində üç yaşınadək uşağı olan kişilərin  əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
b) işəgötürən tərəfindən  hamilə , habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
c) işəgötürən tərəfindən  yetkinlik yaşına çatmayan işçi ilə əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
14. Aşağıdakı  hallarda müddətli əmək müqaviləsinə xitam verilə bilərmi ?
a) işçi hamilədir və himayəsində üç yaşınadək uşağı var.
b) müddətli əmək müqaviləsinə xitam verilərkən işçi heç bir imtiyaza malik deyil.
c) yalnız şəkərli diabet xəstələri ilə müddətli əmək müqaviləsinə onlar sağalanadək xitam vermək olmaz.
15. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nə göstərilə bilməz ?
a) Əmək müqaviləsinin ləğv edilməsinin əsası
b) işçinin iş fəaliyyətini xarakterizə edən hallar.
c)  Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ( sərəncamın , qərarın ) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər .
16. Əmək müqaviləsinin sənədləşdirilməsinin uçotu qaydaları necədir ?
a) işəgötürən müqaviləyə dair verilmiş əmrləri xüsusi kitablara işləməli  və bu kitabları 10 il saxlamağa borcludur.
b) işəgötürən bağlanmış əmək müqavilələrini , onlara edilən dəyişiklikləri , bu müqavilələrlə əlaqədar verilmiş əmrləri ( sərəncamları , qərarları ) xüsusi kitab ( jurnal ) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını  aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa ,
qeydiyyat kitabı səhifələnməli, qaytanmalı və kitabın son səhifəsindəki düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
c)  işəgötürən bağlanmış əmək müqavilələrini , onlara edilən dəyişiklikləri ,bu müqavilələrlə əlaqədar verilmiş əmrləri ( sərəncamları , qərarları ) xüsusi kitabla uçotunun qeydiyyatını aparmalıdır.
17. Əmək kitabçasında əvəzçilik üzrə əmək fəaliyyəti haqqında qeydlər aparılırmı ?
a)  əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.
b) əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər aparılmır.
c) əvəzçilik üzrə əmək fəaliyyəti haqqında qeydlər ikinci əmək kitabçasında aparılır.
18. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ varmı ?
a) işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət  hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz..
b) əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
c) əvəzçiliklə işləyən işçilərin məzuniyyət hüququ əlavə iş yerində təmin edilməlidir.  
19. Xüsusi təhsil müəssisələri istisna olmaqla , təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati - tədris heyəti işçilərinə , habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə ödənişli əsas məzuniyyət neçə təqvim günü müddətində verilməlidir?
a) 21 təqvim günü                        b) 42 təqvim günü                    c) 30 təqvim günü
20. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası necədir ?
a) beş ildən on ilədək əmək syajı olduqda işçiyə - 4 təqvim günü , on ildən on beş ilədək əmək stajı olduqda- 6 təqvim günü, on beş ildən çox olduqda – 10 təqvim günü müddətində əlavə məzuniyyət verilir .
b) beş ildən on ilədək əmək syajı olduqda işçiyə - 2 təqvim günü , on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü, on beş ildən çox olduqda – 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir .                                                                                                                                             
c)  beş ildən on ilədək əmək syajı olduqda işçiyə - 3 təqvim günü , on ildən on beş ilədək əmək stajı olduqda - 5 təqvim günü, on beş ildən çox olduqda – 7 təqvim günü müddətində əlavə məzuniyyət verilir
21.Pedaqoji və elmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günüdür ?
a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər və pedaqoji işçilərinin , tərbiyəçilərin , təlimatçıların , dərnək və musiqi rəhbərlərinin , konsertmeysterlərin, akkompaniatorların , xormeysterlərin  və başqa musiqi işçilərinin.
b)  ümumtəhsil internat məktəbləri , xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinin .
c)  elmi-tədqiqat müəssisələrinin , habelə ali təhsil müəssisələrinin elmi-tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına ,rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə , elmi katiblərinə.
22. Pedaqoji vəelmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyətlərinin müddəti 42 təqvim günüdür ?
a) ümumtəhsil internat məktəbləri , xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinin.
b) təhsil müəssisələrinin tərbiyəçilərinə , ( ümumtəhsil internat məktəbləri , xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa ) eşitmə kabinetlərinin təlimatçılarının , dərnək rəhbərlərinin , hərbi rəhbərlərin, bədən tərbiyəsi rəjbərlərinin.
c) uşaq evlərini,məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinin , tərbiyəçilərinin , musiqi rəhbərlərinin , praktik psixoloqların.
23. Yaradıcılıq məzuniyyətlərinin müddətləri nə qədərdir.?
a) işləməklə yanaşı doktoranturada təhsil alan ( o cümlədən doktoranturaya daxil olmaq üçün ) işçilərə hər tədris ilində  30 təqvim günü ödənişli məzuniyyət verilir.
b) dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 1 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.
c)  fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək , elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaq üçün isə iki ayadək ödənişli məzuniyyət verilə bilər.
24. Aşağıdakılardan hansı ödənişli təhsil məzuniyyəti deyil ?
a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək,laboratoriya işlərini yerinə yetirmək,yoxlamaları və imtahanları vermək üçün  verilən məzuniyyət .
b) dövlət imtahanlarını vermək üçün verilən məzuniyyət .
c) dövlət imtahanlarına və diplom işini hazırlamaq üçün verilən məzuniyət
25. Təhsil məzuniyyətlərinin müddəti nə qədərdir ?
a) ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20 təqvim günü , qalan kurslarda 30 təavim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 10 təqvim günü , digər kurslarda 20 təqvim günü məzuniyyət verilir.
b) ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü , qalan kurslarda 40 təavim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü , digər kurslarda 20 təqvim günü məzuniyyət verilir.
c) ) ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü , qalan kurslarda 40 təavim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 40 təqvim günü , digər kurslarda 20 təqvim günü məzuniyyət verilir.
26. İşçilərin xahişi ilə verilən ödənişçiz məzuniyyətlərin müddətləri nə qədərdir ?
a) doktarantura təhsili alan işçilərə - 2 təqvim günü
b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 21 təqvim günü
c) ailə , məişət və başqa social məsələləri həll etmək üçün işçilərə - 7 təqvim gününədək.
27. Aşağıdakılardan hansı hallarda işçilərin iş yeri və orta əmək haqqı saxlanılır ?
a) müvafiq dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi forumlarda , müşavirələrdə , iclaslarda və digət tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olnduqda
b)  işəgötqrənin razılığı əsasında parlament seçkilərində namizəd kimi iştirak etdikdə.
c) işəgötürənin razılığı ilə beynəlxalq tədbirlərdə iştirak etmək üçün zəruri hazırlıqlar aparıldıqda.
28. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun  növləri hansılardır ?
a) xəbərdarlıq etmək,töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdurdsa ,aylıq əmək haqqının ¼ - i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək,əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin " ç " bəndi ilə ləğv etmək.
b) töhmət vermək,sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək ,kollektiv müqavilələrdə nəzərdə nəzərdə tutulmuşdurdsa , aylıq əmək haqqının ¼ - i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək,əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin " ç " bəndi ilə ləğv etmək
c)  töhmət vermək,sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək ,  aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək ,əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin " ç " bəndi ilə ləğv etmək.
29. Uşaq hüquqlarını müdafiə edən orqanlar,birliklər və təşkilatlar hansıdır ?
a) Azərbaycan Respublikasında Uşaq hüquqlarının müdafiəsi məhkəmə , polis və prokurorluq orqanları , habelə Respublika uşaq birliyi və həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər.
b) Azərbaycan Respublikasında Uşaq hüquqlarının müdafiəsini məktəblər,uşaq evləri ,internat evləri , məhkəmə və prokurorluq orqanları , habelə həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər
v)  Azərbaycan Respublikasında Uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti , , məhkəmə və prokurorluq orqanları , bələdiyyələr , habelə ictimai birliklər , həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər.
30. Uşaq neçə yaşına çatdıqda öz hüquqlarının müdafiəsi üçün şəxsən məhkəməyə müraciət edə bilər ?
a) 14                                    b) 16                                    c) 15
31. Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə hansı güzəştlər verilir ?
a)  sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüquiqu verən iş stajına daxil edilir.
b) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüquiqu verən iş stajına daxil edilir  və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müavinət ödənilir.
c) sağlamlıq imkanları məhdud 16yaşınadək uşağa qulluq dövrü pensiya hüquiqu verən iş stajına daxil edilir və uşağa qulluq edən şəxsə əmək haqqının bir misli məbləğində müavinət ödənilir.
32. Tam dövlət təminatında olan sağlamlıq imkanları məhdud şəxslər kimlərdir ?
a)  karlar, korlar , nitq qüsurları olanlar , dayaq-hərəkət aparatının funksiyaları pozulanlar , əqli cəhətdən geri qalanlar ( debuillər, imbisillər ) , emosional – iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntular olanlar , psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər , mürəkkəb çatışmazlıqları olanlar .
b) karlar, korlar , nitq qüsurları olanlar , dayaq-hərəkət aparatının funksiyaları pozulanlar , əqli cəhətdən geri qalanlar ( debuillər, imbisillər ) , emosional – iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntular olanlar , psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər
c)  karlar və zəif eşidənlər , korlar və zəif görənlər , nitq qüsurları olanlar , dayaq-hərəkət aparatının funksiyaları pozulanlar , əqli cəhətdən geri qalanlar ( debuillər, imbisillər ) , emosional – iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar , psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər , mürəkkəb çatışmazlıqları olanlar .
33. Xüsusi təhsil almaq hüququnu təsbit edən sənədlər hansılardır  ?
a) xüsusi təhsil almaq hüququ psixoloji -tibbi pedaqoji komissiya, yetkinlik yaşına çatana isə tibbi-sosial ekspert komissiyası tərəfindən verilən sənədlə təsdiq olunur.
b) xüsusi təhsil almaq hüququ psixoloji -tibbi pedaqoji komissiya, dayaq-hərəkət aparatının funksiyası pozulanlara isə tibbi-sosial ekspert komissiyası tərəfindən verilən sənədlə təsdiq olunur.
c) xüsusi təhsil almaq hüququ psixoloji -tibbi pedaqoji komissiya, mürəkkəb çatışmazlıqları olanlara isə tibbi-sosial ekspert komissiyası tərəfindən verilən sənədlə təsdiq olun

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar