Cəfər Cabbarlının həyat və yaradıcılığına, əsərlərinə ithab edilmiş məktəb tədbiri ssenarisi
Salam hörmətli qonaqlar,əziz
müəllimlər və məktəbimizin şagirdləri.Tariximizdə bir nadir insan var.O, milli
təqvimə görə Novruz bayramı günü 20 mart 1899-cu ildə dünyaya göz açıb.Bu gün
biz bura həmin dahi şəxsiyyətin-Cəfər Cabbarlının yaradıcılıq gecəsini qeyd etməyə
toplaşmışıq.Bu gecə münasibəti ilə təşkil etdiyimiz tədbiri açıq elan edirik.
Cəfər Cabbarlı-bu ad Azərbaycan
ədəbiyyatında və Azərbaycan tarixində qızıl hərflərlə yazılmışdı.Ədibin yazıb
yaratdığı müxtəlif əsərlər Azərbaycan ədəbiyyatını-söz sənətini xeyli zənginləşdirmişdir.
O,yaradıcılığa lirik
şeirlərlə başlamışdır.Şeirləri ilə müxtəlif ruhda mövzülara toxunmuş yeni-yeni
yeniliklər gətirmişdi Azərbaycan ədəbiyyatına
Salam şeiri də bu lirik
şeirlər içərisində özünə məxsus şəkildə səslənən şeirlərdəndir.Gəlin ilk öncə Cəfər
Cabbarlının Salam şeiri ilə sizi salamlayaq
XX yüzilliyin sübh şəfəqəri
gürüb etməkdə olan əsrin qatı dumanlığından boy göstərməkdə idi.Bahar Xızı
dağlarına həmişəkindən tez gəlmişdi.Uzaq əsrlərin sınağından süzülüb gələn əziz
və müqəddəs Novruz bayramının gəlişi hər yerdə bir canlanma,yüksək əhval-ruhiyyə
yaratmışdır
Təbiətin xəsisliklə bu
yerlərə bəxş etdiyi təbəssümünü dərdlərin dağlar qədər ağırlığından qırışığı
açılmayan Cəlil kişinin ortancıl nəvəsi Qafar Cabbar oğlunu tanrının və taleyin
nur bərəkət payı kimi qiymətləndirirdi
Havanın eyni açılanda meşəyə
yol da açılırdI.Meşə yolu haqq yolu qədər onun üçün müqəddəs və bərəkətli
idi.Meşə yolu,yarpaq dolu yaşıl ağaclara o heç zaman qıymamış xəyanət etməmişdi
Qafar Cabbar oğlunun əl
atdığı ağaclar ayağı yerdən,əli göydən
üzülmüş,quru odun parçaları idi.O,oduna od vururdu.Sönmüş odu una dəyişirdi.Bu
iş davamlı olaraq təkrarlanırdı.
Qafar kişi odu una,odunu
çörəyə çevirirdi.Daha dəqiqi onun çörəyi oddan çıxırdı.Odun qırıb kömür
hazırlamaq işində ona böyük qardaşı İbrahim və özündən kiçik qardaşı Bayram'da
kömək edirdi.Ağır zəhmətin müqabilində ailəni dolandırmaq çox çətin idi.
İki qardaşına və üç
bacısına himəyədarlıq edən Qafar Cabbar oğlunun ailəsində Hüseynqulu,heydər və əjdər
adlı 3 oğlu da böyüyürdü.Həyat yoldaşı Şahbikə xanım isə dünyaya yeni övlad gətirməyə
hazırlaşırdı.Vəziyyətin ciddiliyini duyan Qafar kişi Bakıya səfərini təxirə
saldı.Qonşusu Şahbazı və böyük oğlu Hüseynqlunu haylıyan Qafar kişi kömür
ehtiyatını artırmaq üçün bir böyük öküzünü
və 2 çarxlı arabasını hazırlayaraq bu gün də meşəyə üz tutdu.
Son illər Şahbikə xanımın dünyaya gətirdiyi övladların
elə körpə ikən tələf olmaları onu bərk narahat edirdi.Tərs kimi meşə
qoruqçusunun onun qarşısına çıxması və həmişəki kimi onun keyfinə soğan
doğraması Qafar kişini fikrindən daşındırdı.Darıxdığını hiss edib 10 ilometr
yolu əli boş geri qayıtmaq məcburiyyətində qaldı.Meşədən əli boş qayıtmağın
üzücü yorğunluğunu bacısı Zərnişan xanımın muştuluq xəbəri unutdurdu
Ay qardaş
gözün aydın oğlun oldu.
Yeni doğulan körpə Qafar
kişinin sayca 7-ci sağ qalanlardan isə 4-cü övladı idi.Cəfər qafar oğlu dünyaya
gəlişi ilə ailəsini,yaxınlarını,qohumlarını sevindirdi.Bu münasibətlə heç bir rəsmi
şəxsə və orqana-mollaya,kəndxudaya
müraciət edilmədi.Kənd şəraitində buna luzum görülmür ehtiyyac
duyulmurdu
Bir dəfə kömür hazırlamaq
üçün meşədə odun doğrayarkən ağac parçası qəflətən gözünə dəymiş,bir gözü kor
olmuşdur.Daha kömür hazırlaya bilməyən Qafar kişi ailəsi ilə Bakıya köçmüş və
bundan sonra məşhur Dağlı məhəlləsində yaşamış,burada da vəfat etmişdir
Bu vaxt Cəfər hələ kiçik
idi,2-3 yaşı olardı.Atasının ölümündən sonra ailənin bütün ağırlığı anasının üzərinə
düşür .Anası Şahbikə dözümlü,çalışqan bir qadın idi.14 uşaq dünyaya gətirmişdi,lakin
həmin uşaqlardan ancaq 4 oğlu sağ qalmışdı.
Öncə onu qeyd edək
ki,C.Cabbarlı həyat yolunun mühüm dönəmlərini özündə əks etdirən xeyli rəsmi sənədlər
arxivlərdə mühafizə olunur.Bu sənədlərə əsasən demək olar ki,böyük dramaturqun
saölıöında ona verilən rəsmi sənədlərin heç birində onun təvəllüdünü ayı günü
göstərilməmişdi.Lakin qeyd etmək lazımdır ki,Bakı Politexnik məktəbindən
1920-ci ildə verilən şahadətnamə də
C.Cabbarlının 1897 ci ildə anadan olduğu göstərilmişdi.
1905-ci ildə 7-ci Müsəlmani
və Rusi məktəbinin 1-ci sinifinə daxil olanlardan biri də bəstəboy,qaynarbaxışlı
“dağlı ” balası sonralar söz sənətinin qüdrətli nümayəndəsi,görkəmli Azərbaycan
dramaturq kimi şöhrət qazanmış Cəfər cabbarlı idi.O da yüzlərlə həmyaşıdları
kimi elm aləmi,sənət meydanı deyilən sirli bir qapını ilk dəfə buradan açırdı
Həyatın təlatümlərindən,sənətin
zirvələrinə doğru ucalan yolu buradan başlayırdı.Çətin yollarda əlləridən tutan
müəllimləri,tanınmış ədib və pedoqoqlar-Süleyman Sani Axundov,Mikayıl Müşfiqin
atası,Abdulla Şaiq,Rəhim Bəy Şıxlınski kimi maarif fədailəri,işıqlı simalar ilə
fəxr edirdi.Onlara inanırdı və güvənirdi.
Beləliklə,dünyaya bahar
bayramında göz açmış C.Cabbarlı yaradıcılıq aləminə də "Bahar" şeiri
ilə gəlmiş,1915 –ci ildə ilk şeiri olan bu şeir ''Məktəb" jurnalının 6-cı
sayında dərc edilmişdi "Bahar","Ey dan
ulduzu"
Onun gənc yazıçı kimi
yetişdiyi dövrdə Milli Demokratik Respublika yaranır və C.Cabbarlı bu hadisələrə
çox böyük rəğbət bəsləyirdi.Demokratik respublikanın devrilməsindən
sonranC.Cabbarlı yenə də ədəbi yaradıcılıqla məşğul olur."Ölkəm" "Mənim tanrım"
seirlərini yazır
1919-cu
ildə Azərbaycan demokratik cümhuriyyətinin cəmi bir yaşı olarkən 20 yaşlı
C.Cabbarlı "Ölkəm" adlı şeir
yazdı.O dövrdə bu mövzuya toxunmaq çox aktual idi.Amma bu poetik əsərin mahnıya
çevrilməsi 10 il sonra baş tutdu.
İstedadlı musiqiçi Asəf Zeynallı "Ölkəm"ə musiqi
bəstələdi. Bu əsər bütün Azərbaycan musiqi tarixinin ən ciddi və əhəmiyyətli əsərlərindən biri
hesab olunur "Ölkəm" mahnısı
1915-1920-ci
illər C.Cabbarlının təkcə tələbəlik illəri deyil,həm də ədəbiyyata-sənətə gəldiyi
dövrdür.O,Azərbaycan dramaturgiyasında sosial
realizmin əsasını qoydu.
C.Cabbarlı
lirik şeirlərində yurdsuz, kimsəsiz, zavallı insanların halına acıyır,onların 1
parça çörəyə həsrət qaldıqlarını,ehtiyyac və yoxsulluq içindı boğulduğunu göstərirdi."Qürüb
çağı 1 yetim""Boranlı qış gecəsi" şeirlərindəki yetimin dağmada
can üstə olan xəstə ananın obrazı C.Cabbarlının bu şeirlərində halına acıdığı
iztirab və kədərinə şərik olduğu insanların obrazı idi. "Boranlı qış
gecəsi"
Ana! O
adln qarşısında 1 qultək həmişə səcdədə olmaq mənə fəxarətdi.Elə bir övlad
tapılmaz ki,o adın qarşısında baş əyməsin ona itayətini bildirməsin.Məhz,C.Cabbarlı
da həmin sənətkarlardandır,bütün övladların öz analarına demək isdədikləri sözləri
C.Cabbarlı onların adından söyləmişdir.
C.Cabbarlı
lirik şeirlərinin arasında heç şübhəsiz ,ən qüvvətlisi anadır.Şair bu əsərdə
ananın böyüklüyü və müqəddəsliyini bu zərif
vücud qarşısında ən qüvvətli insanın belə
gücsüzlüyünü,itaətkarlığını göstərirdi qüvvətli
təzadlar vasitəsilə ananın parlaq lirik-romantik obrazını yaratmış
olurdu. "Ana"
Milli
hökümət qqurulduqdan sonra C.Cabbarlının yaradıcılığında və həyatında xüsusi 1
yüksəliş müşahidə olunur.Bu illərdə o,parlamentdə stenoqraf işləyir,dramaturgiya
yaradıcılığını davam etdirir.1915-ci ildə
"Vəfalı Səriyyə "adlı ilk pyesini yazır.Gənc milli ədbəbi qüvvələrin
müxtəlif birliklərində iştirak edir."sevdiyim" "Azərbaycan
bayrağına" kimi şeirlərindəi gənc milli dövlətimizi və ana torpağın ülviyyətini
tərəkküm edirdi.Bu şeirlərdə poeziyamız üçün çox qiymətli olan milli qürur hisləri
vardır.
Bayraq-bir
millətin qeyrəti şərəfidir.əgər 1 dövlətin başının üstündə öz doğma bayrağı
dalğalanmırsa,demək ki o,dövlət kölədir.1918-ci ildə cümhuriyyətimiz yarandığı
zaman xalq cümhuriyyətimizin başının üstündə dalğalanan 3 rəngli bayrağımız
C.Cabbarlının hədsiz sevincinə səbəb olmuşdur.C.Cabbarlı bayrağımıza şeir həsr
etmiş ilk şairlərdən biridir."Azərbaycan bayrağına"şeirində
C.Cabbarlı 3 rəngli bayrağın rəmzlərini bədii şəkildə açırdı. "Sevdiyim"
"Azərbaycan bayrağına"
Ədibin bədii
yaradıcılığında hekayələri də müstəsna rol oynayır.Ədibin ilk hekayələrindən
onun həyata baxışının bir xususiyyəti özünü göstərir:yazıçının birmənalı şəkildə
yaxşı və pis adamlara bölünür ki ,bu da insan təbiətinə maarifçi münasibətin təzakürü
idi."Aslan vəFərhad" "Mənsur və Sitarə" "Əhməd və
Qumru" "Dilarə" adlı hekayələri də maarifçilik dünyagörüşünün
ifadəsi idi."Dilarə"adlı hekayələri də kasıb "Bəşir"i tək
bircə qızı Dilarəni savadlı ,bilikli,məktəbə
gedən uşaqların arasında olmasını arzulayan bir obraz kimi yaratmışdır.
Hörmətli
qonaqlar,sinifimiz "Dilarə" hekayəsində
qısa parçanı səhnələşdirib .Buyurub baxa bilərsiniz.
Şair
kimi C.Cabbarlının yaradıcıllığı üçün daha çox lirik-romantik və satirik şeirlər
səciyyəvidir.Bu bir tərəfdən şairin istedadı ilə bağlı idisə digər tərəfdən də
Azərbaycan ədəbiyyatının bu dövrdəki inkişaf meylləri ilə şərtlənirdi.Təsadüfi
deyil ki,satirik şeirlərində C.Cabbarlı bir sıra başqa şairlər kimi Sabir poeziyasına,onun saktirik uslubuna
yaxın idi.Romantik şeirləri,hekayələri və pyesləri isə əsrin əvvəllərində
yaranmaqda və təşəkkül etməkdə olan XX əsr Azərbaycan romantizminin üslub və
forması ilə yaxından səsləşirdi."Qızıma"
"İtil get" "Qızlardan kişilərə pretosto" "Kişilər deyirlər"
C.Cabbarlı
ədəbi faəliyyətə həm şair,həm nasir,həm də dramaturq kimi eyni vaxda başlamış
,sona qədər bu ədəbi janrlarda yazmış
və yaratmışdır.Bununla belə,xx əsrdə Azərbaycan ədəbiyyatında C.Cabbarlı məhz dramaturq kimi böyük izlər
qoymuşdur.Ədib 1915-1934 –cü illər arasında bu janra müntəzəm müraciət etmiş və
bənzərsiz pyeslər yazmışdır.1915-1918
–ci ildə"Nəsrəddin şah", 1918-ci ildə"Almas", 1932-ci ildə "Yaşar" və "Dönüş"C.Cbbarlının
milli dramaturgiyamızın xəzinəsinə bəxş
etdiyi pyeslərdir.
Biz-VIIIA
sinfi 17 yaşlı gənc bir dramaturqun yazdığı "Solğun
çiçəklər" pyesindən 1 parça səhnələşdirmişik.Gəlin birlikdə bu tamaşayı seyr edək.
Onun hər
əsəri müəyyən daxili həyacanın ,düşüncənin nəticəsi kimi meydana çıxırdı Klasik
Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sadiq qalan C.Cabbarlı eyni zamanda özünə məxsus bir səpkisi,orjinal gətirən 1 ədib kimi özünü
təsdiq etmişdir.Özünün "Mənsur və Sitarə"
əsərinə yazdığı operatta,bəstələdiyi
musiqilər bir daha buna sübutdur."Mən bir susmaz
duyğuyam ki" "Tellər oynadı"
C.Cabbarlı
musiqi vurğunu olmuş,xalq mahnılarıını çox sevmişdir.Yəqin buna görədir ki,ədib
öz pyeslərinin bəzilərinə özü bir neçə musiqi bəstələmişdir.pyes yazmazdan əvvəl qəhrəmanlarından birinin mahnısını fikirləşirdi.Sözlərini
yazır,hətta musiqisini də özü bəstələyirdi,sonra pyesi yazmağa başlayırdı.Məsələn:"Od gəlinində"Solmazın "Mən bir solmaz
yarpağam ki";"1905-ci ildə" əsərində Sonanın"Azad bir
quşdum";Almasda Yaxşının"Gərək günəş dağları aşıb sönməyəydi"
mahnıları belə yaranmışdır.Bir sıra mənbələrdən əldə olunan məlumatlarC.Cabbarlının
mahnılar bəstələdiyini təsdiqləyir. "Azad bir quşdum" mahnısı
C.Cabbarlı
yaradıcılığının ilk dövrü üçün xarakterik olan mühitdən və zamanədən şikayət,giley,bədbin
əhvali ruhiyyə,haqsızlığın və ədalətsizliyin baş alıb getdiyi 1 ölkədə milləti oyanışa çağırışı bu şairlərin də beyt
və misralarında öz əksini tapmışdır.Onun şeirlərində vətənpərvərlik
mübarizsizlik ,haqda çağırış,oyanış ön sıralardadır.Xalqın ,millətin əsarət içərisində
əzablar çəkdiyini görən lirik qəhrəmanın hiss,həyacan və düşüncələri bu şeirlərdə
belə ifadə olunmuşdur."Düşkün dünya"
Azərbaycan
xalq cümhuriyyətinin qurulması onun yaradıcılığa 1 növ yeni səhifə açır,milli
iftixar,qurur və vətənpərvərlik ruhu ilə"Ulduz və
ya Trablis müharibəsi" "Ədirnə fəthi"
pyeslərini yazır.Bu əsərlərini,eləcə də ,siyasi baxışlarına görə bir qrup
müavatçı ilə birlikdə "Çeka" həpsində
yatır.Həpsdən sonra isə Atəşpərəst Azərbaycan müsəlman ərəb istilasına qarşı
mübarizəsinin təsvir edildiyi "Od gəlini"
yaranır. Yeni sahiblər məmləkətin bütün
zənginliklərini çapıb aparırlar.Neft dövlətin malı elan edilir,Ərəbistana
daşınır.Azərbaycanlıları islam dinini qəbul etməyə məcbur edirlər.Əsər haqda həmin
dövrün tənqidçisi yazır.Mənzərənin rəmzliyi göz qabağındadır tamaşaçılar üçün ərəb
və islam sözləri yerinə,rus və komunizm sözlərini qoymaq mənanı
aktuallaşdırardı.
Bu illərdə
C.Cabbarlı bədii tərcümə ilə məşğul olur.Şekspirin "Hamlet"
"Otello",Şirlerin "Qaçaqlar" əsərlərini,Lev Tolstoyun "Uşaqlıq" povestini və Maksim Qarkinin "Üzü gülər" hekayəsini
dilimizə çevirir
Onun ədəbi
yolu çətin və ziddiyyətli olsa da ,yüksəliş və tərəqqi yolu idi.ictimai
reallığı əks retdirən "Sevil" "Almas" "Yaşar"
"Dönüş" "Aydın"
kimi əsərləri məhz həmin dövrün diktəsi ilə yazılmışdır.Və Azərbaycan zəhmətkeşlərinin
azad,gözəl,həyat haqqındakı arzları ,xalqın irəliyə,işığa və səadətə doğru meyilləri il bağlı idi.Bütün həyatını
teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri
olan kinoya da böyük əhəmiyyət verir.Azərbaycan milli kinosunun yaranması və
inkişafı üçün əlindən gələni əsirgəmir.1928-1930-cu illərdə onun senarisi əsasında
"Sevil" "Hacı
qara" "Almas"
filmləri çəkilir.Bu onun 37 illik gərgin həyatının kiçik ayrıntılarıdır. "Açan solan çiçəklər"
Yazıçının
qısa bir vaxt ərzində yaratdıqlarına-teatr,kino,tərcümə,jurnalistika,opera və
teatrsunastlıq sahəsində gördüyü ağlasılmaz nəhəng işlərə bir də bəstəkarlıq
yaradıcıllığını əlavə etsək,belə qənaətə
gələ bilərik ki,C.Cabbarlı əsl sənət fədaisi,xalqının maariflənməsi yolunda
canını əsirgəməyən,Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı üçün
ömrünün sonuna qədər çalışan dahi bir şəxsiyyət olmuşdur."Olmasın" "Məhəbbət
aləmi"
Ölüm
haqdır deyənə insaf!Hələ qarşıda nələr vardır,nələr......? Bəlkədə xalqın tərəqqisinin
ana xətti saydığı Azərbaycan dramaturgiyasının,teatrını, kinosunun inkişafında
daha çox uğurlara imza atacaqdı,bəlkə də....
Bu
fenomen insan olan C.Cabbarlının çoşqun bir həvəs və enerji ilə yazıb yaratdığı
bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün
bütövlüklə Azərbaycan xalqı üçün böyük
bir itki oldu.Müasir Azərbaycan ədəbi
dilin formalaşmasında müstəsna xidməti olan görkəmli dramaturq 31 dekabr 1934-cü ildə vəfat etdi.Özünün
dediyi kimi
Ölmək!....
əvəli torpaq
Sonu torpaq "Olsun qoy"
Deyilənlərə
görə o, ürək xəstəliyindən vəfat etmiş,Bakıda Fəxri xiyabanda dəfn
edilmişdi.Lakin o vəfat etsə də onun yazdığı əsərlər öz əhəmiyyətini itirməmişdi.
QEYD: COPY PASTE sevən "BLOQ YAZARLARI" ---- Kopyalayıb yayımlamaq QADAĞANDIR.
Müəllif: Gülşən Hüseynova
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.