Bu gün sizə Motivasiya zamanı buraxılan səhvlərdən söz açacam. Ümumiyyətlə fənn kurikulumu sistemini müəyyən dərəcədə mənimsəmiş müəllimlər motivasiyanın necə qurulmasını və hansı tələblərə cavab verməsini bilirlər. Ancaq, bəzi hallarda dərs prosesində müəllimin motivasiya qaydalarını bilməməsindən irəli gələn səhvlər və ya bildiyi halda qeyri ixtiyari etdiyi səhvlər olur. Bu səhvlər ümumən öyrədici mühitə mənfi təsir göstərə bilər.
Bilirik ki, dərsin gedişinin 50 faizi motivasiyadan asılıdır. Əgər motivasiya səhv qurularsa və ya müəyyən səhvlərə yol verilərsə, dərsin sonluğunda da nöqsanlar davam edəcəkdir.
Gəlin Motivasiya zamanı buraxılan səhvlərlə tanış olaq.
Səhv №1 Müəllim motivasiya üçün 5-7 dəqiqə zaman ayırmalı olduğu halda, bu zamanı düzgün bölə bilmir dərsin ilk mərhələsinə çox zaman sərf edir. Bunun isə öz növbəsində müəyyən səbəbləri var. Müəllim motivasiyanı sinif səviyyəsini v şagirlərin bilik səviyyəsini nəzərə almadan qurduğuna uzun müddət "vuruşa-vuruşa" qalır. Şagirdlər isə onun almalı olacağı fərziyyələri səsləndirə bilmir. Beləcə zaman axıb gedir.......
Səhv №2 Müəllim motivasiya qismində real problem əvəzinə bir həll variantı olan çalışmadan istifadə edir. Yadda saxlamaq vacibdir ki, idrak motivasiyasını doğuran mexanizm -problemdir. Heç bir vəchlə adi çalışmanın (bir həll variantı olan) problemlə yəni, müxtəlif fərziyyələri və həll variantlarını doğuran ziddiyyətlə qarışıq salmaq olmaz. Məhz çalışma və problem arasında bu böyük fərqi görə bilmək son nəticədə motivasiyanın yaranmasına gətirib çıxarır.
Səhv №3. Müəllim motivasiya qurarkən konkret cavablar tələb edən suallardan istifadə etməsi motivasiyanı problemli vəziyyətin yaradılmasından uzaqlaşdıracaqdır. Motivasiyada konkret cavabı olan suallar və ya "hə" "yox" cavab tələb edən sualları istifadə etmək olmaz demək yalnış fikir olardı. Sadəcə bu tip suallar ünvanlansa belə mütləq növbəti gələn sualda müəyyən fərziyyəyə istiqamətlənmə məqsədli olması daha məqsədəuyğun olar.
Səhv №4. Müəllim motivasiya qismində real problem əvəzinə həvəsləndirici informasiyadan (maraqlı, cəlbedici) və ya onun təqdimatı üsullarından (oyun, rəngbərəng şəkil) istifadə edir
Həvəsləndirici material şagirdlərdə nə qədər maraq oyatsa da, o yalnız şagirdlərin qeyri -iradi diqqətini cəlb etməyə xidmət edir, lakin təfəkkürü oyada və fəallaşdıra bilmir. Hətta çox da cəzbedici olmayan, lakin problem xarakteri daşıyan material cəlbedici görünən , lakin yalnız qeyri-iradi diqqəti şövqləndirən cəlbedici material ilə müqayisədə idrak motivasiyasını daha çox fəallaşdırmağa və bütün dərs ərzində lazımi səviyyədə saxlamağa qabildir.
Qeyd: Məqalə ilə bağlı əlavə suallarınız yaranarsa yorumlar bölməsində qeyd edə bilərsiniz.
3 Şubat 2016 Çarşamba
Kaydol:
Kayıt Yorumları (Atom)
Məşhur Postlar
-
Tərcumeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tər...
-
Xasiyy ə tnam ə bar ə d ə m ə lumat yazın. “Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir ...
-
Protokol haqqında geni s m ə lumat «Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci v ə r ə q, “kolos” – yapı s dırmaq m ə...
-
İ zahat haqqında m ə lumat verm ə kl ə nümun ə « İ zahat» sözü ə r ə bc ə «izah» sözünd ə ndir . “izah” ərəbcə açıq, aydın, ətraflı surə...
-
Əməli yazıların ən genis yayılmıs növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həya...
-
Akt haqqında ümumi m ə lumat “Akt” sözü latın dilində “aktus” hərəkət və “ aktum” sənəd mənalarında islənir. “Akt” çoxmənalı sözdür: 1)...
-
Alman dili (Azərbaycan bölməsi) Alman Dili(Rus Bölməsi) Azərbaycan Dili və Ədəbiyyatı Biologiya(Azərbaycan bölməsi) ...
-
Reklam v ə elan haqqında m ə lumat “Reklam” latın sözü olub «qı s qırmaq» m ə nasını verir. Bu söz dasıdıgı mənaya görə bir neçə anlamd...
-
Təcrübə göstərir ki, şagirdlər ərizəni müxtəlif formalarda yazırlar. Əslində isə ərizə müxtəlif məzmuna malik olsa da, formaca eyni cürdü...
-
Layih ə haqqında m ə lumat verm ə kl ə nümun ə «Layih ə » ə r ə b sözü olub, h ə r hansı s ə n ə din, q ə rarın, prosesin ə vv ə lc ə d...
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.