1. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən
təhsilin icbariliyi necə təmin olunur?
Cavab: AR Konstitusiyasının 42-ci maddəsil ilə təhsil
hüququ təmin olunur. Həmin maddədə göstərlir:
1.
Hər bir
vətəndaşın təhsil almaq hüququ vardır.
2.
Dövlət pulsuz
icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
3.
Təhsil
sisteminə dövlət tərəfindən nəzarət edilir.
4.
Maddi
vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə
dövlət zəmanət verir.
5.
Dövlət
minimum təhsil standartlarını müəyyən edir.
2. Təhsil haqqında Qanunda təhsil sahəsində dövlət
siyasətinin əsas prinsipləri necə müəyyənləşdirilmişdir?
Cavab: humanistlik, demоkratiklik, bərabərlik,
millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, vəhdətlik,
daimilik, varislik, liberallaşma, inteqrasiya
Ətraflı:
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə 3. Təhsil
sahəsində dövlət siyasətinin əsas prinsipləri
- 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas
prinsipləri aşağıdakılardır:
- 3.0.1. humanistlik – milli və ümumbəşəri
dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının,
sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və
- insanlara qayğı və hörmətin, tоlerantlıq və
dözümlülüyün priоritet kimi qəbul оlunması;
- 3.0.2. demоkratiklik – təhsilalanların azad
düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla
təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların
genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;
- 3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər
şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun
təmin оlunması;
- 3.0.4. millilik və dünyəvilik – milli və
ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin
edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf
etdirilməsi;
- 3.0.5. keyfiyyətlilik – təhsilin mövcud
standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin,
cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
- 3.0.6. səmərəlilik – təhsilin və elmi
yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən
müasir metоdlarla təşkili;
- 3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud
təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir
neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında
sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı
bоyu ardıcıl davam etməsi;
- 3.0.8. varislik – təhsil sahəsində əldə оlunmuş
bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;
- 3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil
fəaliyyətinin açıqlığının genişləndirilməsi;
- 3.0.10. inteqrasiya – milli təhsil sisteminin
dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və
qоvuşması əsasında inkişafı.
3. Azərbaycan Respublikasında hansı təhsilalma
formaları tətbiq edilir?
Cavab: əyani, qiyabi, distant, sərbəst
Ətraflı:
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 13. Təhsilalma formaları
Maddə 13. Təhsilalma formaları
- 13.1.1. əyani;
- 13.1.2. qiyabi;
- 13.1.3. distant (məsafədən);
- 13.1.4. sərbəst (eksternat).
- 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş
təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna
bilər.
- 13.3. Zəruri hallarda, müasir təhsil
texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma fоrmaları da tətbiq
edilə bilər.
4. Azərbaycan Respublikasında təhsilin hansı formaları
tətbiq olunur?
Cavab: formal, qeyri-formal, informal.
Ətraflı:
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 12. Təhsilin formaları
Maddə 12. Təhsilin formaları
- 12.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil
formaları tətbiq olunur:
- 12.1.1. fоrmal (dövlət təhsil sənədinin verilməsi
ilə başa çatan təhsil forması);
- 12.1.2. qeyri-fоrmal (özünütəhsil yоlu ilə
biliklərə yiyələnmənin fоrması);
- 12.1.3. infоrmal (müхtəlif kurslarda, dərnəklərdə
və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə
müşayiət оlunmayan təhsil fоrması).
- 12.2. Fоrmal təhsilin təşkili qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5. Azərbaycan Respublikasında təhsilin hansı pillələri
və səviyyələri var?
Cavab: Məktəbqədər təhsil, ümumi təhsil, ilk
peşə-ixtisas təhsili, orta-ixtisas təhsili, ali təhsil.
Ətraflı:
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 17. Təhsilin pillələri və səviyyələri
Maddə 17. Təhsilin pillələri və səviyyələri
- 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil
pillələri və səviyyələri müəyyən оlunur:
- 17.1.1. Məktəbəqədər təhsil.
- 17.1.2. Ümumi təhsil:
- 17.1.2.1. ibtidai təhsil;
- 17.1.2.2. ümumi оrta təhsil;
- 17.1.2.3. tam оrta təhsil.
- 17.1.3. İlk peşə-iхtisas təhsili.
- 17.1.4. Оrta iхtisas təhsili.
- 17.1.5. Ali təhsil:
- 17.1.5.1. bakalavriat;
- 17.1.5.2. magistratura;
- 17.1.5.3. dоktоrantura.
- 17.2. Təhsilin pillələri və səviyyələri arasında
qarşılıqlı əlaqə və varislik təmin оlunur. Hər bir təhsil pilləsi
(məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın
nəticələrinə uyğun оlaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə
başa çatır.
- 17.3. Təhsilin pillələri və səviyyələri üzrə
fəaliyyət müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Təhsilalanın
əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və
səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
6. Ümumi təhsilin məqsədi nədir?
Cavab: "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu, maddə 19.
- 19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi
əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin
aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin
edir.
- 19.2. Ümumi təhsil təhsilalanların fiziki və
intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam
həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün
formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına,
ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin
müəyyən edilməsinə imkan yaradır.
- 19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
7. Ümumi təhsilin səviyyələri hansılardır? Hər bir
səviyyə üzrə təhsilin məqsədi nədir?
Cavab: İbtidai təhsil, ümumi orta təhsil, tam orta
təhsil
Ətraflı:
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
- 19.4. Azərbaycan Respublikasında ümumi təhsil
ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta təhsildən ibarətdir.
- 19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə
müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra
hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
- 19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində,
xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk
peşə-iхtisas və оrta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin
tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər.
- 19.7. Ümumi təhsil sistemində təhsilalanların
fiziki inkişafını təmin etmək və müхtəlif yaradıcılıq qabiliyyətlərini
inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq
olunur.
- 19.8. Ümumi təhsili хüsusi nailiyyətlərlə başa
vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada
qızıl və ya gümüş medalla təltif оlunurlar.
- 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara
охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət
və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri,
estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.
- 19.10. İbtidai təhsil müvafiq təhsil prоqramına
əsasən həyata keçirilir.
- 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil
altı yaşdan başlanır.
- 19.12. Valideynlərin və ya uşaqların digər qanuni
nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları
müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda
qəbul edə bilər.
- 19.13. Ümumi оrta təhsilin məqsədi
təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının,
idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına
daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı
haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir
informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini,
hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini
müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
- 9.14. Azərbaycan Respublikasında ümumi orta
təhsil icbaridir.
- 19.15. Ümumi orta təhsil müvafiq təhsil
prоqramına əsasən həyata keçirilir.
- 19.16. Ümumi оrta təhsil səviyyəsində yekun
qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq
dövlət sənədi verilir. Ümumi оrta təhsil haqqında sənəd təhsilin növbəti
pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
- 19.17. Tam оrta təhsil səviyyəsində
təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil
həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və
ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin
və tоlerantlığın fоrmalaşdırılması, müasir informasiya-kommunikasiya
teхnоlоgiyalarından və digər teхniki vasitələrdən sərbəst istifadə etməsi,
iqtisadi biliklərin əsaslarına yiyələnməsi, хarici dillərdən birində,
yaхud bir neçəsində ünsiyyət saхlaması və s. təmin оlunur.
- 19.18. Tam оrta təhsil ümumi təhsilin hər üç
səviyyəsini əhatə edən təhsil prоqramlarının tam mənimsənilməsini nəzərdə
tutur. Dövlət təhsil müəssisələrində tam оrta təhsil pulsuzdur.
- 19.19. Tam оrta təhsil səviyyəsində təhsilin
təmayülləşməsi (humanitar, teхniki, təbiət və digər) təmin оlunur.
- 19.20. Tam оrta təhsil umumi təhsilin sonuncu
səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin
qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir.
Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli
sənəd – attestat verilir.
- 19.21. Tam оrta təhsil haqqında sənəd təhsilin
növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
8. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran
məzunlar necə qiymətləndirilir?
Cavab: qızıl və gümüş medallarla təltif olunurlar.
- Ətraflı: “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa
vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası”http://testlerim.org/senedler/viewpdf.php?url=22
9. Ümumi təhsil pilləsinin səviyyələri üzrə formal
təhsil necə təşkil edilir?
Cavab: ibtidai təhsil səviyyəsində - əyani; ümumi və
tam orta təhsil səviyyələrində - əyani, sərbəst (eksternat).
Ətraflı:
“Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş
medalla təltif olunma qaydası”http://testlerim.org/senedler/viewpdf.php?url=18
- 5. Təhsil pillələri və səviyyələrində təhsilalma
formalarının tətbiqi aşağıdakı kimi müəyyən edilir:
- 5.1. ümumi təhsil pilləsi üzrə:
ibtidai təhsil səviyyəsində - əyani;
ümumi orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);
tam orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);
10. Ümumtəhsil məktəblərində tədris hansı dillərdə
aparıla bilər?
Cavab: Vətəndaşların və təsisçilərin istəyindən asılı
olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan
coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris
müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
Ətraflı:
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 7. Tədris dili
Maddə 7. Tədris dili
- 7.1. Azərbaycan Respublikasının təhsil
müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
- 7.2. Vətəndaşların və təhsil müəssisəsi
təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi hallarda (Azərbaycan
Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr və ya müvafiq icra
hakimiyyəti оrqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində
Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası
fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil standartları
əsasında digər dillərdə də aparıla bilər.
- 7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar
üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada və təhsil
prоqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil оlunur.
11. Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil
edilir?
Cavab: evdə təhsil – müvafiq təhsil prоqramlarına
uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrmasıdır.
Ətraflı:
“Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin
təşkili Qaydalarının təsdiq edilməsi barədə” NK-nin qərarı
http://testlerim.org/senedler/viewpdf.php?url=56
http://testlerim.org/senedler/viewpdf.php?url=56
12. Fərdi təhsil nə deməkdir? Fərdi təhsil necə təşkil
edilir?
Cavab: fərdi təhsil – müхtəlif səbəblərdən uzun müddət
təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə хüsusi istedadı
ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil fоrmasıdır.
13. Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə
xidməti necə həyata keçirilir?
Cavab: Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə
xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi
haqqında" 2002-ci il 29 aprel tarixli 74 nömrəli, "Xüsusi təhsil
müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2002-ci il 10
may tarixli 78 nömrəli, "Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi
xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2010-cu
il 25 noyabr tarixli 217 nömrəli və "Təhsil müəssisəsində iaşə və tibb
xidmətinin təşkili Qaydası və Normaları"nın təsdiq edilməsi haqqında"
2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarlarına uyğun olaraq həyata
keçirilir.
Ətraflı:
"Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamənin təsdiq edilməsi
haqqında"
http://testlerim.org/senedler/viewpdf.php?url=63
"Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" NK-nin qərarı:
http://testlerim.org/senedler/viewpdf.php?url=43
"Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"
http://testlerim.org/senedler/viewpdf.php?url=105
"Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"
http://testlerim.org/senedler/viewpdf.php?url=19
http://testlerim.org/senedler/viewpdf.php?url=63
"Xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" NK-nin qərarı:
http://testlerim.org/senedler/viewpdf.php?url=43
"Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"
http://testlerim.org/senedler/viewpdf.php?url=105
"Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"
http://testlerim.org/senedler/viewpdf.php?url=19
14. Dövlət ümumtəhsil məktəblərində pullu təhsil
həyata keçirilə bilərmi?
Cavab: Dövlət ümumtəhsil məktəblərində təhsil
pulsuzdur.
15. Ümumi təhsil müəssisələrinə hansı tipdən və növdən
olan təhsil müəssisələri aid edilir?
Cavab: ibtidai, orta və tam orta ümumtəhsil
məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat
məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və
internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr,
istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər
müəssisələr.
16. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta
ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə
başlamış gənc mütəxəssislər üçün hansı əlavə güzəştlər və stimullaşdırıcı
tədbirlər nəzərdə tutulmuşdur?
Cavab: kommunal xidmətləri və yaşayış yerinin kirayə
haqqını ödəmək üçün kompensasiya verilsin və yaşayış sahələrinə ehtiyaclarının
ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik,
rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində
gənc mütəxəssislərə ayda 100 (yüz) manat məbləğində əlavə ödəniş və s.
Ətraflı: “Pedaqoji profilli ixtisaslar üzrə ali və
orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində
işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı
tədbirlərin müəyyən edilməsihaqqında”
http://testlerim.org/senedler/viewpdf.php?url=106
http://testlerim.org/senedler/viewpdf.php?url=106
17. "Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumlar)"ında ümumi təhsilin məzmununa verilən ümumi
tələblər hansılardır?
Cavab: Umumi təhsilin məzmununa dair umumi tələblər
aşağıdakılardır:
- təhsilin məzmununu təhsilalanın və cəmiyyətin
tələbatına, dovlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
- məzmunu nəticəyonumluluk, şəxsiyyətyonumluluk,
şagirdyonumluluk, inteqrativlik prinsipləri əsasında muəyyənləşdirmək;
- təhsilalanların təlim marağını, potensial
imkanlarını, sağlamlığının təhlukəsizliyini nəzərə almaqla onlara davamlı
inkişaflarını təmin edən, mustəqil həyatda lazım olan zəruri biliklərin və
əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin
etmək;
- təhsilin məzmununa şagirdlərin umumi inkişafına
xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlu
məsələlərin daxil edilməsinə yol verməmək.
18. Ümumi təhsilin infrastrukturuna nə daxildir?
Cavab: Ümumi təhsilin infrastrukturuna təhlükəsiz
təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri
imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və
qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana,
rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.
Ətraflı: "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumlar)"
http://testlerim.org/senedler/viewpdf.php?url=52
19. "Uşaqların (şagirdlərin) ümumi təhsil
müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən I və X siniflərə
qəbul necə həyata keçirilir?
Cavab: I siniflərə qəbul uşağın doğum haqqında
şəhadətnaməsinin surəti, sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki)
ədəd 3x4 ölçüdə fotoşəkil olmaqla valideynin ərizəsi əsasında; X siniflərə
qəbul isə şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında
aparılır.
20. Müəllimlərin etik davranış qaydaları nə üçündür,
etik davranış prinsipləri və onlara verilən tələblər hansılardır?
Etik davranış prinsipləri aşağıdakılardır:
Qanunun aliliyi; vicdanlılıq; peşəkarlıq və fərdi
məsuliyyət; loyallıq; mədəni davranış; qərəzsizlik; gender bərabərliyi; ictimai
etimad; konfidensiallıq.
21. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər hansılardır?
Cavab:
1.
Səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
2.
Təhsilalanların
fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları
vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək
nüfuzlu təhsilverənin formalaşdırılması.
3.
Nəticələrə
görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik,
dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə
yeni idarəetmə sisteminin formalaşdırılması.
4.
Müasir
tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun
yaradılması.
5.
Təhsilin
dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə
mexanizminin yaradılması.
22. Dövlət Strategiyasında ümumi təhsilin inkişafı ilə
bağlı hansı strateji hədəflər və tədbirlər nəzərdə tutulmuşdur?
23. Səriştə əsaslı ümumi təhsil dedikdə nə nəzərdə
tutulur?
Cavab: Səriştə əsaslı təhsil şagirdə nəinki bilik
verir, eyni zamanda şagird müəyyən bacarıqlar əldə edir, onları müxtəlif
situasiyalarda yaradıcı tətbiq etməyi bacarır. O şəxsin qazandığı bilik və
bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə
əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.
24. 12 illik ümumi təhsilin səviyyələri üzrə formal
təhsilin müddəti necə müəyyənləşdirilmişdir? 12 illik ümumi təhsilin tam orta
təhsil səviyyəsində təhsilin məzmununda hansı yeniliklər nəzədə tutulur?
Cavab: Formal təhsilin 10 illik icbari ümumi orta və 2
illik tam orta təhsildən ibarət olması nəzərdə tutulmuşdur.
Tam orta təhsil səviyyəsində yenilik həmin səbiyyədə təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsindən ibarətdir.
Tam orta təhsil səviyyəsində yenilik həmin səbiyyədə təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsindən ibarətdir.
25. İstedadın erkən yaşdan aşkar olunması, inkişafı
ilə bağlı hansı hədəflər nəzərdə tutulmuşdur?
Cavab:
- şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması:
- istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində tətbiqinin təmin edilməsi;
- hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərinin yaradılması.
- şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması:
- istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində tətbiqinin təmin edilməsi;
- hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərinin yaradılması.
26. Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və
təhsil mühitinə inteqrasiyasının təmin edilməsi üçün hansı tədbirlər
görülməlidir?
Cavab:
- xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması:
- xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;
- məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi.
- xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması:
- xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;
- məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi.
27. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim
yüksəldilməsini təmin etmək üçün hansı tədbirlər görülməlidir?
Cavab:
Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması:
- təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi;
- təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması;
- müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi;
- pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması:
- təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi;
- təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması;
- müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi;
- pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
28. Müəllim peşəsinin nüfuzunun artırılması üzrə
Dövlət Strategiyasında nəzərdə tutulmuş tədbirlər hansılardır?
Cavab:
- müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı:
- səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması;
- müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması;
- müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi;
- müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı:
- səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması;
- müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması;
- müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi;
29. Ümumi təhsil müəssisələrində nəticəyönlü və şəffaf
idarəetmə modelinin tətbiqi nələri nəzərdə tutur?
Cavab:
- təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması:
- təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi;
- təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması;
- maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi;
- təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması:
- təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi;
- təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması;
- maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi;
30. Ümumi təhsil müəssisələrində tədris ilinin
uzadılması ilə əlaqədar "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə
edilmiş dəyişikliklər hansılardır?
Cavab:
Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
- birinci yarımil - 15 sentyabr - 26 yanvar;
- ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
- birinci yarımil - 15 sentyabr - 26 yanvar;
- ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
- 5 gün payız tətili (16-20 noyabr);
- 5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
31. Məktəb direktorlarının vəzifə funksiyaları hansı
normativ hüquqi sənədlə müəyyənləşdirilmişdir?
Cavab: Təhsil sahəsi işçilərinin qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən.
Ətraflı: “Təhsil sahəsi işçilərinin qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”
32. Ümumi təhsilin idarə olunması necə xarakter
daşıyır?
Cavab: . Ümumi təhsilin idarə olunması dövlət-ictimai
xarakter daşıyır.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
33. Ümumi təhsil müəssisəsinin idarə olunmasına kim
müdaxilə edə bilər?
Cavab: Yalnız təhsili idarəetmə orqanları.
Ətraflı: "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu
Maddə 13. Təhsilalma formaları
Maddə: 30.9. Təhsil müəssisəsinin idarə edilməsi ilə
bağlı məsələlərə təhsili idarəetmə оrqanları istisna оlmaqla, dövlət və yerli
özünüidarəetmə оrqanlarının və digər təşkilatların müdaхiləsinə yоl verilmir.
34. Ümumi təhsilin dövlət standartlarına görə təhsilin
idarə olunması hansı üç prinsip əsasında həyata keçirilir?
Cavab: hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və
inkişafın monitorinqi.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
35. Pedaqoji şurada qəbul olunmuş qərarların icrası
ilə bağlı əmr verilməlidirmi?
Cavab: Bəli, qəbul olunmuş qərarlar məktəb
direktorunun əmrləri ilə rəsmiləşdirilməlidir.
Ətraflı: “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası
haqqında Əsasnamə”
36. I və X siniflərə şagird qəbulu zamanı hansı
sənədlər tələb olunmalıdır?
Cavab: I sinfinə qəbul üçün valideynin ərizəsi, uşağın
doğum haqqında şəhadətnaməsinin surəti və sağlamlığı haqqında arayış (forma
26U); X sinfinə qəbul üçün şagirdin ərizəsi və ümumi orta təhsil haqqında
şəhadətnaməsi hesab edilir.
Ətraflı: “Uşaqların (şagirdlərin) ümumi təhsil
müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”
37. Hansı əsasda ibtidai sinif şagirdləri təkrar
sinifdə saxlanıla bilər?
Cavab: Yalnız uzunmüddətli xəstəlik və təhsildən
yayınma halı olduqda.
Ətraflı: “Ümumi təhsil müəssisələrində şagirdlərin
sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar”
Maddə 9. İbtidai təhsil səviyyəsində tədris
proqramlarının yerinə yetirilməməsinə görə, şagirdlərin təkrar sinifdə
saxlanmasına yol verilmir. Həmin şagirdlər psixoloji-tibbi- pedaqoji
komissiyanın qərarı ilə digər təhsil proqramları ilə təhsilə cəlb olunurlar.
İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması
üçün yeganə əsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesab edilir.
38. Bir şəhərdə (rayonda) yerləşən ümumtəhsil
məktəbində işləyən müəllimin digər şəhər (rayon) məktəbinə yerdəyişməsi necə
həyata keçirilir?
Cavab: Nazirlik tərəfindən elektron proqram təminatı
tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu QAYDALARI”
Maddə 1.3. Müəssisələrdə müddətsiz müqavilə ilə
işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi
və ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən elektron
proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə
həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən
müəyyənləşdirilərək elan edilir və bu məqsədlə komissiyalar yaradılır.
39. Şəhər (rayon) daxilində bir ümumtəhsil məktəbində
işləyən müəllimin digər məktəbə yerdəyişməsi necə həyata keçirilir?
Cavab: Hər iki müəssisə rəhbərinin rəyi əsasında
tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata
keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu QAYDALARI”
Maddə 1.4. Müəssisələrdə müddətsiz müqavilə ilə
işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər
iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı
tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Yerdəyişmənin nəticələri Nazirliyin bazasına daxil
edilir. Nazirlik yerdəyişmənin mövcud qaydalara uyğunluğunu yoxlayır və müvafiq
rəyini tabelik üzrə təhsili idarəetmə orqanlarına təqdim edir.
40. Məktəbin Nizamnaməsi necə hazırlanır, harda qəbul
edilir və harda qeydiyyatdan keçirilir?
Cavab: Məktəbin fərdi Nizamnaməsi AR Nazirlər Kabineti
tərəfindən təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən
hazırlanır, məktəb Şurasında təsdiq edilir, Təhsil Nazirliyində qeydiyyatdan
keçirilir.
41. Ümumtəhsil məktəblərində təhsilalanların geyim
forması kim tərəfindən müəyyən edilir?
Cavab: Ümumtəhsil məktəblərində təhsilalanların geyim
forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.
Ətraflı: "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu
Maddə 14.10. Azərbaycan Respublikasında bütün təhsil
müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.
42. Digər məktəbdən məktəbə şagird qəbuluna əsas verən
sənəd hansıdır?
Cavab: Şagirdin şəxsi işi.
Ətraflı:
“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi
Qaydaları”
http://testlerim.org/senedler/viewpdf.php?url=28
http://testlerim.org/senedler/viewpdf.php?url=28
43. Şagirdlərin şəxsi işində hansı məlumatlar qeyd
edilir, kim tərəfindən aparılır, şagird məktəbdən getdikdə şəxsi iş kimə
verilir, məktəbi qurtardıqda nə qədər saxlanılır?
Cavab: Bütün tipdən olan məktəblərdə hər bir şagirdin
məktəbə daxil olduğu andan onu bitirənə qədər (gedənə qədər) aparılır. Şagirdin
şəxsi işinə aşağıdakılar yazılır:
- Şagird haqqında ümumi məlumat;
- Siniflər üzrə yekun müvəffəqiyyəti.
Şagirdin IX-XI siniflərdə oxuduğu dövrdə əsas təhsil
haqqında şəhadətnaməsi şəxsi işdə saxlanılır və orta məktəbi bitirdikdə ona
verilir. Şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi
müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti
haqqında məlumat) qoyulur.
Şagirdlərin şəxsi işləri I-IV siniflərdə sinif
müəllimləri, V-XI siniflərdə sinif rəhbərləri tərfindən aparılır.
Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə
əsasən valideynə və ya onu əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra
şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanılır.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması
haqqında TƏLİMAT”
44. Sinif jurnallarının aparılmasına kim nəzarət edir,
kimlər tərəfindən aparılır, məktəbdə nə qədər saxlanılır?
Cavab: Dövlət sənədidir və onun aparılması hər bir
müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü müəyyən
edilir: I-IV siniflər və V-XI siniflər üçün.
Məktəbin direktoru və onun təlim-tərbiyə işi üzrə
müavini sinif jurnallarının saxlanmasını təmin edir və onun aparılmasının
üzərində müntəzəm nəzarəti həyata keçirir.
Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutulur və
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş forma üzrə
hər sinif üçün ayrıca aparılır. Paralel siniflərin jurnalları literlərlə
nömrələnir. Məsələn, 1A sinif, 1B sinfi və s.
Direktorun təlim-təbiyə işi üzrə müavini (məktəbin
direktoru) tədris planında hər bir fənn üçün ayrılmış saatların miqdarına uyğun
olaraq, şagirdlərin il ərzində müvəffəqiyyət və davamiyyətinin cari uçotu üçün
jurnalda ayrılmış səhifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə
göstəriş verir (həftədə 1 saat üçün 2 səhifə, 2 saat üçün 4 səhifə, 3 saat üçün
5 səhifə, 4 saat üçün 7 səhifə, 5 saat üçün 8 səhifə, 6 saat üçün 9 səhifə).
Müəllim şagirdin biliyini yoxlayıb qiymətləndirərək,
jurnalda qiymət yazır, habelə davamiyyəti mütləq qeyd edir. Jurnalın cari
səhifəsində dərsdə öyrədilən mövzunu və ev tapşırığını yazır. Sol tərəfdə
dərsin tarixini yazır, gəlməyənləri “q” hərfi ilə qeyd edir.
İkiləşmiş dərslər aparıldıqda hər bir dərsin tarixi və
mövzusu ayrılıqda qeyd olunur.
Yazı işlərinin qiyməti həmin işin aparıldığı günün
qrafasında qeyd olunur. Aparılmış praktik və laboratoriya işlərinin,
ekskursiyaların, yoxlama yazı işlərinin, habelə təkrar dərsləri mövzuları və
onlara sərf olunana saatların miqdarı dəqiq göstərilir. Sinif iki qrupa
bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.
Hər bir tədris rübü (yarımil) üçün qiymət rübdə
(yarımildə) həmin fənn üzrə sonuncu dərsin tarixindən sonra qoyulur. Bununla
bir vaxtda rüblük (yarımillik) qiymət sinif rəhbəri tərəfindən “şagirdlərin
müvəffəqiyyəti haqqında yekun məlumat” səhifəsinə köçürülür.
Hər ay sinif rəhbəri tərəfindən “Şagirdlər tərəfindən
buraxılmış dərs və günlərin miqdarı haqqında məlumat” bölməsində şagirdlərin
buraxdıqları gün və dərslərin miqdarı yazılır. Hər bir şagird və sinif
tərəfindən buraxılan gün və dərslərin miqdarı bütünlükdə rüb (yarımil) və dərs
ili üçün yekunlaşdırlır. Şagird uzun müddət xəstə olduqda onunla məşğələ evdə
(sanatoriya, xəstəxanada) aparılır. Keçirilmiş məşğələlər barədə jurnalda
xüsusi yapışdırlmış vərəqdə müəllimlər tərəfindən qeyd aparılır, yaxud
məşğələlər haqqında arayışa əsasən qeyd olunur. “Şagirdlərin fiziki hazırlılğının
göstəriciləri” və ƏMH kompleksi nişanı ilə mükafatlandırma haqqında məlumat
səhifələri bədən tərbiyəsi müəllimi tərəfindən doldurulur.
“Sinif jurnalının aparılması haqqında qeydlər”
səhifəsi təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direktoru tərfindən
doldurulur. Sinif jurnalı şagirdlər məktəbi bitirdikdən 5 il müddətinə
saxlanılır, sonra şagirdlərin müvəffəqiyyəti haqqında yekun məlumat” cədvəli
çıxarılır və daimi saxlanılmaq üçün arxivə verlir.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması
haqqında TƏLİMAT”
45. Ümumi təhsil sənədinin alınması, qeydiyyatı,
saxlanması və uçotu işinin aparılması kim tərəfindən həyata keçirilir?
Cavab: Şəhadətnamənin və attestatın müəyyən edilmiş
qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin
təşkili üçün ümumi təhsil müəssisələrinin direktorları məsuliyyət daşıyırlar.
Ətraflı: “Ümumi təhsil pilləsində təhsil haqqında
dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası”
46. Şəhadətnamə və attestatların qeydiyyat kitabı
məktəbdə neçə il saxlanılmalıdır?
Cavab: Şəhadətnamə və attestatların qeydiyyat kitabı
məktəbdə daimi saxlanılır.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması
haqqında TƏLİMAT”
http://testlerim.org/senedler/viewpdf.php?url=101
http://testlerim.org/senedler/viewpdf.php?url=101
47. Ümumi təhsilin səviyyələrini hər hansı bir
səbəbdən başa vura bilməyən şəxslərə hansı sənəd verilir?
Cavab: Valideynlərin və ya digər qanuni
nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün
müddətində müvafiq formalı arayış verilir.
Ətraflı: “Müxtəlif səbəblərdən təhsilin hər hansı
pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası”
48. Məktəbin pedaqoji sənədlərinə nə daxildir? Hansı
məktəb sənədləri təhili idarəetmə orqanı tərəfindən təsdiqlənir?
Cavab: Məktəbin tədris-pedaqoji sənədləri şagirdin
şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından,
günüuzadılmış qrupun jurnalından, tam orta təhsil haqqında attestat
blanklarının uçotu və verilməsi kitabından, ümumi orta təhsil haqqında şəhadətnamə
blanklarının uçotu və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi
heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından,
məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından
ibarətdir.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”
http://testlerim.org/senedler/viewpdf.php?url=101
49. Məktəbin maliyyə-təsərrüfat sənədlərinə nələr daxildir?
Cavab: Məktəbin texniki pasportu, əsas vəsaitlərin
inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün
materialların verilməsi cədvəli, istismarda oan ucuz qiymtəli və tez işlənən
əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana
fondunun inventar kitabı
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT”:
http://testlerim.org/senedler/viewpdf.php?url=101
50. Məktəbin texniki pasportunda nələr əks olur?
Cavab: Məktəb binasının, müvafiq sxemlər əlavə
edilməklə bütün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın (su
kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma,
telefonlaşdırma) xarakteristikası.
Ətraflı: “Məktəb sənədlərinin aparılması və saxlanması
haqqında TƏLİMAT”
51. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris
bazasına nələr daxildir?
Cavab: Ümumi təhsil müəssisəsinin maddi-texniki və
tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və
akt zalı, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı,
informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar,
tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii
ədəbiyyat fondu daxildir.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
52. Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar
mənbələrdən daxil olan vəsaitləri hesabına əldə etdiyi əmlak onun mülkiyyətinə
daxildirmi?
Cavab: Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən
edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri
göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq
hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət
təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və
onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
Ətraflı: “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”
52. Ümumi təhsil üzrə təhsil proqramına (kurikuluma)
nə daxildir?
Cavab:
• ümumi təhsilin məzmununu;
• ümumi təhsilin idarə olunması;
• ümumi təhsilin maddi-texniki və tədris bazası;
• ümumi təhsilin infrastrukturu;
• ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət
göstəriciləri;
• ümumi təhsil sistemində təhsilalanların bilik,
bacarıq və vərdişlərinin səviyyəsi.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
53. Ümumi təhsil pilləsində təhsilalanların bilik,
bacarıq və vərdişlərinin səviyyəsi nə ilə müəyyən edilir?
Cavab:
7.1. Ümumi təhsil pilləsində təhsilalanların bilik,
bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üzrə təsdiq
olunmuş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
54. Ümumtəhsil məktəblərində pedaqoji prosesin
təşkilinin hansı prinsipləri vardır?
Cavab:
13.2. pedaqoji prosesin tamlığı
13.3. təlimdə bərabər imkanların yaradılması
13.4. şagirdyönümlülük
13.5. inkişafyönümlülük
13.6. fəaliyyətin stimullaşdırılması
13.7 dəstəkləyici mühitin yaradılması
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
55. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri
necədir?
Cavab:
1. İbtidai təhsil üzrə ümumi təlim nəticələri
2. Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri
3. Tam orta təhsil üzrə ümumi təlim nəticələri
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
56. Ümumi təhsilin səviyyələri üzrə tədris olunan
fənlər hansılardır?
Cavab:
İbtidai təhsil səviyyəsində:
"Azərbaycan dili" (təlim Azərbaycan dilində
olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə),
"Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan
dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Xarici
dil", "Riyaziyyat", "İnformatika", "Həyat
bilgisi", "Texnologiya", "Fiziki tərbiyə",
"Musiqi", "Təsviri incəsənət";
Ümumi orta təhsil səviyyəsində:
"Azərbaycan dili" (təlim Azərbaycan dilində
olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə),
"Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan
dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə),
"Ədəbiyyat", "Xarici dil", "İkinci xarici dil",
"Riyaziyyat", "İnformatika", "Azərbaycan tarixi",
"Ümumi tarix", "Fizika", "Kimya",
"Biologiya", "Coğrafiya", "Həyat bilgisi",
"Texnologiya", "Fiziki tərbiyə", "Musiqi",
"Təsviri incəsənət";
Tam orta təhsil səviyyəsində:
"Azərbaycan dili" (təlim Azərbaycan dilində
olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə),
gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili"
- dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Xarici
dil", "İkinci xarici dil", "Riyaziyyat",
"İnformatika", "Azərbaycan tarixi", "Ümumi
tarix", "Fizika", "Kimya", "Biologiya",
"Coğrafiya", "Fiziki tərbiyə", "Çağırışaqədərki
hazırlıq".
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
57. Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə
təhsilverənlər hansı keyfiyyət göstəricilərinə malik olmalıdır?
Cavab:
Ümumi təhsil sistemində çalışan təhsilverənlər,
əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar: ixtisası üzrə
dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; uşaqlarla həssas ünsiyyətqurma
və iş bacarığına; əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;
əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına; yaradıcılıq
və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda
iştirak etmək qabiliyyətinə; öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji
təcrübələrdən bəhrələnmək bacarığına; ədalətlilik, məsuliyyətlilik, cavabdehlik
keyfiyyətlərinə; işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza.
Ətraflı: “Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)”
58. Ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu
hansı qaydada həyata keçirilir?
Cavab:
Müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən
elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə
yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik
tərəfindən müəyyənləşdirilərək elan edilir və bu məqsədlə komissiyalar
yaradılır.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu QAYDALARI”
59. 10 ildən artıq pedaqoji ştajı olan, pedaqoji fəaliyyətdə
3 ilədək fasilə verən müəllimlərin yenidən işə qəbulu necə həyata keçirilir?
Cavab:
Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət
təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə
ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış
şəxslərin yenidən işə qəbulu müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə
mərkəzləşdirilmiş müsabiqə başa çatdıqdan sonra, proqram təminatı tətbiq
olunmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu QAYDALARI”
60. Ümumi təhsil müəssisələrinə müəllim vəzifəsi
istisna olmaqla, digər pedaqoji işçilərin işə qəbulu necə həyata keçirilir?
Cavab:
Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri,
tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik
psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri,
mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və
kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə
orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu QAYDALARI”.
61. İbtidai siniflərdə hansı fənlər ixtisas müəllimlərinə
verilə bilər?
Cavab:
İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya
və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən
tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin
dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir.
İbtidai siniflərdə xarici dil və informatika fənləri
ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika
fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu QAYDALARI”
62. Ümumtəhsil məktəblərində hazırlıq sinifləri hansı
məqsədlə təşkil edilir?
Cavab:
Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki
cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən
hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili
ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində
müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər.
Ətraflı: "Ümumtəhsil məktəbinin Nümunəvi
Nizamnaməsi"
63. Məktəbə hazırlıq qruplarında məşğələ müddəti neçə
dəqiqə olmalıdır?
Cavab: Hər məşğələnin müddəti 25-30 dəqiqədir.
Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən
məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.
64. Səhhətində qüsuru olan uşaqların təhsili necə
təşkil edilir?
Cavab:
Belə uşaqlar üçün təhsil xüsusi təhsil
müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi
təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş formalarda həyata keçirilir. Bu formalara evdə fərdi təhsil,
müalicə müəssislərində stasionar şəraitdə təhsil, inteqrasiyalı təhsil və s.
aiddir.
Ətraflı: “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu”
65. Məktəbdə dərs və məşğələ cədvəlləri kim tərəfindən
hazırlanır və təsdiq edilir?
Cavab: Təlim-tərbiyə üzrə direktor müavini tərəfindən
hazırlanır və direktor tərəfindən təsdiqlənir.
66. Müəllimlərin illik və cari təqvim planları kim
tərəfindən yoxlanılır və təsdiq edilir?
Cavab: İllik və cari təqvim planı fənn metodisti,
təlim-tərbiyə üzrə direktor müavini və direktor tərəfindən təsdiqlənir.
67. Məktəbdə tədrisin keyfiyyətinə nəzarət kimlər
tərəfindən həyata keçirilir?
Cavab: Məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə
direktor müavinləri tərəfindən
68. Təlim strategiyalarına nə daxildir?
Cavab: Təlim strategiyaları – tədris prosesində
istifadə olunan forma, üsul, vasitə və yanaşmaların məcmusudur.
69. İnteraktiv/fəal təlim nədir?
Cavab:
Fəal təlim idrak fəaliyyətinin təşkili və idarə
olunması üsullarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
- müəllim tərəfindən idraki problem- situasiyanın
yaradılması;
- problem-situasiyanın həlli prosesində şagirdlərin
fəal tədqiqatçı mövqeyinin həvəslənməsi;
- şagirdlər üçün yeni və zəruri olan biliklərin
müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi;
70. Böyük summativ qiymətləndirmə hansı mərhələdə, kim
tərəfindən aparılır?
Cavab: Böyük summativ qiymətləndirmə yarımillərin
sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq
komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
Ətraflı: “Ümumi təhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat”
71. Kiçik summativ qiymətləndirmə hansı mərhələdə, kim
tərəfindən aparılır?
Cavab: Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin
sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir
Ətraflı: “Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat”
http://testlerim.org/senedler/viewpdf.php?url=29
72. Ümumtəhsil məktəblərinin hansı siniflərində və kim
tərəfindən imtahan aparılır?
Cavab: Ümumi orta və tam orta təhsil səviyyələrində
təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.
73. Dövlət ümumi təhsil müəssisələrinin rəhbər
işçiləri, inzibati, tədris-yardımçı və xidmət işləri üzrə ştatlar necə müəyyən
edilir?
Cavab: Sinif komplektlərinin sayına uyğun olaraq
müəyyənləşdirlir.
Ətraflı: “Azərbaycan Respublikası dövlət ümumtəhsil
məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”
74. Ümumtəhsil məktəblərində tarifləşmə siyahısı kim
tərəfindən hazırlanır?
Cavab: Məktəbin direktoru tərəfindən.
75. Yerli təhsili idarəetmə orqanlarının tabeliyindəki
ümumtəhsil məktəblərinin tarifləşmə siyahısı kim tərəfindən təsdiq edilir?
Cavab: Yerli təhsili idarəetmə orqanlarının rəhbəri
tərəfindən
76. Ümumtəhsil məktəblərində direktorun tədris
(təlim-tərbiyə) işləri üzrə müavininin ştat vahidi hansı göstəriciyə uyğun
müəyyən edilir?
Cavab: Sinif komplektlərinin sayına görə.
Ətraflı: “Azərbaycan Respublikası ibtidai, əsas, orta
ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin,
inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi
ştatları”
77. Məktəb direktoru və direktor müavinləri vəzifə
funksiyalarının icrası ilə yanaşı, zərurət olduğu halda, ixtisası üzrə ən çoxu
neçə saat dərs apara bilər?
Cavab: 12 saata qədər.
Ətraflı: “Təhsil, təlim-tərbiyə müəssisələrinin
rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları
vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında
Normalar”
78. Ümumi təhsil müəssisələrində direktorların vəzifə
maaşı neçənci dərəcə ilə ödənilir?
Cavab:
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi keçirilmiş müəssisələrdə 18-ci dərəcə ilə. Digər ümumtəhsil
müəssisələrində direktorlar üçün əməyin ödəniş dərəcələri:
13-cü dərəcə- şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə- şagirdlərin sayı 101- dən 300-dək
olduqda;
15-ci dərəcə - şagirdlərin sayı 301- dən 800- dək
olduqda;
16-cı dərəcə - şagirdlərin sayı 801- dən cox olduqda.
79. Ümumtəhsil məktəblərində direktor müavinlərinin
əmək haqqı necə müəyyənləşdirilir?
Cavab: Direktorun vəzifə maaşından 10-15% aşağı vəzifə
maaşı müəyyənləşdirilir.
80. Tam orta ümumtəhsil məktəblərində gənclərin
çağırışaqədərki hazırlığı rəhbərinin əmək haqqı hesablanarkən hansı
göstəricilər əsas götürülür?
Cavab:
81. GÇH rəhbəri həftədə nə qədər dərs apara bilər?
Cavab:
Cavab: Ümumtəhsil məktəblərində, litsey və
gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində, hərbi rəhbərin hərbi
hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının
əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq
ödənilmir. Hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə
taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs
yükü verilə bilər.
Ətraflı: “Təhsil, təlim-tərbiyə müəssisələrinin
rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları
vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında
Normalar”
82. Müəllimlərin əmək haqqı hesablanarkən hansı
göstəricilər əsas götürülür?
Cavab: Təhsili, stajı, dərs yükü
83. Müəllimin əmək haqqının ödəmə dərəcəsini müəyyənləşdirərkən
hansı göstəricilər əsas götürüməlidir?
Cavab: Təhsili (ali və ya orta-ixtisas) və iş stajı (3
ildən az olanlar; 3 ildən 8 ilədək; 8 ildən 13 ilədək; 13 ildən 18 ilədək; 18
ildən yuxarı)
84. Hansı dərəcələr üzrə əməkhaqqı ödənilir?
Cavab: Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə: orta ixtisas təhsilli, iş stajına tələb
qoyulmadan:
9-cu dərəcə: orta ixtisas təhsilli, 3 ildən 5 ilədək
pedaqoji stajı olan və ya orta ixtisas təhsili müəssisələrini fərqlənmə diplomu
ilə bitirən;
10-cu dərəcə: ali təhsilli, iş stajına tələb
qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən 10 ilədək pedaqoji stajı;
11-ci dərəcə: ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji
stajı olan və ya ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura
səviyyəsini fərqlənmə diplomu ilə bitirən; orta ixtisas təhsilli. pedaqoji
stajı 10 ildən 15 ilədək olan;
12-ci dərəcə: ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji
stajı olan; orta ixtisas təhsilli, pedaqoji stajı 15 ildən çox olan;
13-cü dərəcə: ali təhsilli, pedaqoji stajı 13 ildən 18
ilədək olan;
14-cü dərəcə: ali təhsilli, pedaqoji stajı 18 ildən
çox olan;
15-ci dərəcə: elmi dərəcəsi və ixtisası üzrə fənn
tədris edən şəxslər; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş
şəxslər; dərslik və müəllim üçün metodik vəsait müəllifləri.
Ətraflı: “Təhsil sahəsi işçilərinin qulluqçu
vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası Hiissə-75”
85. Müəllimlər həftədə neçə saat dərs apara bilər?
Cavab: 36 saat
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim
üçün həftəlik 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2
(iki) stavkadan çox olmamalıdır), digər müəssisələrdə 12 saat (bu zaman
həftəlik dərs yükü 2 (iki) stavkadan çox olmamalıdır) müəyyənləşdirlimişdir.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu Qaydaları”
86. Hazırda dərəcələr üzrə müəllimlərin əməkhaqqının
miqdarı nə qədərdir?
Cavab:
Ətraflı: “Dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif
(vəzifə) maaşlarının tənzimlənməsi haqqında” AR NK-nin Qərarı
87. Ümumi təhsil müəssisələrində sinif rəhbərliyi
kimlərə verilir?
Cavab: təşkilatçılıq bacarığı ilə seçilən, şagirdlərin
təlim-tərbiyə işinin müasir tələblərini başqalarından daha yaxşı bilən,
uşaqları ürəkdən sevən, onların müxtəlif yaş dövrünün dəyişkən psixoloji
xüsusiyyətlərinə bələd olan müəllimlərə.
88. Bir müəllim neçə sinifdə sinif rəhbəri ola bilər?
Cavab: Müəllim yalnız bir sinifdə sinif rəhbərliyi
apara bilər. Məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil
Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.
Ətraflı: “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə
daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə
tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu
Qaydaları”
89. Ümumi təhsil müəssisələrində sinif rəhbərliyinə
görə əlavə haqq nə qədər ödənilir?
Cavab: Ümumtəhsil məktəblərində sinif rəhbərliyinə
görə aşağıdakı kimi əlavə haqlar ödənilir.
- І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi
həcmində;
- V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20
faizi həcmində;
Sinifdə şagirdlərin sayı 10 nəfərdən az olduqda sinif
rəhbərliyi üçün müvafiq məbləğin 50 faizi ödənilir.
Ətraflı: “Təhsil müəssisələrində çalışan işçilərə
Əlavə haqların ödənilməsinə dair Təlimat”
90. Ümumtəhsil məktəblərində ştat vahidi müəyyən
edilərkən hazırlıq siniflərinin sayı nəzərə alınırmı?
Cavab: Xeyr.
91. Hazırlıq siniflərində dərs aparan müəllimlərə yazı
işlərinin yoxlanılması üçün əlavə haqq ödənilirmi?
Cavab: Xeyr.
92. Ümumi təhsil müəssisələrində siniflərin
komplektləşdirilməsi necə aparılır?
Cavab: Ümumtəhsil məktəblərində siniflər şagirdlərin
sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir.
93. Ümumi təhsil müəssisələrində hansı fənlərin
tədrisində siniflər iki qrupa bölünür?
Cavab:
- Təlim rus və gürcü dillərində aparılan ümumtəhsil
məktəblərinin I-XI (birinci- onbirinci) siniflərində Azərbaycan dili (dövlət
dili kimi).
- Təlim dilindən asılı olmayaraq, bütün ümumtəhsil
məktəblərinin I-XI (birinci- onbirinci) siniflərində xarici dil, V-VII
(beşinci-yeddinci) siniflərdə ikinci xarici dil.
- Bütün ümumtəhsil məktəblərinin V-XI
(beşinci-onbirinci) siniflərində “Fiziki tərbiyə”, V-VII (beşinci-yeddinci)
siniflərində “Texnologiya” (ikinci xarici dilə ayrılan saat hesabına tədris
edilən “Texnologiya” dərsləri istisna olunmaqla), VIII (səkkizinci) sinifdə “Əmək
hazırlığı”.
- Seçmə fənlərə ayrılan saatlardan 1 (bir) saat
verilməklə “İnformatika” fənninin 2 (iki) saat tədris olunduğu ümumtəhsil
məktəblərinin X-XI (onuncu-onbirinci) siniflərində həmin dərslər üzrə praktik
məşğələlər.
Ətraflı: “Tədris Planına dair qeydlər”
94. Maddi-tədris baza və ixtisaslı müəllim kadrları
olmaq şərtilə sinifdə şagirdlərin sayı neçə olduqda V- IX siniflər xarici dil,
fiziki tərbiyə və əmək hazırlığı fənlərindən iki qrupa bölünür?
Cavab: Şagirdlərin sayı 20 və daha çox olduqda.
Ətraflı: “Tədris Planına dair qeydlər”
95. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox
olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan
vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilə bilərmi?
Cavab: Bəli. Eyni bir sinifdə şagirdlərin sayı 30
nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının
ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Ətraflı: “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”
96. Ümumi təhsil müəssisəsində paraleli olmayan bir
sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə
sinif təşkil olunmasına yol verilirmi?
Cavab: Bəli, bir sinifdə şagirdlərin ümumi sayı 20
nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.
Ətraflı: “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”
97. Fakultativ, fərdi və qrup məşğələləri ən azı neçə
şagird olduqda təşkili edilir?
Cavab: Dərsdənkənar, fakültativ məşğələ qrupları və
dərnəklər şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaq şərti ilə
komplektləşdirilir.
Ətraflı: “Tədris Planına dair qeydlər”
97. Əmək müqaviləsinin tərəfləri, məzmunu və forması
Cavab: Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək
münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi
bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.
4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.
4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.
Maddə 43. Əmək müqaviləsinin məzmunu
1. Əmək müqaviləsinin məzmunu və quruluşu
qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən
edilir.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və
məlumatlar göstərilməlidir:
a) işçinin soyadı, adı, atasının adı və ünvanı,
şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini
verən orqanın adı;
b) işəgötürən hüquqi şəxs olduqda onun adı və hüquqi
ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxs olduqda isə onun adı, soyadı, atasının adı, ünvanı, vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi
tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı;
c) işçinin iş yeri, vəzifəsi (peşəsi);
ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə
başlamalı olduğu gün;
d) əmək müqaviləsinin müddəti;
e) işçinin əmək funksiyası;
ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət
vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin
mühafizəsi, sosial və digər sığorta olunması;
f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı
öhdəlikləri;
g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş
rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə,
idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
ğ) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə
məlumatlar.
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək
münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş
hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək
müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
Maddə 44. Əmək müqaviləsinin forması
1. Əmək müqaviləsi yazılı formada bağlanır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu
Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib
olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə,
digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
98. Əmək müqaviləsi hansı müddətə bağlanıla bilər?
Cavab: Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən
edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması
göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi
hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi
ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə
görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan
bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar
istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən
artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
99. İşə qəbul edilərkən sınaq müddəti hansı müddətə
bağlanılır? Kimlərə sınaq müddəti şamil edilmir?
Cavab: Maddə 51. Sınaq müddəti
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini,
müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq
müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq
şərti ilə müəyyən edilir.
2. Sınaq müddəti işçinin faktik olaraq əmək
funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini
müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə
olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq
müəyyən edilmədən bağlanmış hesab olunur.
Maddə 52. Sınaq müddəti müəyyən edilməyən hallar
Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:
yaşı 18-dən az olan şəxslərlə;
müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara,
habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi)
üzrə ilk dəfə işə götürülən şəxslərə;
ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
iki ay müddətinədək əmək müqaviləsi bağlanılan
şəxslərə;
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda
müəyyən edilmir.
100. İşçi ilə işəgötürən arasında əmək münasibətləri
nə vaxtdan yaranır?
Cavab: Əmək müqaviləsinin bağlandığı andan
101. Müddətli əmək müqaviləsi hansı halda bağlana
bilər?
Cavab:
Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar
Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə
bağlanıla bilər:
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi,
ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti
olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən
icrasının zəruriyyəti olduqda;
b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə
görə il boyu görülə bilməyən mövsüm işlərin yerinə yetirilməsi zamanı;
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu
təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi,
təcrübə-sınaq işlərinin aparılması, və bu qəbildən olan digər işlərin görüldüyü
hallarda;
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının
mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin
mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan
(stajkeçmə, ordinatorluq, internatura, bakalavrlıq dövrləri) hallarda;
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı
olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq
yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi
olduğu hallarda;
e) müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq
İdarəsi və onun yerli orqanları vasitəsi ilə)] göndərişi ilə haqqı ödənilən
ictimai işlər görülərkən;
ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində
göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda,
birliklərdə) seçkili vəzifələrə seçilərkən;
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl
edilməklə onların qarşılıqlı razılığı ilə;
g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək
müqaviləsi bağlandıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
102. Müddətli əmək müqaviləsində göstərilən müddət
bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam
verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi hansı müddətə uzadılmış hesab
olunur?
Cavab:
Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi
qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda
xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək
münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən
heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi
əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
103. Əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş
yeri üzrə işəgötürənin razılığı tələb olunurmu?
Cavab:
Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması
və tənzimlənməsi
3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində
işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı
ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.
Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş
yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən
edirlər.
104. Müvəqqəti əvəzçilik nədir və necə yerinə yetirilir?
Cavab:
Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası
1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək
funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı
bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə
edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün,
həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona
boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az
olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə
əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən
sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki
vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi
ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi
götürülür.
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan
vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan
vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla, həmçinin belə
boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə
tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə
əmək haqqı ödənilir.
105. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
hansılardır?
Cavab:
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin
əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən
edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar
(bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
d) tərəflərin iradəsindən asılı olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi
hallar.
106. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi
qaydası necədir?
Cavab:
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv
edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı
ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən
sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna
malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda,
təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni
yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual
qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda
ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş
işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya
onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda
əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə
(peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı
xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş
qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri
götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi
qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq
istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən
edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona
müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin
qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə
verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin dördüncü hissəsi ilə
müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri
götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə
bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu
gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək
müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
107. İşəgötürən tərəfindən əmək müqaviləsi hansı
hallarda ləğv edilə bilər?
Cavab:
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin
ləğv edilməsinin əsasları
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı
əsaslarla ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin)
kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə
səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi
üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində
sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda.
Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan»
dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq
səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə
yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik
tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin
attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada
keçirilir.
108. İxtisar aparılarkən təhsil və ya peşəkarlıq
səviyyələri eyni olduqda hansı kateqoriyadan olan işçilərə üstünlük verilir?
Cavab:
Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa
üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya
ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək
funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq
səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin
peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq
səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
§ şəhid ailəsinin üzvlərinə;
§ müharibə iştirakçılarına;
§ əsgər və zabitlərin
arvadlarına (ərlərinə);
§ öhdəsində iki və daha çox
16 yaşınadək uşağı olanlara;
§ həmin müəssisədə əmək
şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
§ məcburi köçkün, onlara
bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
§ kollektiv müqavilələrdə və
ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
109. Hansı hallar işçinin əmək vəzifələrini kobud
şəkildə pozması hesab edilir?
Cavab:
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması
hesab edilən hallar
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin
kobud şəkildə pozulması hesab edilir:
a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və
ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə
gəlməməsi;
b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop,
toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi,
habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul
edərək sərxoş vəziyyətdə olması;
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində
mülkiyyətçiyə maddi ziyan vurması;
ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində
əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət
yetirməsi və ya onların bu səbəbdən həlak olması;
d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin
yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə
yetirməməsi;
e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri,
hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin
qanuni mənafeyinə ciddi xələl gətirməsi;
ə) əmək funksiyasını pozduğuna görə əvvəllər
işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay
ərzində təkrarən əmək funksiyasını pozması;
f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati
xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
110. Tərəflərin iradəsindən asılı olmayan hallarda
əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır?
Cavab:
Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan
hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı
olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin
işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş
qətnaməsi (qərarı) olduqda.
c) qanunvericiliklə daha uzun müddət müəyyən
edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam
itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan
məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük
azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni
qüvvəyə mindikdə;
d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin
fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə;
e) işçi vəfat etdikdə;
ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli
həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə)
qayıtmaq hüququndan istifadə etdikdə.
111. Əmək müqaviləsinin ləğvi zamanı əmrdə Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməlidirmi?
Cavab:
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin
sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun
ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş
qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi,
istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı
olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə
tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi
işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə
işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və
müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək
kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə
görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə
sonuncu iş günü işçiyə verilməlidir.
112. Çalışmanın son yaş həddinə (65 yaş) çatmış
pedaqqoji işçilərin əmək fəaliyyətini davam etdirməsi ilə əlaqədar prosedurlar
necə müəyyənləşdirilir?
Cavab:
Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək
müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci
maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə
müəyyənləşdirilmiş tələblər və meyarlar 6 (son 1 ildə haqqında intizam tənbehi
tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət
təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; “Ən
yaxşı müəllim” müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda
və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin
icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik
olması) gözlənilməklə müəssisə rəhbəri tərəfindən hər dəfə 1 il olmaqla 5 ildən
çox olmayaraq uzadıla bilər.
113. 70 yaşdan yuxarı pedaqoji işçilərin əmək fəaliyyətini
davam etdirməsi ilə bağlı prosedurlar necə müəyyənləşdirilir?
Cavab:
Çalışmanın yaş hədinə çatmış işçilərlə əmək
müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş
meyarlar gözlənilməklə tabelik üzrə idarəetmə orqanının razılığı əsasında
müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
114. İşdən çıxan işçiyə əmək kitabçası neçə gün
ərzində verilməlidir?
Cavab:
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin
sənədləşdirilməsi qaydası
2. Əmək müqaviləsinə xitam verilməsi barədə
işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və
müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək
kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək
məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr)
ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
115. Əmək müqaviləsinə xitam verilərkən işçilərə hansı
təminatlar nəzərdə tutulur?
Cavab:
Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin
təminatları
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar
olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək
müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək
haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş
günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a»
və «b» bəndləri ilə ləğv edilərkən işçilərə:
§ orta əmək haqqından az
olmamaqla işdənçıxarma müavinəti;
§ işdən çıxarıldığı gündən
yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
4. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu
Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq
müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir
dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.
5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta
əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq
arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində
müvafiq icra hakimiyyəti orqanında [Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları
vasitəsi ilə)] qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən,
müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ
idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu
qayda bu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş hala şamil olunmur.
116. Hansı halda əmək müqaviləsinin ləğvi zamanı
müəssisə həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmalıdır?
Cavab:
Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən
ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində
göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan
işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı
təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
117. İşçi işdən çıxarıldığını qanunsuz hesab edirsə,
hansı addımı atmalıdır?
Cavab:
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia
müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində(Kollektiv
müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları
təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın
yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv
müqavilələrlə nizama salınır.) nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan
orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı
ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan
başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi
hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində
məhkəməyə müraciət edə bilər.
118. İşçi müddətli həqiqi hərbi xidmətdə olduğu zaman
iş yeri saxlanılırmı?
Cavab:
Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin
təminatları
9. Qanunvericiliklə müəyyən edilmiş qaydada
müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə
olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı
olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi
xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən
buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya
buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Çox faydalandım təşəkkür edirəm.Sabah müsahibəyə gedirəm.İnanıram ki,öyrəndiklərim köməyimə çatacaqdır.
YanıtlaSilÇox sağ olun
YanıtlaSilСпасибо. Очень полезно было лично для меня
YanıtlaSilTeşekkürler.
YanıtlaSilCox təşəkkür edirəm
YanıtlaSil