Mövzu:
Xürrəmilər hərəkatı-Babək
Kontekstual biliklərin
formalaşdırılması, yaradıcı təfəkkürü inkişaf etdirmək, eləcə də blum
taksonomiyasının sintez səviyyəsini nəzərə alaraqdan dərsdə tətbiq etməli
olduğumuz bir neçə tapşırıq nümunəsi
paylaşacam. Digər dərslərdə də bu tapşırıq nümunəsinə əsaslanaraq yaradıcı
tapşırıqlar hazırlaya bilərsiniz.
Ümumiyyətlə, hafizə
istiqmətli tapşırıqlar-məntiqi, tənqidi, yaradıcı tapşırıqların əsasında möhkəmlənir.
Yalnız hafizə istiqmətli tapşırıq və suallar şagirdlərdə köçürmə kimi pis vərdişin
yaranmasına səbəb olmaqla yanaşı, təfəkkürlərini inkişafdan qoyur.
Unutmayaq!
Tapşırıqlar, hafizə istiqamətli verilsə, yaddaşda qalması vacib olsa da, məntiqi,
tənqidi, yaradıcı tapşırıqlar, şagirdin gələcək həyatına, cəmiyyətdə
davranışına, müstəqil qərar qəbul etməsinə, sərbəst düşünməsinə, müstəqil öyrənməsinə,
davranışlarının düzgün formalaşdırılmasına xidmət edən tapşırıqlardır. Bu
tapşırıqları yeni təhsil sistemində tətbiq etməklə yanaşı, ənənəvi təhsil
sistemində tətbiq etmək məqsədəuyğundur.
Nümunələr:
- Düşün ki sən Afşinsən. Sənə tapşırıq verilib. Get. Nə edirsən et. Babəki fikrindən döndər. Mübarizəni dayandırsın. Ona hansı ifadə ilə və necə təsir göstərərdin?- Yaradıcı
- Babəkin üstünlüyünü sübut edə bilərsənmi? Ən azı 5 arqument göstərin- Tənqidi və Yaradıcı
- Babəkin mənfi cəhətlərini sübut edə bilərsinizmi? Ən azı 3 arqument göstərin.- Təniqidi və Yaradıcı.
- Afşinin hansı cəhətlərini sevdin? Fikrini əsaslandır.- Tənqidi
- Babəkin sevdiyin cəhətlərini qeyd et və onu nə üçün sevdiyini əsaslandır. –Tənqidi
- Azadlıq mübarizəsinə sən başçılıq etsəydin, gördüyün ilk tədbirlər nələr olardı?- Yaradıcı
- Ərəb xilafətini tez zamanda çökdürmək üçün Babəkə hansı təklifi verərdin? Təklifini yaz.
- Azadlıq nədir?
- Döyüşdə qalib gəlmək mütləqdirmi? Fikrini əsaslandır–Məntiqi
- Səncə məğlubiyyət insana nə öyrədir? –Məntiqi və Tənqidi
- Düşmənini məğlub etmək üçün daha çox hansı üsuldan istifadə edirsən?- Yaradıcı
Qeyd: Bunlar sadəcə nümunələrdir. Sayını artırmaq, müxtəlif sxem və cədvəllər əsasında, üsullar tətbiq etməklə də tətbiq etmək mümkündür.
mukemmel muallime ferqli ve dushundurucu
YanıtlaSilÇox sağ olun Hamlet müəllim
YanıtlaSil