DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

19 Ocak 2016 Salı

Açıq dərslərin təşkili, keçirilməsi və qiymətləndirilməsinə dair

Tədris Mərkəzinin «2» dekabr 2015-ci il tarixli
1595040100218400 nömrəli əmrinə 1 saylı Əlavə
Açıq dərslərin təşkili, keçirilməsi və qiymətləndirilməsinə dair
Qaydalar
1. Ümumi müddəalar
1.1. “Açıq dərslərin təşkili, keçirilməsi və qiymətləndirilməsinə dair Qaydalar”
(bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin
Əsasnaməsi”nə, Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100758700
nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin tədris
konsepsiyası”na və “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili
Qaydaları”na, eləcə də digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1.2. Qaydaların məqsədi açıq dərslərin planlaşdırılması, təşkili,
qiymətləndirilməsi və nəticələrin müzakirə edilməsi prosedurlarını müəyyən etməkdən
ibarətdir.
1.3. Açıq dərslərin əsas məqsədi Tədris Mərkəzində təşkil edilən təlim
prosesində müasir təlim metodlarının və alətlərinin tətbiqi ilə bağlı təlimçilərə metodiki
köməkliyin göstərilməsindən, eləcə də təlimçilər arasında təcrübə mübadiləsinin
aparılmasından ibarətdir.
1.4. Açıq dərslər bilavasitə təlim prosesində təşkil edilir. Zəruri hallarda açıq
dərsin dinləyiciləri qismində Tədris Mərkəzinin təlim prosesində iştirak edən
əməkdaşları və dəvət edilmiş mütəxəssislər iştirak edə bilər.
2. Açıq dərsin planlaşdırılması və ona hazırlıq
2.1. Açıq dərslər kafedraların iş planına və kursların tədris qrafikinə uyğun olaraq
planlaşdırılır.
2.2. Tədris Mərkəzində təşkil edilən təlim proseslərində iştirak edən hər bir
təlimçinin ildə bir dəfədən az olmayaraq açıq dərsi təşkil edilir. Təlimçi açıq dərsin təşkil
edilməsi üçün müstəqil qaydada təşəbbüs göstərə bilər.
2
2.3. Tədris Mərkəzinin kafedraları hər bir kurs üzrə açıq dərslərin qrafikini
hazırlayır və ümumi qrafikin hazırlanması üçün Mərkəzin Tədris və metodika şöbəsinə
təqdim edir (açıq dərslərin qrafikinin nümunəsi əlavə 1-də göstərilir).
2.4. Tədris və metodika şöbəsi hər bir kurs və ya qısamüddətli təlim ərzində açıq
dərslərin ümumi qrafikini hazırlayır.
2.5. Açıq dərsin qrafikində kursun və ya təlimin adı, dərsin mövzusu, təlimçi,
keçirilmə yeri və tarixi, açıq dərsdə iştirak edəcək qiymətləndiricilərin və əlavə
iştirakçıların siyahısı əks etdirilir. Açıq dərslərin qrafiki Tədris Mərkəzinin rəisi tərəfindən
təsdiq edilir və açıq dərsləri təşkil ediləcək təlimçilərə açıq dərsin planlaşdırıldığı gündən
azı 3 gün əvvəl məlumat verilir.
3. Açıq dərsin təşkili
3.1. Təlimçi dərsin planını (dərsin hissələri və hissələr üzrə vaxt bölgüsü), təlim
materiallarını, mövzu üzrə biliklərin qiymətləndirilməsi vasitələrini (testlər, suallar,
praktiki tapşırıqlar və s.) və dərsdə istifadə olunacaq təlim alətləri barədə məlumatları
dərsdən bir gün əvvəl qiymətləndiricilərə təqdim edir.
3.2. Açıq dərsin keçiriləcəyi auditoriya əvvəlcədən hazırlanır, qiymətləndiricilər və
əlavə iştirakçılar üçün yer hazırlanır. Bu yerlər elə seçilməlidir ki, dərsin təbii gedişinə
maneə yaratmasın.
3.3. Açıq dərsə dəvət olunmuş hər bir şəxs pedaqoji nəzakəti gözləməli, dərsin
gedişinə mane olmamalı, dərsin əvvəlindən axırına kimi müşahidə aparmalı və öz
münasibətini dərs prosesində təlimçiyə bildirməməlidir.
4. Açıq dərsin qiymətləndirilməsi
4.1. Açıq dərsin qiymətləndirilməsi təlimçinin auditoriyanı idarə etmək, mövzunun
tədrisində məqsəd və vəzifələri düzgün müəyyən etmək, dərsi planlaşdırmaq, mövzuya
və auditoriyaya uyğun təlim metodlarını seçmək və tətbiq etmək, eləcə də əyani
vəsaitlərdən istifadə etmək qabiliyyətlərini təhlil etməyə imkan verməlidir.
4.2. Açıq dərsin qiymətləndiriciləri qismində Mərkəzin rəisi, təhsil işləri üzrə rəis
müavini, Tədris və Metodika şöbəsinin rəisi və baş mütəxəssisi, kafedra müdirləri və
təcrübəli təlimçiləri iştirak edə bilər. Zəruri hallarda açıq dərsin qiymətləndirilməsi üçün
kənar ekspertlər dəvət oluna bilər.
4.3. Qiymətləndirmə prosesində ən azı 3 qiymətləndirici iştirak etməlidir.
4.4. Açıq dərsin qiymətləndirilməsi 5 ballıq şkala üzrə aparılır:
5 – yüksək;
4 – yaxşı;
3 – kafi;
2 - qeyri-kafi.
4.5. Açıq dərslərin qiymətləndirilməsi mühazirə və ya praktiki məşğələlər üzrə
müəyyən edilmiş meyarlara üzrə aparılır. Mühazirənin qiymətləndirilməsi meyarları
əlavə 2-də, məşğələ dərsinin qiymətləndirilməsi meyarları isə əlavə 3-də göstərilmişdir.
4.6. Açıq dərsin hər bir meyar üzrə orta qiyməti qiymətləndiricilərin həmin meyar
üzrə verdiyi balların cəminin onların sayına bölünməsi vasitəsilə hesablanır.
4.7. Açıq dərsin yekun qiyməti hər bir meyar üzrə orta qiymətlərin toplanması
vasitəsilə müəyyən edilir və aşağıdakı şkala üzrə təyin edilir:
4.8. Qiymətləndiricilər qiymətləndirməni dərsin təşkil edildiyi gün aparır və Tədris
Mərkəzinin rəhbərliyinə və təlimçiyə təqdim edirlər.
5. Qiymətləndirmənin nəticələrindən istifadə
5.1. Tədris Mərkəzinin rəhbərliyi müvafiq kafedranın müdirinin iştirakı ilə
qiymətləndirmənin nəticələrini müzakirə edir və müəyyən edilmiş nöqsanların aradan
qaldırılması üçün təlimçiyə tövsiyələri təqdim edir.
5.2. Təlimçi açıq dərsdə qeyd edilən nöqsan və çatışmazlıqların aradan
qaldırılması üçün səy göstərməlidir.
6. Ümumi müddəalar
6.1. Təlimçi verilən qiymətlərlə razılaşmadıqda təkrar açıq dərs təyin olunur və
4
Tədris Mərkəzinin əməkdaşlarından ibarət olan başqa tərkibli yeni qiymətləndiricilər
həmin dərsin qiymətləndirilməsini aparır.
6.2. Açıq dərslərdə əldə edilən yüksək nəticələr təlimçilərin həvəsləndirilməsi üçün
əsas kimi qəbul oluna bilər.

5 yorum:

  1. Esmira Kazımova26 Şubat 2016 22:45

    Leyla xanım,məktəblərdəki açıq dərslər haqqında da material yükləmənizi xahiş edirik.Bu material təlimçilərə aiddir.
    Kazımova Esmira

    YanıtlaSil
  2. Esmira Kazımova26 Şubat 2016 22:58

    Sizin orta məktəblərdə açıq dərslər haqqındakı materialınızı da oxudum.Təşəkkür edirəm.Belə bir sual əksər müəllimləri düşündürür:ibtidai siniflərdə Azərbaycan dili dərsi üzrə təşkil olunmuş açıq dərslərin müddəti 45 dəqiqədən çox ola bilərmi?Nəzərə alsaq ki,Azərbaycan dili iki 45 dəqiqə keçilir.Açıq dərsi də 90 dəqiqə keçmək olarmı? Qabaqcadan təşəkkür edirəm.

    YanıtlaSil
  3. Salam Esmira xanım. Bu dinləmə qaydası elə məktəblərdə açıq dərslərin dinlənilməsi ilə bağlı verilmiş əmrdir. Təlimçi dedikdə əslində dərs aparan şəxs nəzərdə tutulur. Sİnif auditoriyasında müəllimlər təlimçidirlər. Yəni təlim verən. İkinci sualınıza gəlincə.... İstənilən halda dərs müddəti 45 dəqiqədir. Bunu 90 dəqiqə keçmək olmaz. Əgər dərsə ayrılan saat miqdarı 2-45 dəqiqədirsə, bu zaman müəllim növbət ikinci 2ci 45 dəqiqəsinə yenə də motivasiya qurararaq başlayacaqdır. Bir sözlə hər 45 dəqiqəlik dərs motivasiya ilə başlayıb qiymətləndirmə mərhələsi ilə bitir. Siz sadəcə belə edə bilərsiniz ki, dərsin birini induktiv digərini deduktiv keçə bilərsiniz. Və ya dərsin birində başqa digərində isə başqa standartı eyni mövzu üzərində reallaşdıra bilərsiniz.

    YanıtlaSil
  4. http://metodiktovsiyye.blogspot.com/2015/12/hormtli-hmkarlar-bilirik-ki-mktblrd-acq.html

    YanıtlaSil
  5. Salam.Açıq dərsdə vaxt bölgüsünü bilmək istəyərdim.Əvvəlcədən təşəkkürlər.

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar