MMT-cədvəli
MMT-cədvəli üsulu daha çox yaradıcı tətbiqetmə mərhələsində, tətqiqatın aparılması mərhələsində tətbiq edilə bilər. Bu cədvəldə real hadisələr, faktlar, təriflər və ya düsturlar fənndən asılı olaraq qeyd edilir. Daha sonra isə, həmin real faktın mənfi və müsbət tərəfləri qeyd edilir. Şagird real faktı öyrənir və onun üçün ayrılmış sahədə üsul üzərində faktı qeyd edir. Daha sonra, fakta uyğun olaraq müəyyən biliklərə malik olduğundan, faktın müsbət və mənfi tərəflərini müvafiq yerlərdə qeyd edir. Üsulumuzun əsas vacib və şagirdin yaradıcılığını inkişaf etdirən hissəsi, təkilflər hissəsidir. Şagird fənndən və faktdan asılı olaraq özünün mənimsəmiş olduğu biliyin əsasında təkliflərini irəli sürür.
Tarix fənni əsasında nümunə ilə qeyd edəcəm ki, daha aydın olsun.
Nümunə:
Hətta əgər tədqiqatın aparılması mərhələsində bu üsulu tətbiq etmisinizsə bu zaman, ilk 3 hissəni işlədib, sonuncu hissəni yaradıcı tətbiqetmə mərhələsi üçün boş saxlada bilərsiniz. Şagirdlərə tapşırıq verərsiniz ki, Fakt, Müsbət və Mənfi tərəfləri qeyd etsinlər, Təkilf hissəsi boş saxlanılsın. Tədqiqat bitdikdən sonra, Yaradıcı tətbiqetmə mərhələsində yenidən iş vərəqlərindəki tapşırıqları müvafiq qruplara paylamaqla bu tapşırığın davamını--- təkliflər hissəsini yazmaq tapşırılır.





0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.